“Xosrov və Şirin” əvəzinə “Sarayda seks”

“Xosrov və Şirin” əvəzinə “Sarayda seks”
7 avqust 2011
# 12:46
Umberto Ekonun “Təəssüf ki, kitabınızı çap edə bilməyəcəyik” (Oxu raportları) essesini oxuyandan sonra eyni essenin milli variantını yazmaq arzusuna düşdüm.

Bu essesində Umberto Eko bir nəşriyyat redaktoru kimi əsərlər haqqında rəy yazır.

Bu rəylər İncil, Homerin “Odisseya”sı, Dantenin “İlahi komediyası”,
Servantesin “Don Kixot”u, Kantın “Mühakimə qabiliyyətinin tənqidi”, Kafka, Marsel Prust, Ceyms Coysun əsərləri haqqındadır.

Bir fəlsəfə professoru olan Eko əyləncəli intellektuallığı ilə klassik
əsərləri tənqid edir, onların müasir oxucu üçün maraqlı olması üçün təkliflər verir.

Misal üçün yazır ki, Kafkanın adsız obrazlarına ad vermək, Prustun abzaslarını artırmaq lazımdır.

“Odisseya”haqqında rəyində professor yazır ki, bu əsəri çap etsək bəzi yunan ozanlara da qonarar ödənilməlidir, çünki bəzi hissələr
onlarındır.

Axilleslə Patroklun münasibətlərində homoseksuallıq
damarının qabarıq olduğunu vurğulayan müəllif buna görə senzura ilə problem yaşanacağını da təxmin edir.

İncil haqqında da Ekonun raportu maraqlıdır: “Əsərin lirik ricətləri
uzundur, sıxıcı hissələri çoxdur, mənasız fəryadları yorucudur.
Üstəlik əsərin müəllifi aydın deyil, qonararı kimə verəcəyik?”.

Professor Ekonun adını dəyişməyi də təklif edir: “Qırmızı dəniz
quldurları”.

Əlbəttə ki, deyilənlərin zarafat olmasını hiss etmək mümkündür.

Lakin hər zarafatın da müəyyən həqiqət payı daşıdığını bilirik.

Ekonun təklif etdiyi metodla Azərbaycan ədəbiyyatı haqda da “Redaktor raportları” hazırlamağa qərar verdim.

Oxucular tərəfindən maraqla qarşılanacağını düşündüyüm bu layihənin ilk əsəri Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəridir.

Təəssüf ki, çap edə bilmərik:

Nizami Gəncəvi: “Xosrov və Şirin”


Qafiyələri çox sağlamdır. Sətri tərcüməni şeirə çevirən yoldaş pis işləməyib.

Poemanın içində müasir insanın diqqətini çəkəcək hər şey var: Seks, intriqa, saray həyatı.

Xosrovla Şirinin zifaf gecəsi gözəl yazılıb. Lakin bu fəslin daha da
genişlədilməsinə ehtiyac var.

Bu gecəyə viaqra da əlavə etmək daha yaxşı alınardı. Xosrovun Şirindən daha yaşlı olmasını unutmayaq.

Lakin şeirlə yazılması problem yaradır. Məncə bu poema yaxşı yazı qabiliyyəti olan ədəbi işçilərin biri tərəfindən nəsrə çevirilməlidir.

300 səhifəlik şeiri oxumağa heç kimin hövsələsi olmaz.

Bilirəm ki, Nizami Gəncəvi adının brendə çevrildiyi üçün poemanı çap etmək istəyirsiniz. Lakin onu da bilin ki, bu ad məclisdə sağlıq
deməyə yarayan bir brendddir, oxumağa çəkən bir brend yox.

Ona görə də bu brendlə kitabı satacağınıza çox ümid etməməyinizi təklif edirəm.

Poemanın əvvəlindəki minacatların, mədhlərin çıxarılması, dini
şeirlər adı ilə çap edilməsi daha məqsədəuyğun ola bilər. Lakin məncə bu dini şeirləri Ramazan zamanında çap etdirmək və metroda satdırmaq daha məqsədəuyğundur.

Poemanın nəsrə çevrilməsi və əlavələr edilməsi zaman alacağından heç bir dəyişiklik ehtiyacı duyulmayan dini şeirlərin dərhal çapa verilməsini təklif edirəm.

Marketinq baxımından kitabın adının da dəyişdirilib “Sarayda seks” adı ilə əvəz olunmasını təklif edirəm.
# 3565 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər