“O uşaq bədbəxtdir ki, oyuncağı çoxdur”
28 avqust 2012
11:01
Ədəbiyyat üzrə Nobel mükafatlı hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadim Rabindranat Taqor həm də Hindistan və Banqladeşin milli himnlərinin müəllifidir. O, Asiya qitəsinin ilk Nobel mükafatı laureatıdır. Filosof Taqor 70 yaşının astanasında özünü rəssam kimi də sınayıb və digər sahələrdə olduğu kimi, burada da uğur qazanıb. Onun rəsm əsərlərindən ibarət sərgi Nyu-York, Paris Moskva və Berlində nümayiş etdirilib. Bəstəkar kimi isə iki mindən çox nəğmənin müəllifidir.
Rabindranat Taqor Kəlkütdə varlı ailədə dünyaya göz açıb. Atası Hindistanın sayılıb-seçilən adamlarından olub. Taqorun uşaqlıq illəri xidmətçilərin nəzarəti altında, ciddi rejimdə keçib. O, öz uşaqlıq illərini xatirələrində belə əks etdirib:
Uşaqlıqda biz, demək olar ki, bəzək-düzəyin nə olduğunu bilmirdik. O vaxtlar yaşayış indikinə görə daha təvazökar keçirdi. Əgər siz o zaman bir centlmenin necə yaşadığını indi görsəydiniz, onunla hər hansı bir əlaqə saxlamağa utanardınız. Bu, o zamanın xüsusiyyəti idi. Bizim evin xüsusiyyəti də ondan ibarət idi ki, bizdə ümumiyyətlə, uşaqlara bir o qədər də xüsusi diqqət yetirmirdilər...
Bizə qulluqçular ağalıq edirdi. Onlar öz vəzifələrini yüngülləşdirmək üçün sadəcə olaraq, bizi heç tərpənməyə belə qoymurdular. Lakin bizim əl-qolumuzu bağlayan zəncirlər nə qədər ağır olsa da, evdə bizə xüsusi diqqətin olmamasının özü bizim üçün böyük bir azadlıq idi, bunun sayəsində bizim ruhumuz da azad idi...
Biz çox sadə geyinirdik. Əgər indiki müasir uşaqlardan biri bizim paltar dolabımızla tanış olsaydı, ola bilər ki, o, bizə lap nifrət hissilə yanaşardı...
Böyüklər hər cəhətdən və hər işdə bizdən uzaq idilər. Onların həyat tərzi, paltarı, yeməyi, əyləncəsi, danışıqları – hamısı başqa cür idi. Biz bunu başa düşürdük, lakin onlara yaxınlaşa bilmirdik. İndiki uşaqlar böyüklərə heç əhəmiyyət vermirlər. Onlar öz qarşılarında heç bir maneəyə rast gəlmirlər və hətta bir şeyin arzusunu ürəklərinə gətirməmiş, istədiklərinə sahib olurlar. Lakin bizim üçün heç bir şey belə asanlıqla başa gəlmirdi. Biz həmişə ümid edirdik ki, bu olmayan şeyləri böyüyəndə alacağıq. Buna görə də biz onların hamısını uzaq gələcəyə keçirirdik. Bu isə axırda onunla nəticələnirdi ki, əlimizə düşən şeylərdən son damlasına qədər istifadə edirdik, qabığından tutmuş, tumuna qədər heç bir şeyi kənara tullamırdıq. İndiki uşaqlar isə, xüsusilə varlı ailələrdən olan müasir uşaqlar çox çətin ki, onlara verilən şeyin yarısını dişləyib yemiş olsunlar,- dünyanın naz-nemətinin böyük bir hissəsi beləliklə mənasız yerə məhv olub gedir.
Biz günümüzü evin bayır hissəsinin cənub-şərq tərəfində, ikinci mərtəbədə qulluqçuların arasında keçirirdik...
Bizə küçəyə çıxmaq qadağan olunmuşdu, hətta evdə də istədiyimiz yerə gedib hərlənə bilməzdik. Buna görə də biz ətrafdakı xarici aləmə yalnız hərdənbir oğrun-oğrun baxa bilirdik. Bayırdakı o aləm azad bir dünya idi, mən isə zindanda idim- biz onunla görüşə bilmirdik. Buna görə də məndə o aləmə qovuşmağa həvəs getdikcə güclənirdi...
Atam tez-tez səyahət edərdi, evdə demək olar ki, heç olmazdı. Onun üçüncü mərtəbədəki otağı həmişə bağlı qalardı. Mən venetsiyasayağı pəncərədən əlimi uzadıb qapının siyirməsini açar və səssizcə otağın cənub tərəfində qoyulmuş taxtın yanına gedərdim. Mən adətən günorta saatlarını bu taxtın üstündə keçirərdim. Görünür, otaq həmişə bağlı olduğu və ora daxil olmaq qadağan edildiyi üçün ordakı hər şey nə isə əsrarəngiz bir mühit içində görünərdi. Boş və açıq artırmada isə yalnız bürkü gəzərdi, oradan baxanda mənim ruhum uçub uzaqlara gedərdi...
Xarici aləmlə ünsiyyət mənim üçün demək olar ki, mümkün deyildi, lakin bəlkə də elə buna görə mən bu xarici aləmdən böyük bir sevinc duyurdum. İnsanın imkanları çox olanda onun zehnini tənbəllik basır, o, yalnız zahiri aləmə fikir verir, insan unudur ki, kef zamanı daxili vəziyyət xarici şəraitdən daha vacib olan bir məsələdir. Bu, insanın uşaqlıqda mənimsəməli olduğu birinci dərsdir. Uşağın var-dövləti çox azdır, lakin ona sevinc və nəşədən başqa artıq heç bir dövlət də lazım deyildir. O uşaq bədbəxtdir ki, onun oyuncağı hədsiz dərəcədə çoxdur, çünki belə hallarda oyun onun üçün bütün gözəlliyini itirir.
Mən indi öz uşaqlığımı yadıma salanda hər şeydən daha çox xatırladığım budur ki, o zamanlar bütün dünya və həyat mənim üçün sirlərlə dolu bir aləm idi...
Mən şeir yazmağa başlayıram
O zaman mənim yaşım yeddi-səkkizdən yuxarı deyildi. əmioğlum Cotiprokaş məndən yaşca çox böyük idi. O zaman o, ingilis ədəbiyyatı ilə lap yenicə tanış olmağa başlamışdı və Hamletin monoloqunu böyük bir hisslə deklamasiya edirdi. Bilmirəm, nə üçünsə, o, birdən-birə mənim kimi bir uşağı şeir yazmağa həvəsləndirməyə çalışdı. Bir dəfə günorta çağı o, məni öz yanına çağırdı və dedi: “Sən şeir yazmalısan”. Elə ordaca mənə on dörd hecalı vəznin-payarın necə düzəldiyini izah etdi.
O vaxta qədər mən şeiri yalnız kitablarda görmüşdüm. O şeirlərdə pozulmuş və ya islah olunmuş yerlər yox idi, onlarda şübhədən və ya insan üçün səciyyəvi olan zəif cəhətlərdən də bir iz görməmişdim. Mən belə şeirlər yazmağa özümün də təşəbbüs edəcəyimi heç təsəvvürümə gətirməzdim. Bir dəfə evimizdə bir oğru tutdular. Mən qorxdum, titrəyərək, həm də məndə oyanmış böyük marağın təsiri altında oğruya baxmaq üçün yaxına getdim. Oğru lap adicə bir adam idi. Bizim qapıçımız onu döyməyə başlayanda, mənim ona yazığım gəldi. Mənim poeziyaya münasibətimdə də buna bənzər bir hal baş vermişdir. O zaman ki, mən özüm bir neçə söz düzəltdim və onları payar vəznində quraşdırdım, məndə şeir yazmağın sirləri haqqındakı bütün xəyallar da aradan qalxdı. İndi mən görürəm ki, yazıq poeziya özü də daim zərbələr yeməli olur. Mən çox zaman poeziyaya acıyıram, lakin özümü saxlaya bilmirəm, əlim gicişir. Oğru onu tutan adamlardan az əziyyət görür.
Qorxu keçib gedəndən sonra heç bir şey daha məni saxlaya bilmədi. Bizim qulluqçulardan birinin xeyirxahlığı sayəsində mən göy cildli bir dəftər tapdım. Öz əlimlə bu dəftərin üzərində karandaşla əyri xətlər çəkib iri və səliqəli hərflərlə şeirlər yazmağa başladım. Gənc maral buynuzları çıxanda özünü qarşısına çıxan hər bir predmetə toxundurduğu kimi, mən də öz yeni doğulmuş şeirlərimlə hamının zəhləsini tökmüşdüm. Mənim əsərlərimlə fəxr edən böyük qardaşım isə dinləyici axtara-axtara bütün ailəmizi hövsələdən çıxarmışdı...
İndi bizim günlərdə uşağın şeir yazmağı çox da elə nadir bir hadisə deyil. Çünki indi poeziya öz qiymətini itiribdir.
Zivər Ay

1297 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024