Amerika bu xəbəri müzakirə edir

Amerika bu xəbəri müzakirə edir
19 avqust 2011
# 11:02
Amerika konqresmeni Piter Kinq Barak Obama administrasiyasını rejissor Ketrin Biqelouya məxfi materialları oxumağa icazə verdiyi üçün ittiham edib.

Kulis.az-ın Deadline saytına istinadən verdiyi xəbərə görə, Kinqin ittihamı New York Times qəzetində yayımlanan materiala əsaslanıb.

Məqalədə deyilir ki, Biqelouya yüksək səviyyədə tarixin ən məxfi – Bin Ladenin məhvedilmə əməliyyatı haqda informasiyalarla tanış olmaq icazəsi verilib.

Kinq bəyan edib ki, məxfi əməliyyat haqda öncə Amerika xalqı və Konqress məlumatlandırılmalıdır, hansısa kinematoqrafçı yox. O, məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib.

Biqelou və filmin prodüseri Mark Boal isə bildiriblər ki, onların layihəsi uzun illərdir hazırlanır və Klinton, Buş, Obama administrasiyasının fəaliyytini əks etdirir: “Bin Ladeninin məhvi Amerikanın triumfu olub və filmdə bunun başqa cür təqdim olunmasını güman etmək üçün səbəb yoxdur”.

Xatırladaq ki, Biqelou hazırda Bin Ladeni məhv etməyi qarşılarına məqsəd qoyan əməliyyat qrupundan bəhs edən film üzərində çalışır. Filmin gələn il prokata çıxacağı gözlənilir.

Rəna NEVZAT
# 1765 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər