“Elə bir sehrbaz idin ki, məni də yox etdin” - PROJE

“Elə bir sehrbaz idin ki, məni də yox etdin” - PROJE
26 aprel 2011
# 13:36
Kulis.az tanınmışların “Twitter” qeydlərini paylaşmağa davam edir. Növbəti dayanacağımız Kənan Doğuludur.

Dosye: 1974-cü ildə İstanbulda doğulub. Altı il piano, daha sonra gitara və fleyta dərsləri alıb. Sənət kollecini bitirib. Ali təhsilini Los-Anceles və Türkiyədə alıb. Debüt albomu 1993-cü ildə “Yaparım bilirsin” olub. Sənətçi “Pamuk”, “Tutamıyorum zamanı”, “Aşk kokusu”, “Ara beni lütfən”, “Baş harfi ben” kimi mahnıların müəllifidir. 2007-ci ildə Türkiyəni “Eurovision” yarışmasında “Shake it up şekerim” mahnısı ilə təmsil edib və dördüncü yeri qazanıb.


-Elə bir sehrbaz idin ki, məni də yox etdin.

-Siz baxmayanda elə bilirsiniz Ay orda yoxdur?

-Qəza xəbərimi eşidib narahat olan insanlar, yaxşıyam. Təbiətdən yüngül bir şillə idi.

-Yağışı çox sevirəm. Mən mahnı yazdırır, daha nə etsin!

-“Qara qu quşu” (Black swan) filminə baxdım. Könlümün Oskarını Natali Portmana verdim!

-İçki qadağasının 24 yaşa çıxarılması çox yersiz oldu. Millət elə 24 yaşında içməyi tərgidir.

-Başa düşmədiklərim: Göz yandırmayan şampun düzəltmək mümkündürsə, niyə əksər şampunlar göz yandırandır?

-Yenə təyyarədəyəm. Kapitandan çox uçuram diyəsən. Ən sevdiyim kitab oxuma yerim olub bura.

-“Hər sevgidə ən azı 10 nəfər var, bunlar ən yaxın və tanışlardır” – Cemal Süreyya

-Sakit okean bugün çox vəhşi idi. Tsunami həyəcanları və s. Los-Anceles istiqamətindəki təyyarəmizi də çox yellədi. Hətta qorxutdu bizi.

-Aykut Oğutun “Kainat məni tapşırıb” kitabını oxudum. Yazıçı ilə eyni kitabları oxuyub eyni yerlərə diqqət etmişik. Elə bil mən yazmışam bu kitabı.

-Kobe Bryanta (amerikan basketbolçu –Kulis.az) ramazan təbili çalmağı öyrətdim. Gözəl xatirədir. Bu gün də oyuna dəvət edib 

-Yağışlı Los-Ancelesdə isti səhləb (orxideya – red.) ləzzəti! Yaxşı ki, gətirmişəm özümlə.


Günel Əsgərzadə
# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər