100 il bundan sonra yaddaşı poza biləcəyik - ARAŞDIRMA
17 avqust 2011
13:07
İngiltərənin məşhur elmi jurnalı olan BBC Focus 100 il sonrakı dünyanı tərənnüm edib. Bu günkü elmi tərəqqini nəzərə alıb onların inkişaf dinamikasına görə xəyali 2111-ci ilin dünyasını “quran” jurnalın iddiasına görə, 100 il sonranın insanı aşağıdakı dünyada yuxudan oyanacaq:
* Dənizə yaxın şəhərlərin bir qisimi su altında qalacaq. Amma vəziyyət hazırda təxmin etdiyimiz kimi faciəli olmayacaq. Çünki mütəxəssislər okean üzərində süni ağ şarlar şişirərək, istiliyin atmosferə geri qayıtmasına nail olacaqlar. Beləliklə də Qrellandiya kimi böyük buz kütlələrinin ərimə prosesi dayanacaq, ümumi buzlaqların əriməsi isə yavaşlayacaq.
* Əksər şəhərlərdə elektrik stansiyaları daha yüksəkdə tikiləcək. Mövcud binaların təməlləri daha da bərkidiləcək. Dəniz sahillərinə böyük anbarlar tikiləcək və şəhər həyatı dijital hala gələcək.
* Küçədə gedərkən taxacağınız xüsusi eynəklər sayəsində ətrafınızda mütəmadi olaraq xüsusi məlumatlar görəcəksiniz. Ən maraqlısı isə, sizdən xeyli uzaqda olan kəslə çatlaşan zaman onun avatarı holigram olaraq yanınızda meydana çıxacaq.
* İşə getmək də tarixin gülünc adətlərindən biri olacaq. İnformasiya texnologiyasının və məlumat transferinin inkişafı iş yerlərini insanların ayağına gətirəcək. Onlar evlərindən yığıncaqlara qatılacaqlar.
* Təməlləri İngiltərədə 2011-ci ildə atılan bir texnologiya istehsalın yeni modeli halına gələcək. 100 il sonra istehsal maşınlar yerinə 3D printerlərlə ediləcək. Bir-birinə bənzər maşınlar fərqli proqramlaşdırılaraq istənilən məhsulu istehsal edəcək.
* Enerji ehtiyacı davam edəcək. Fərq onda olacaq ki, hər bir ev enerji təlabatını özü ödəməli olacaq. Yerinə və mövqeyinə görə evlərin üstlərində ya günəş batareyası, ya da külək pəri olacaq. Əldə edilən enerji orbitdəki stansiyalarda yığılacaq və yenidən dünyaya paylanacaq.
* Demoqrafik siyasət sayəsində əhalinin sayı azalacaq. Genetikası dəyişdirilmiş qidalar sayəsində aclıq problemi də qalmayacaq. Qütblərdə kartof yetişəcək, bitkilərin yarpaq strukturları dəyişdirilərək fotosintezə daha təsirli hala gətiriləcək. Hətta bəzi bitkilər Günəşdən daha çox faydalana bilsin deyə, rəngi dəyişdirilərək qara olacaq.
NƏQLİYYATDA “KAPSULA” MODELİ
Yeni nəqliyyat sistemləri inkişaf etdiriləcək. Məsələn hidrogenlə işləyən kapsula (arabaya bənzər motoskilet) sizi evinizin qarşısından götürüb ana yola qədər aparacaq. Oradan isə gediləcək yerə görə başqa kapsulalarla birləşərək (qatar kimi) səfərə davam ediləcək. Nə qədər çox kapsula birləşsə nəqliyyat xərci o qədər azalacaq.
* Nano texnologiyalı paltarlar: Nano texnologiyasının köməyiylə paltarlarımızın çox fərqli xüsusiyyətləri olacaq.
Bu texnologiya köməyiylə bakteriyalara qarşı antibiotik ifraz edən, hərəkətimizin enerjisindən elektrik çıxarıb cib telefonlarının batareyasını dolduran, islanmayan, yanmayan, güllə keçirməyən, bədəni xüsusi istilikdə saxlayan və öz-özünü təmizləyən paltarlardan istifadə edə biləcəyik.
* Dijital kredit kartı: Yeni nəsil dijital kartların köməyiylə artıq daha etibarlı alış-veriş edə biləcəyik. Üstün təhlükəsizlik təmin edəcək olan bu kartların bir PIN nömrəsi olacaq və hər alver üçün xüsusi şifrə törəyəcək. Alverin tamamlanması üçün hər iki nömrənin də düzgün daxil edilməsi tələb olunacaq. Beləliklə də internet vasitəsilə reallaşan kredit kartı saxtakarlıqlarının da qarşısı alınacaq. “Citibank” və VISA bu texnologiyanın ilk tətbiqlərinə artıq başlayıb.
* Robotlar: İndiki vaxtda robotlar sənaye məqsədlərlə fabriklərdə müəyyən tapşırıqları yerinə yetirmək üzrə istifadə edilir. Bu texnologiyanı gündəlik həyatda da istifadə edə bilməsi üçün görülən işlər isə sürətlə davam edir. İnkişaf edən texnologiyalarla birlikdə fantastik filmlərinin daimi personajı olan robotların normal həyatımıza daxil olmasına da çox az qalıb.
Hondanın modernləşdirdiyi yeni nəsil insana bənzər robot növü ASIMO mövcud texnologiyanın köməkliyi ilə hərəkətli obyektləri, jestləri, mimikaları, ətrafı, səsləri və üzləri tanıya bilir. Yapon Robot Dərnəyinin (JARA) hesabatına görə 2020-ci ildə ev və ofislərdə istifadə edə biləcəyimiz bir çox robot növü mövcud olacaq. Bu hesabata görə robotlar insanlara həm gündəlik işlərində, həm bir çox elmi təcrübələrdə, həm də kosmik araşdırmalarında kömək edə biləcək.
* Elektrikli avtomobillər: Azalan neft ehtiyatları, avtomobil sektorunda yaşanan böhranlar və qlobal istiləşmə təhlükəsi avtomobil firmalarını da alternativ enerji mənbələrinə üz tutmağa məcbur edib. Bu alternativlərin ən önəmlisi isə elektriklə işləyən avtomobillərdir. Elektrik mühərriki və xüsusi bir batareya ilə çalışan bu avtomobillər atmosferə zərərli qaz da buraxmayacaq. “Chevrolet”, “Chrysler”, “Nissan” və “Renault” kimi böyük avtomobil istehsalçıları bir neçə il içərisində elektriklə işləyən avtomobil modellərini bir sıra ölkələrdə satışa çıxaracaq. Ehtimallara görə 2020-ci ildə qlobal avtomobil satışlarının üçdə biri elektrikli vasitələrdən meydana gələcək.
* Universal pul vahidi: Bütün kainatda etibarlı olacaq tək bir pul vahidinə keçiləcək və insanlar kainat iqtisadiyyatı sisteminə keçəcəklər.
* Vergilər ətrafı çirklətməyə görə tutulacaq.
* İdeal insan yaradılacaq: Klonlaşdırmanı tamamlayan alimlər genlərdə dəyişiklik edəcək və doğulacaq uşağın IQ-sünü, görünüşünü və xarakterini istədikləri kimi nizamlayacaqlar.
* Yaddaş silmə mümkün olacaq: 'Eternal sunshine of the spotless mind' (Təmiz sil) filmində olduğu kimi yaddaşımızda qalıb bizi narahat edən xatirələrimizi sildirə biləcəyik.
* Genə görə nizamlanmış diyet: Gələcəkdə hər insanın genetik quruluşuna görə xüsusi diyetlər tətbiq ediləcək və beləliklə də zəifləmə problemi ortadan qalxacaq.
* Fabriklərdə robotlar çalışacaq: 50 il müddətində fabriklərdə 24 saat boyunca yorulmayan robotlar işə başlayacaq. Evdə, məktəbdə, ofislərdə, xəstəxanalarda, dükanlarda və fabriklərdə robotlar görməyə başlayacağıq.
* Televiziyada göstərilənləri təkcə görməyəcək, iyləyəcək və toxunacağıq.
Vüqar Qurdqanlı

1480 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024