Difai: Partiya, yoxsa antiterror hərəkatı
27 iyul 2012
11:00
“Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir, deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub keçənləri unutmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır”. Ə. Ağaoğlu
Əhməd bəy Ağaoğlu: “Sərbəst insanlar ölkəsi”ndə ifrat bir idealist, “Sərbəst firqə xatirələrində” siyasi yorğunluq keçirən icraçı, Difaidə isə terrorizmlə mübarizə aparan bir lider. Ötən əsrin əvvəllərində yaşayan aydınlardan ən təlatümlü ömür keçirən məhz Əhməd Ağaoğlu olub.
1905-ci il il
Çar Rusiyasında baş verən kəskin hadisələr Qafqaz xalqları arasında qarşıdurmaların güclənməsinə səbəb olur, ermənilərlə türklər arasında açıq savaş başlanır. Ermənilər Bakı, İrəvan, Zəngəzur və Qarabağda qətliam törədir, 50 mindən yuxarı türk qətlə yetirilir. Durumun getdikcə kəskinləşməsini görən çar hökuməti sülh danışıqlarının başlaması üçün Tiflisdə fevralın 20-dən martın 6-dək Tiflisdə Qafqaz canişini İ. İ. Vorontsov-Daşkovun sədrliyi ilə qurultay keçirilir.
Qurultayda hökuməti təmsil edənlər Vorontsov-Daşkovla yanaşı Tiflis, Gəncə, İrəvan qubernatorları, canişinin müavinləri, Krım sultanı Gəray, general Malama, general Şirnikin, kargüzar Peterson iştirak edir.
Müsəlmanlar (türklər) tərəfdən iştirak edənlər: Bakıdan Əhməd bəy Ağayev, Kərbəlayi İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmmədağa Vəkilov, doktor Qarabəy Qarabəyov, Gəncədən Əliəkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanov və başqaları.
Erməni tərəfdən iştirak edənlər: “Müşak” qəzetinin müdiri Kalantar, Tiflisdən Xatisov, Samson Artyunov, Bakıdan Xatisov, Muşeksyan, doktor Stepanov, Arakelyan, Taqiyanusov, Ter-Avanesov, Arximandrit Muradyan və başqaları.
Canişin tərəfləri mövcud durumu həll etmələri barədə məsləhətlərini verdikdən sonra qurultayı tərk edir, tərəflər müzakirəyə başlayırlar. M. S. Ordubadi yazır ki, erməni tərəfdən Kalantarın əhalinin arandan dağa köçünün təhlükəsizlik baxımından qadağan olunması ilə bağlı çıxışına kəskin arqumentlərlə cavab verən Əhməd bəyin sonunda başı gicəllənir, onu sarayın başqa otağına aparırlar. Ordubadi bu hadisəni Əhməd bəyin günlərlə xalqın problemlərini düşünməsi, onların həllinə çalışması ilə bağlayır. İkinci iclasda Əhməd bəy Ağayev sərt çıxış edərək ermənilərin terror dəstələri yaratmalarını pisləyir, Kərbəlayi İsrafil isə daha da irəli gedərək deyir: “Bizim də terrorlarımız ola bilər. Biz də mauzer tüfəngləri saxlayıb, bomba ata bilərik, biz də ermənilərdən yaxşı mənsəb sahiblərini, qubernatorlar da öldürə bilərik. Lakin biz bunların heç birisini etmirik, çünki bu bir rəzil və alçaq, səltənətə layiq olmayan işlərdir”.
Nağı Şeyxzamanlı xatirələrində 1905-1906-cı il olaylarının çar hökuməti tərəfindən iki xalqın arasına salınan nifaq kimi dəyərləndirir, Difainin yaranmasını tarixi zərurət hesab edir. Şeyxzamanlı yuxarıda qeyd etdiyimiz Tiflis barışığında türklərin aşağıdakı şərtləri irəli sürdüyünü bildirir:
-Ermənilərin katolikosu Tiflisə gələrək Şeyxülislamdan qətl üçün əfv diləyəcək;
-Qətlə yetirilmiş türklərin qatilləri hökumətə təslim ediləcək.
Lakin ermənilər katolikosun xəstə olduğunu, onun əvəzinə yepiskop Baturyanın Şeyxülislamın yanına gedərək qətllərdən kədərləndiyini bildirəcək, amma qatilləri rus məhkəməsinə verməyəcəklər, çünki məhkəmə işin uzanacağına səbəb olacaqdır. Qatillər erməni millətinin vicdanına həvalə ediləcək ki, onlar öz vasitələri ilə qatillərin cəzasını versinlər.
Həmin məclisdə Əhməd bəyin terror məsələsini qabartmasından qorxuya düşən ermənilərdən bəziləri məclisi tərk etmək istəsə də, türklərin buna etinasızlıq göstərməsi müzakirələrin yenidən davam etməsinə səbəb olur.
Əhməd bəy növbəti çıxışında yenə terror məsələsini qabardır, deyir ki, nə qədər ki Qafqazda terror var, bir o qədər də sülh olmayacaqdır. Ardınca Əhməd bəy, problemi daha da konkretləşdirərək Daşnaksütyunun üzərinə gətirir, Daşnaksütyun və onun kimi partiyalar bağlanmadığı təqdirdə müsəlmanların bu cür partiyalarla mübarizə aparacağı bir təşkilat yaradacağına işarə edir.
Belə bir təşkilat yaradılır.
Belə ki, Əhməd Ağayevin Gəncə çıxışından sonra Ələkbər bəy Rəfibəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu axşam yeməyi zamanı erməni qırğınına qarşı təşkilat yaratmağın vacibliyinə qərar verirlər.
Bu qurultaydan aydın olur ki, “Difai” ermənilərin Azərbaycanda törədikləri terror hadisələrinə cavab olaraq yaranıb. Beləliklə, 1906-cı ildə Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi -"Difai" Partiyasının əsası qoyulur. Əhməd bəyin rəhbərlik etdiyi Mərkəzi Komitəyə Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud xan Cavanşir, N. Behbudov və b. daxil idilər. Ən nüfuzlu Yelizavetpol komitəsinə Yelizavetpol kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə sədrlik edirdi. Möhüründə tiyəsi yuxarı yönələn iki çarpaz qılınc və ay olan Difainin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev, Bərdə komitəsinə Məşədi Mehdi Hacı Şərif rəhbərlik edirdi.
Difainin əsas məqsədləri bunlar idi:
-Ermənilərin hücumundan qorumaq üçün türk əhalini silahlandırmaq, hərbi drujinalar yaratmaq
-Çar hökumətinə Qafqazdakı hadisələrlə bağlı təsir etmək
-Əhalini ağır sosial durumdan xilas etmək
-Türk əhalisini maarifləndirmək
Difai yarandıqdan sonra narazı kütlələr hökumətin idarəçiliyindən üz döndərib Difainin qərarlarına tabe olmağa başlayırlar. Difainin regionlarda komitələri çoxalmağa, fəaliyyət sahəsi genişlənməyə başlayır. Difaiçilər torpaqların sahibkarlardan alınıb kəndlilərə paylanmasına çalışır. Bərdə qəzasında açıq-aşkar bu hadisə baş verdiyindən komitə rəhbərliyi həbs olunur. 1907-08 illərdə Cavanşir qəzasında 38 kənd icmasından yalnız 8-i hakimiyyət orqanlarına tabe olurdu, qalan kəndxudalar isə "Difai"nin rəhbərliyi altında işləyirdi.
Difaiçilər hələ təşkilat yaranmamışdan öncə Tiflisdə keçirilən qurultayda terrorun qarşısının ancaq antiterror əməliyyatı ilə alına biləcəyini anladılar. Buna görə də ermənilərin terror əməllərinə göz yuman çar məmurlarını hədəfə götürdürlər.
1906-cı ilin sonunda Difaiçilər Şuşa qeneral-qubernatoru V. N. Kalaşçapovu və onun dəftərxana müdiri Kleşinskini qətlə yetirirlər. Difainin hədəf aldığı digər bir məmur Kalasçapov olur. Belə ki, Difaiçilər Bilal adlı bir qarabağlını general Kalaşçapovu öldürmək üçün Tiflisə göndərirlər. Kalaşçapov Qarabağda diviziya komandiri olub və diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri öldürdüyünə görə Tiflisə göndərilən Bilal iki gün sonra, ermənipərəst generalı küçədə qətlə yetirir.
1907-ci ildə Naxçıvan qəza rəisi podpolkovnik Enqel də eyni aqibəti yaşadı. Difaiçilər çar məmurunu öldürdükdən sonra möhürlü bəyannamə verirdilər və burada niyə öldürdüklərini qeyd edirdilər. Çar hökuməti möhürün sahibini tapana və ya bir Difai üzvünü təhvil verənə 50 min qızıl pul təklif edir. Lakin heç bir halda nə möhür, nə də Difai üzvü ələ keçirilə bilmir. Nağı Şeyxzamanlı xatirəsində möhürün kimdə olduğunu belə anladır: “Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri: Artıq “Difai” fəaliyyətini dayandırır. Möhürü saxlayacağammı, yoxsa məhv ediləcək deyə soruşdu. Mirzə Məhəmməd “onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanacaq” dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı”.
Difai möhürü necə ələ keçirilir:
Nağı Şeyxzamanlı yazır ki, “1909-cu ildə gənclərə dil öyrətmək üçün Kruçkov soyadlı Sosialist Partiyasının üzvü olan bir rus gəlir. “O, bir gün məndən “siz ruscadan türkcəyə tərcümə edə bilirsinizmi?” deyə soruşdu. Mən də cavabında “sizi bir nəfərlə tanış edərəm, o sizə kömək edər” dedim. Mən onu gimnaziyada türk dili müəllimi olan Mirzə Məhəmmədlə tanış etdim. Bir axşam Mirzə Məhəmmədin xanımı təlaş içində yanıma gəldi və dedi: “Başımıza fəlakət gəldi. Rus gizli polisindən gəlib, evi alt-üst etdilər və nə qədər sənəd var idisə götürüb apardılar. Onlar evdə tapılan möhürdən də şübhələndilər və onu da yoxlamaq üçün özləri ilə idarələrinə apardılar”. Mən dərhal Difainin möhürünün ələ keçdiyini anladım”.
Nağı bəy hadisəni eşidən kimi gizli polisdə katib və tərcüməçi işləyən dostunun yanına gedir, ona deyir: “Bizi bu fəlakətdən qurtarsan, sən qurtara biləcəksən”. O isə cavabında “mənim əlimdən nə gəlir? Mən bütün sənədləri möhürlə birgə seyfə qoydum. Rəis mənə səhər tezdən gəl bu kağızları tədqiq et, xüsusilə möhür çox əhəmiyyətlidir” dedi. Mən ona belə təklif etdim: “Dram cəmiyyətində saxladığımız inqilabçı sosialist partiyasının möhürünü gətirib sizə verim, siz də bu möhürü səhər Difai firqəsinin möhürü ilə dəyişdirin və məhv edin”.
Beləliklə, möhürlərin yerləri dəyişdirilir. Tezliklə, məlum olur ki, Kruçkov da həbs edilib. Axşam tərcüməçi Nağı bəyə olanları anladır: “İçəri girəndə gördüm ki, soba gurhagur yanır. Tez seyfi açıb möhürü oradan götürüb sobaya atdım və yerinə cibimdəkini qoyub qapısını bağladım. Sobada əllərimi qızdırarkən rəis içəri girdi və mənimlə salamlaşdıqdan sonra “Tez seyfı aç! Möhür məni bütün gecə narahat edib. Oxu görək o nə möhürdür” dedi. Mən dərhal seyfi açıb kağızları və möhürü götürdüm. Möhürü mürəkkəbə batırıb kağızın üzərinə basdım. Möhürün yazıları aydın görünür. Bir yerdə baxırıq. Rəis möhürün türk dilində olduğunu görüb “oxu görək nə yazılıb” deyir. Mən möhürün bir sosialist möhürü olduğunu söylədim. Kağızlardan rusca olan bəziləri türkcəyə tərcümə olunmuşdursa da, bəziləri hələ tamamlanmamış vəziyyətdə idi. Mən tərcüməçi dostumun bu sözlərindən sonra bir ah çəkdim və gözlərimi yumdum və düşüncəyə daldım. Sevinir və həm də kədərlənirdim.
Bizə müqəddəs olan «Difai» möhürü - müstəqil Azərbaycan muzeyini zinətləndirəcək möhür - Azəri düşməni, Qarabağ canisi general Kalaşçapovu Tbilisidə, vali müşaviri Kreçkinskini və polis müdiri Banikovu Gəncədə, erməni Vasilini və ən nəhayət, Molla Hadını qətlə yetirmələrini xalqa bəyan edən kağızı bəzəyən möhür, sən düşmən sobasında yanırsan. Sən ey müqəddəs möhür, sobada yanmağınla xalqımızı son dərəcə böyük bir fəlakətdən xilas edirsən.
Tərcüməçi davam edir: “Biz Kruçkovla Mirzə Məhəmmədi üzləşdirdik». İstintaq zamanı Mirzə Məhəmməd susur, Kruçkov isə verilən suallara dərhal cavab verirdi: “Mən bu sənədləri Mirzə Məhəmmədə rus dilindən türk dilinə tərcümə etmək üçün vermişəm. Bu zaman polkovnik Mirzə Məhəmməddən “sən sosialistsənmi?” soruşur. Mirzə Məhəmməd “xeyir” deyir. Polkovnik «əgər sən sosialist deyilsənsə, bu sosialist firqəsinin sənin evində nə işi var?” Yenə bu vaxt Kruçkov yenidən söhbətə qarışır və “möhürü mən ona vermişəm, möhür mənimdir” deyir. Bu söhbətdən sonra Mirzə Məhəmməd yavaş-yavaş “vəziyyəti” anlamağa başlayır. Sonra Kruçkov həbs olunaraq Rusiyaya göndərilir. Mirzə Məhəmməd də Rusiya Daxili İşlər Nazirinin əmri ilə 5 il müddətinə Gəncədən İran sərhədinə yaxın bir yerə sürgün olunur. Gəncə gəncləri göz bəbəyi kimi sevdikləri Mirzə Məhəmmədin ailəsini 5 il heç bir şeydən əziyyət çəkməyə qoymurlar”.
Difaiçilərin bu əməliyyatları çar hökumətini narahat etdiyindən, onlara qarşı mübarizəyə başladılar. Qafqaz canişini 1908 il 4 mart tarixli fərmanla "Difai" Partiyasını qadağan etdi. Əhməd bəyin rəhbəri olduğu “İrşad” qəzeti qapadıldı, özü isə mühacirətə getməli oldu. Çar Rusiyasının sonlarına yaxın Difai Partiyasının nüfuzu qalsa da, o artıq tarixi missiyasını yerinə yetirmişdi.
"Açıq söz" qəzetinin 1917-ci il oktyabrın 13-də yazdığına görə, Azərbaycan siyasi partiyalarının Gəncə müşavirəsində Nicat və Difai inqilabi partiyalarının nümayəndələri proqramları uyğun gəldiyi üçün Müsavat Partiyasına daxil olublar.
Dilqəm Əhməd
Qaynaq:
1. M.S.Ordubadi : “Qanlı illər”- “Qafqaz”, Bakı, 2007
2. Nağı Keykurin : “Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”, Bakı, 2007
3. Eldar Əzizov: “Difai”, Bakı, 2009
4. AXC Ensiklopediyası, “Lider”, Bakı, 2004

2851 dəfə oxunub
Oxşar xəbərlər
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?
15:00
5 dekabr 2024