Məşhur əsərlərin həqiqi qəhrəmanları
27 oktyabr 2012
07:15
“Alisa möcüzələr ölkəsində” – Alisa Lidell
Luis Kerroll imzası ilə tanınan yazıçı Çarlz Doçstlant “Alisa möcüzələr ölkəsində” əsərini yazanda ən çox Alisa Lidell adlı balaca qızcığazdan təsirlənib. Kerroll bir çox uşaqlarla vaxt keçirsə də, ən çox sevdiyi məhz Alisa olub. O, 1860-cı ildə yeddi yaşlı Alisanın şəklini çəkərək “Alisanın Yeraltı səyahəti” adlı ilk kitabının sonuncu səhifəsində verib. Deyilənə görə, Doçstlant qızcığaza qarşı intim hisslər bəsləyirmiş və bu səbəbdən də 1963-cü ildə Lidell ailəsi ilə arası dəyib. Qəribədir ki, yazıçının Alisa ilə münasibəti dövründə - 1958-63-ci illərdə yazdığı gündəliklər yoxa çıxıb. Şayiənin doğru olub-olmadığı hələ də naməlum qalır.
“Dorian Qreyin portreti“ – Con Qrey
Uayldın məşhur “Dorian Qreyin portreti” əsəri yayımlandıqdan sonra təkcə dostları deyil, bütün mətbuat əsərin baş qəhrəmanın şair Con Qreyə bənzədiyindən yazıb. Şair və tərcüməçi Con Qrey də baş qəhrəman Dorian Qrey kimi 25 yaşında olsa da, üz cizgilərinə görə 15 yaşlı oğlana bənzəyirmiş. Con Qreyin Uayldla dostluq və sevgi münasibətləri yazıçının həbsə girməyi ilə soyuyub.
“Möhtəşəm Getsbi” – Cineva Kinq
“Möhtəşəm Getsbi”-dəki Deyzi Bukenen obrazı Fitzceraldın 1915-1917-ci illərdə sevgili olduğu Cineva Kinqin portretidir. Amerikan yazıçı Fitzcerald sosial statusların fərqliliyinə görə Kinqdən ayrılıb. Ayrılıq dövründə yazdığı məşhur: “Yoxsul gənclər varlı qızlarla evlənməyi ağıllarından da keçirtməməlidirlər” deyiminə bir çox əsərlərində rast gəlmək olar. Kinq təkcə Deyzi obrazının deyil, “Qış yuxuları” əsərindəki Cudi Cons və “Cənnətin digər üzü” əsərindəki İzabella Boqre kimi obrazların yaranmasının səbəbkardır.
Şerlok Holms - Dr. Jozef Bell
Dedektiv yazarı Artur Konan Doyl Şerlok Holms obrazını tibb fakültəsinin müəllimlərindən biri Jozef Belldən təsirlənərək yaradıb. Yazıçı avtobioqrafiyasında: “Müəllimin Co Bellin qartala bənzəyən üzünü, qəribə vərdişlərini, hər şeyi dəqiqliklə diqqətdən keçirməyini ağlıma gətirdim. Əgər dedektiv olsaydı, bu sahəni şübhəsiz ayrıca bir elm sahəsinə çevirərdi”, -deyə yazıb. Konan Doylun 1892-ci ildə Bellə yazdığı məktubunda deyilir: “Məncə, Holmsun analitik düşünmə tərzi, sizin ayaqüstü müalicə xidmətinizdən çıxardığım bəzi nəticələrdə qətiyyən şişirtmə yoxdur. Mən sizin analiz, səbəb-nəticə və müşahidə qabiliyyətinizi nəzərə alaraq bir obraz yaratmağa çalışmışam”. Həkim Jozef Bell isə təvazökarlıqla: “Əsl Şerlok Holms sənsən, özün bunu yaxşı bilirsən”, - deyə cavab məktubu yazıb.
Lolita və Humbert Humbert – Florens Horner və Frenk LaSell
Deyilənə görə, Nabokov məşhur Lolita obrazını vaxtilə sensasiya doğurmuş Florens Horner və Frenk LaSell cinayəti əsasında yaradıb. 1948-ci ildə 55 yaşlı mexanik Frenk LaSell 11 yaşlı Florens Horneri oğurlayaraq təcavüz edib və 21 ay Amerikanın müxtəlif ştatlarına özü ilə aparıb. Təsadüfən Florens bacısına zəng vurmağa imkan tapıb və qaçırılmağı barədə polisə xəbər verməyini istəyib. Frenk LaSell də Humbert kimi özünü polisə 13 yaşlı qızcığazın atası kimi göstərsə də, cinayətin üstü tezliklə açılıb. Frenk 30 illik həbs cəzası alıb. Florens isə 15 yaşında avtomobil qəzasında dünyasını dəyişib. Təsadüfi deyil ki, Humbert Humbert də kitabdakı monoloqlarının birində özünə: “Görəsən 50 yaşlı mexanik Frenk LaSellin 1948-ci ildə 11 yaşlı Salli Hornerə etdiyini mən də Dolliyə (Lolita) etmişəm?”, - sualını verir.
Vinni Pux və dostları – Vinni Pux
Aleksandr Milnin kitablarının əksər personajları kimi ayı balası Vinni də həqiqi obrazdır. Leytenant Harri Kolborn tərəfindən 1914-cü ildə 20 dollara alınmış bu dişi ayı Birinci Dünya müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb. 4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub. “Vinni” adlı oyuncaq ayı hazırda Nyu-York kitabxanasının uşaq otağında nümayiş olunur. Əsərin digər qəhrəmanları – Danqaburun (donuz balası), İa-ia (uzunqulaq), Kenqa və Balaca Ru (kenquru), Pələng də Robinin oyuncaqları olub. Yalnız iki obrazı – Dovşan və Bayquşu yazıçı özündən uydurub.
Sal Peredayz və Din Moriati – Cek Keruak və Nil Kessedi
“Beat nəsli”nin əsas yazıçılarından olan Cek Keruakın “Yolda” kitabındakı Din Moriati obrazı əslində şair Nil Kessedi olub. Kessedi Keruakın ilham qaynağı idi. Keruakın yazdığına görə, onu XX əsrin ən yaxşı səyahət kitabını yazmağa məcbur edən məhz bu dəli, məsuliyyətsiz adam olub. 42 yaşında ölən Kessedi, şair Allen Ginsberqin də şeirlərinin qəhrəmanı olub.
Hazırladı: Rena Nevzat

2719 dəfə oxunub
Oxşar xəbərlər
Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev
12:00
26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar
15:00
25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?
12:00
25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel
15:00
24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?
09:00
24 oktyabr 2024