“Keçi məzarına ildə bir gün günəş düşür” - SORĞU
14 may 2011
14:02
- Heç kitab oğurladınızmı?
- Hə, çox oğurlamışam, çox. Elə kitabxanalar olurdu ki, onlardan kitab götürmək olmurdu, onlardan oğurlayırdım.
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
- Mənim kitabxanam çox böyük, çox zəngin olduğu üçün orada hamı var və bir yazardan xoşum gəlmirsə mən onun kitabını almaram, oxumaram deyə təfəkkürüm yoxdur. Yazarın ola bilər ki, otuz əsərindən biri mənim xoşuma gəlsin və o əsər məndə olsun. Çünki ola bilər ki, sabah mən yenidən bu mövzuya qayıdım, başqa cür baxım. Yəni hökm vermərəm ki, bu yazar kitabxanamda olmasın.
- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?
- Kitab nədir? İnsan hisslərinin, yaşantılarının bir toplusudur. Bədii ədəbiyyatda bir cür toplanır, elm də başqa cür toplanır. Kitab axı təkcə bədii ədəbiyyat demək deyil, kitab həm də elmi ədəbiyyat deməkdir, kitab həm də informasiya vasitəsidir və kütləvilikdir eyni zamanda. Bu mənada təbii ki, hər bir insanın həyatı müəyyən bir kitaba bənzəyir. Amma bu kitabın səhifələri nə qədər olması bu insanın özündən asılıdır. İnsan böyük bir ömür yaşaya bilər amma on iki səhifəyə həyat bitər. İnsan olar çox qısa yaşayar amma onun dünyagörüşü, fikirləri böyük bir kitaba çevrilə bilər.
- Məktəbdən, universitetdən dərs kitablarınız dururmu?
- Hamısı. Orta məktəbdəki əlifba kitablarımdan tutmuş, o zaman bizdə “Azbuka” idi, o “Azbukadan” tutmuş bütün dövrlərə qədər, universitetin aspirantura dövrü, indiki doktorantura dövründən qalan kitabların hamısını qoruyub saxlayıram.
- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?
- Mən həmişə oxuya-oxuya yazmışam. Mənim həmişə bloknotlarım olurdu, bu gün də o bloknotları saxlayıram. Çünki hər bir oxuduğum kitabın mütləq “bloknot” tuturdum. Bu çox lazım oldu mənə sonrakı illərdə, ədəbi qəhrəmanları yadda saxlamaq üçün filan. Sonradan artıq elmi fəaliyyətə gələndə sırf elmi kitablarla işləmək prinsipini bunun əsasında götürdüm.
- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?
- Təqribən rus və azərbaycancanı birləşdirsək 90-a yaxın şeiri əzbər bilirəm. Qaldı ki, kitabxanamda neçə şeir var, o şeirin sayını demək çox çətindir. Amma şeir kitabları çoxdur. Təsnifləndirmişəm: rus ədəbiyyatına aid olan şeirlər, dünya ədəbiyyatına aid olan şeirlər, şərq ədəbiyyatına aid olan, yapon ədəbiyyatı və s. Yəni bu mənada çox genişdir. Təbii ki, onların hamısını əzbər bilmirəm, çünki mən heç vaxt şeir əzbərləməmişəm. Orta məktəbdə oxuyanda da. Sadəcə mənim güclü yaddaşım var, iki dəfə oxudumsa yetərlidir ki, mən onu əzbərdən deyim.
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
- Bizim dildə deyəsən təbərçin deyirlər, xüsusi “zakladkalar” var. İndi daha müasirləri var, yapışqanlı filan, indi onlardan istifadə edirəm. Yapışqanlının bir üstün cəhəti də ondadır ki, onda qeydlər aparmaq olur.
- İlk oxuduğunuz kitab yadınızdadır?
- Təbii ki, yadımdadır. İlk oxuduğum kitab Qaydarın “Çuk və Gek” məşhur hekayəsi olub. Birinci sinfin oktyabr ayında başladım və qısa müddətdə bitirdim, çünki mən məktəbə gedəndə əlifbanı bilirdim. Rus dilində oxuduğum kitab bu olubdur.
- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?
- Hegelin otuz üç əsərinin hamısını oxumuşam. Mənim üçün ümumiyyətlə Aristoteli oxumamaq günah sayılır. Məsələn, “Poetika”sı bu gün də mənim stolüstü kitabımdır. “Politika”sı bu gün də mənim üçün maraqlı olan kitabdır, amma stolüstü kitabım deyil. Çünki mənim tədqiqat işimdə Aristotelin “Poetika”sı böyük bir açar idi. Bu açarla mən başlamışam. Götürək elə F. Nitsşeni. Onu necə oxumamaq olar? Mənə elə gəlir ki, Nitsşenin yeni dövr fikrinə, siyasi təbədüllatlara böyük təsiri olub. Fəlsəfə mənim sevdiyim sahədir. Amma bir şeyi də səmimi etiraf etməliyəm ki, öz dilimizə tərcümə olunmuş əsərləri azərbaycanca oxumamışam, rusca oxumuşam. Azərbaycan dilində fəlsəfə kitablarının tərcüməsində ciddi problemlər var.
- Kiməsə kitab bağışlamısınızmı?
- Çox bağışlamışam. İlk olaraq öz çap olunmuş kitablarımı bağışlamışam. Hər kəsə öz maraq dairələrinə, sahələrinə görə hədiyyələr verirəm. Eyni zamanda yaxşı oxucu saydığım dostlarım var ki, onlara müəyyən kitablar, bədii əsərlər aldım xoşuma gəldi, mənim kitabxanamda varsa bir nüsxədə də alıb ona bağışlayıram. Bu məndə böyük ənənədir.
- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?
-Təbii ki, oxuyardım. Mənə elə gəlir ki, ən yaxşı filmlər ən yaxşı əsərlərin əsasında çəkilibdir. Çünki dramaturgiyanın özü də bir əsər və ədəbiyyatdır. Dramaturgiya ədəbiyyat olmasa film olmaz. Bu bəlli bir şeydir. O mənada əlbəttə oxuyardım.
- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?
- Oxumuşam. Qarabağ problemi ilə bağlı, ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı nəinki çoxlu kitablar oxumuşam, mənim bu dəqiq masamın üstündə üç dənə o mövzuya aid kitab var. Bir tədqiqat işi ilə əlaqədar, orada yaşayan azərbaycanlıların statistikası ilə maraqlanıram, araşdırmaya əlavə edirəm. Bədii ədəbiyyatdan söhbət gedirsə, A. Abbasın “Dolu”, “Çadırda üzeyirlər doğulmur”u oxumuşam. Qarabağla bağlı poeziya nəsrə indi daha çox üstünlük təşkil edir.
- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?
- Zərdüştlük məni çox maraqlandırıb. Zərdüştlüklə bağlı çox şeylər oxumuşam. Mümkün, əlimə düşənlərin hamısını oxumuşam. Azərbaycanda zərdüştlüyün izləri ilə xüsusi ilə etnoqrafiya, mədəniyyətlə bağlı məqalə də yazmışam. Novruz bayramı, Novruz süfrəsi haqqında və onun zərdüştlük elementinin təcəssümü kimi bu mövzuda da bir məqalə yazmışam. Zərdüştlük araşdırdığım predmet olub. O cümlədən Qafqaz Albaniyası və daha dəqiq desək xristian türkləri haqqında araşdırmalar aparmışam.
Qaxdakı, Kişdəki məbəd, Qərbi Azərbaycandakı kilsələr ki, var onlarla bağlı araşdırmalar aparmışam, amma tam bir məqalə halına sala bilməmişəm. Bir də mənim üçün maraqlı qədim türklərin dini inancları, bu şamanlıqdır. “Qam-şaman adətləri” kitabını oxumuşam. Qədim türklərin inancları, Ay inancları, məbədləri var ki, Azərbaycanda, onlar da araşdırma mövzumdur, yəqin bu haqda da sonra yazacağam. Şəkidə Kiş kəndində keçi məzarı var, ora cəmisi ildə bir dəfə günəş düşür. O da mart bayramında. O abidəni Tur Heyerdal gəlib təmir etdirmişdi.
- Elektron kitab oxumusunuzmu?
- Oxumuşam və oxuyuram da. Düzdü kitabdan aldığım energetikanı almıram deyə bədii əsərlərin elektron versiyasını oxumuram. Yalnız elmi əsərlər olur ki, əlimdə yoxdursa, təcili lazımdırsa onları oxuyuram.
- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?
- ( gülümsəyir ) Hə var, Ayaz Salayev. Mən çox istəyirəm ki, o yazsın. Çünki dünya kino tarixini onun kimi mükəmməl bilən Azərbaycanda ikinci belə bir şəxs tanımıram. Çox istərdim onun yazdığı kitabı oxuyum, amma yazmır.
- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?
- 15 dəqiqə bundan əvvəl. Masamın üstündədir oxuduğum kitab.
- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?
- Mən məktəbli dövrümdə də, tələbəlik dövrümdə də həmişə istəmişəm ki, bizdə bu ənənə olsun amma çox təəssüf bizdə bu ənənə formalaşmadı. Yəqin ki, elektron kitablar bu ənənəni yaradacaqdır. Amma o xanım haqqında çox yüksək düşünməyə başlayardım. Düzdü, mənim bir neçə dostum var ki, onların intellektual xanımlardan belə deyək xoşları gəlmir və deyirlər ki, intellektual xanımlar hər şeyə mane olurlar. Ancaq mən əksinə düşünürəm. Çünki kitab oxumaq lazımlı və gərəklidir.
- Yandırdığınız kitab olubmu?
- Yox, olmayıb. Mən kitaba qarşı heç vaxt elə hərəkət eləmərəm.
- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?
- O qədər olub ki… Düzdür, bədii ədəbiyyata aiddir bu söz. Çünki elmi ədəbiyyata və ya fəlsəfəyə aid olan kitabı birnəfəsə oxumaq sadəcə mümkün deyil. Bədii ədəbiyyat çox olub.
- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?
- Əlbəttə. Fəlsəfəni, elmi qoyuram bir kənara sırf bədii ədəbiyyatdan gedirsə söhbət elə romanlar var ki, insanların həyatını dəyişdirib və bu mümkündür. Mən buna inanıram, mənim formalaşmağımda bədii ədəbiyyatın çox böyük rolu olub. Qəhrəmanlar, onların yaşantıları, onların təbəddülatları, onların düşdükləri situasiyalar, onlardan çıxış yollarıı oxumuşam, öyrənmişəm. İnsan həyatını dəyişə biləcək kitablar sırasında Pamukun “Qar” romanını göstərə bilərəm, elə “Martin İden”in özü, niyə də yox? “Martin İden” özü əsər olaraq bu həyatda öz yerlərini tapa bilməyən insanlar üçün ən əyani vəsaitdir. Məsələn, Bulqakov niyə olmasın. İnsan həyatını dəyişə biləcək əsərləri var…
Fərid MİRZƏYEV

1519 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024