Bakirə qalmaq, yoxsa qalmamaq? - STATİSTİKA

Bakirə qalmaq, yoxsa qalmamaq? - STATİSTİKA
26 sentyabr 2012
# 05:00
Türkiyədə dərgilərdən biri bəkarətlə bağlı sorğu keçirib. Sorğuda 18-25 yaş aralığında olan 414 tələbə iştirak edib. Nəticələr təəccüblüdür.

Türkiyə və Azərbaycan əhalisinin mentalitet baxımından yaxın olduğunu nəzərə alaraq, həmin araşdırmanı Kulis.az oxucularına təqdim edirik.

Qadınlar daha çox bilir


Sorğunun nəticələrini təhlil edən professor G.Erginsoy deyir ki, bakirəlik barədə qadınlar kişilərdən daha çox informasiyaya malikdir. Evlilikdən qabaq seksual münasibətlərin yaşanmasında problem görməyən qadınların sayı, kişilərə nisbətən iki dəfə çoxdur.

Mütəxəssis belə hesab edir ki, cəmiyyət namus, abort, süni mayalanma kimi anlayışlardan daha çox bakirəlik anlayışına həssaslıqla yanaşır: “Əslində isə qızlıq pərdəsinin bioloji quruluşundan çox adamın düz-əməlli başı çıxmır. Problem problemin dalınca gəlir. İfadəyə fikir verək: “qızlıq zarı”. Deməli “qızlıq” cəmiyyət tərəfindən cinsi şəxsiyyətlərin sıralamasında mühüm yer tutur. Anketdəki nəticələr göstərir ki, kişilər patriarxal dəyərlərdən qopa bilməyiblər. Onlar qadına, nəticədə insana verilən qiyməti həmin dəyərlərdən kənarda düşünə bilmirlər”.

Təhsil insanları müasirləşdirir

Cavabları gənclərin yaşadıqları yerlərə görə analiz ediləndə ortalığa heyrətamiz nəticələr çıxır. Sahil bölgələrində yaşayan gənclər bakirəlik mövzusunda daxili rayonlarda yaşayanlara nisbətən daha müasirdirlər. Professor Erginsoy deyir ki, bunun əsas səbəbi təhsildəki fərqlə bağlıdır: ”Mərmərə, Egey, Aralıq dənizi bölgələri Türkiyənin ən çox inkişaf etmiş əraziləridir. Burdan belə nəticəyə gəlirik ki, təhsilin əhəmiyyəti böyükdür. Təhsil prosesində sosiallaşan, bir-birini daha yaxından tanıyan, hörmət etməyi, sevməyi bacaran gənclik, əlbəttə ki, bakirəlik anlayışına da köhnə streotiplərlə yanaşmır”.

Namus cinayətinə yox, bakirəliyə hə

Sorğuda gənclərdən soruşublar: “Adət və ənənələrimizi nəzərə alsaq, bu cinayətlərə haqq qazandırmaq olarmı? Suala cavab verənlərin 86.3 faizi “yox” deyib. Ancaq “bakirə olmayan qız alarsanmı?” sualına cavab verən kişilərin 50 faizi “ailəm qəbul etməz”, “onun qızlığına birinci mən sahib olmaq istəyərəm” cavabını verib.

Professor bunu belə şərh edir: “Bu nəticələri müqayisə etdikdə, pis şeyin yaxşı tərəfi üzə çıxır. Yüz faiz olmasa da, görürük ki, gənclərin böyük əksəriyyəti namus cinayətlərinə haqq qazandırmır. Ancaq hələ də çoxluğun bakirəlik mövzusunda mühafizəkar mövqe tutması qorxulu reallıqdır”.

Gəzməli qız, evlənməli qız

“Hürriyet” qəzetində oxuculardan gələn məktublara cavab verən Güzin Ablanın bu məsələlərə münasibəti belədir: “Cəmiyyətdə mühafizəkarlıq artır. Ancaq 10-15 il öncəylə müqayisədə ilk cinsi əlaqəyə girmə yaşı təxminən 14-15-ə enib. Yenə də bakirəliklərini itirməkdən qorxurlar, buna baxmayaraq sevgililəri ilə cinsi əlaqədə olmaqdan çəkinmirlər. Bunun əsas səbəbkarı oğlanlardır. Oğlanlar cinsi əlaqəyə girmək üçün çox inad edir. Qızlar isə cinsi əlaqəyə girməsələr, oğlanların onları tərk edəcəklərindən qorxurlar. Əslində isə tamamilə tərsi baş verir. Bu basqıya boyun əyən qızlar tərk edilirr. Oğlanlar flört edəndə qızlara bu cür təzyiq edirlər. Ancaq evlənmək istəyəndə isə bakirə qız axtarırlar”.

Qızlar da aldadır

Bakirəliyi pozmamaq üçün başqa yollara əl atmaq da geniş yayılıb. Kişi “toxunulmamış”, “halal süd əmmiş”, “təmiz ev qızı” almaq istəyir. Güzin Abla isə deyir ki, bir qızın bakirə olmağı onun cinsi əlaqəyə girməməyi anlamına gəlmir: “Qeyri-ənənəvi cinsi əlaqədə olanlar, “paltarlı sevişdik” deyənlər də var. İnternet geniş yayıldıqdan sonra gənclər web kameralar vasitəsilə də sekslə məşğul olmağa başlayıblar. Bir də qızlıq pərdəsini tikdirmək məsələsi var. Qızlar bu metodla ərə getdikləri oğlanı aldada bilirlər”.

Bakirə çıxmadı

Sorğunu təhlil edən hüquqşünaslardan deyir ki, yeni evlilər boşanmaqla bağlı məhkəmələrə müraciət edəndə göstərilən səbəb əsasən belə olur: “Arvadım bakirə çıxmadı”. Ən gülməlisi odur ki, 20-25 il bir yerdə yaşadıqdan sonra boşanan cütlüklər də bu cür bəhanələr gətirirlər: “Biz o vaxt evlənəndə arvadım bakirə deyildi”.

Mütəxəssislər hesab edir ki, ölkədə mühafizəkar mühitin güclənməsi, dindarların sayının artması insanlara bu cür bəhanələr gətirməklə boşanmağa cəsarət verir.

Cəmiyyət deyir: qadın və kişi bərabər deyil

Sorğunun nəticələri göstərir ki, bakirəlik tabusunu yıxmaq üçün türk gəncliyi hələ çox geridədir. Kişilərin böyük çoxluğu qızların evlilikdən qabaq cinsi əlaqədə olmağına pis baxırlar. Yəni bakirəlik cəmiyyət üçün “yara” olaraq qalacaq. Professor Erginsoy deyir ki, türk cəmiyyəti müasirlik, demokratiya, insan haqları kimi dəyərləri tam olaraq qadınlara aid etmir. Cəmiyyət qadını kişi ilə bərabər görmür, ona ikinci dərəcəli varlıq kimi baxır.

Məşhurlar bəkarətlərini neçə yaşında itirib:

Conni Depp - 13
Sienna Miller - 16
Ancelina Coli - 14
Cessika Simpson - 22 (ilk həyat yoldaşı ilə)
Mik Djaqqer -12
Ferqi - 18
Deniel Redkliff - 16 (özündən yaşca böyük olan qadınla)

Sorğunun suallarını təqdim edirik:

Qadınlar cavab verir:

Qızların evlənməmişdən qabaq cinsi əlaqə qurmağı normaldır


37.4% - Tamamilə razıyam
19.7% - Razıyam
15.6% - Həm razıyam, həm yox
14.2% - Razı deyiləm
11.8% - Qətiyyən razı deyiləm

Kişinin evlənməmişdən qabaq cinsi əlaqəyə girməyi normaldır

40.8% - Tamamilə razıyam
25 % - Razıyam
11.5% - Həm razıyam, həm yox
11.5% - Razı deyiləm
10.8% - Qətiyyən razı deyiləm

Kişilər cavab verir:

Qızların evlənməmişdən qabaq cinsi əlaqəyə girməyi normaldır


19.1% - Tamamilə razıyam
10.8% - Razıyam
23.9% - Həm razıyam, həm yox
15.7% - Razı deyiləm
30.3% - Qətiyyən razı deyiləm

Kişinin evlənməmişdən qabaq cinsi əlaqəyə girməyi normaldır

31.8% - Tamamilə razıyam
26.9% - Razıyam
16.8% - Həm razıyam, həm yox
12.3% - Razı deyiləm
11.9% - Qətiyyən razı deyiləm

Bakirə olmayan qadınla evlənmərəm çünki...

2.6% - Adət-ənənələrə ziddir
7.7% - Ailəm qəbul etməz
5.5% - Başqaları ilə müqayisə olunmaq məni qorxudur
39.6%- Mən ilk olmaq istərdim
44.7%- Evlənərəm

Ümumi cavablar:

Uşaq sahibi olmaq üçün evlənmək şərt deyil


11.6% - Tamamilə razıyam
11.0% - Razıyam
17.4% - Həm razıyam, həm yox
25.9% - Razı deyiləm
34.2% - Qətiyyən razı deyiləm

Nikahsız da birlikdə yaşamaq olar

19.4% - Tamamilə razıyam
21.1% - Razıyam
18.7% - Həm razıyam, həm yox
21.1% - Razı deyiləm
19.7% - Qətiyyən razı deyiləm

Rəna Nevzat
# 13169 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #