Dil Qurumu Vergilər Nazirliyinə müraciət etdi
Azərbaycan Dil Qurumu İctimai Birliyi dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib.
Müraciətdə bildirilir ki, "Dövlət Dili haqqında" Qanunun 17-ci maddəsinə əsasən hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. Ancaq təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir.
ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən "Dövlət Dili haqqında" Qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib.

Oxşar xəbərlər
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar
11:01
7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi
12:46
4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair
15:00
3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
11:00
3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi
10:00
3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?
13:00
1 noyabr 2026