“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti

“Anam dedi ki, bu gün sancım tutan gündür” – İlqar Cahangirlə ad günü söhbəti
30 noyabr 2020
# 17:05

Bu gün tanınmış aktyor İlqar Cahangirin 53 yaşı tamam olur. Kulis.az aktyor ilə ad günü söhbətini təqdim edir.

- İlqar bəy, sizi ad gününüz münasibətilə təbrik edirik! Necə qeyd edəcəksiniz bu günü? Ümumiyyətlə, sizin üçün ad günləri nə ifadə edir.

- Təşəkkür eləyirəm! Sözün düzü, heç vaxt təmtəraqlı ad günü keçirmək istəyim olmayıb. Həmişə dostlarımla, teatr kollektivimlə bərabər keçirmişəm. Ümumiyyətlə, təxminən 20 il heç ad günü keçirməmişəm. Elə bir istəyim olmayıb. Son illər dostlarım israr edir deyə onlarla birgə qeyd edirəm. Amma dünən çox maraqlı bir hadisə oldu. Təxminən axşam saat 7-də anam dedi ki, bu gün mənim xəstəxanaya gedən günümdü, sancımın tutan vaxtıdır. Gördüm anam kövrəldi, özüm də qəribə oldum.

- Ad günləri sənət adamları üçün həm də hesabat xarakteri daşıyır. Siz özünüzə bu illərin hesabatını verəndə, hansı qənaətə gəlirsiniz? Sizcə, necə çıxmısınız bu illərin sınağından?

- Görürəm ki, eləyə biləcəyim bir çox şeyi eləyə bilmədim. Çox şeylər edə bilərdim. Düzdü, hər yaşın öz önəmi var. Hələ ruhdan düşməmişəm. 53 yaşımız olsa da, yenə də çox şeylər eləyə bilərik. Ümid eləyirik ki, bundan sonra istədiklərimizi həyata keçirərik.

- Geriyə baxanda, nəyinsə peşmanlığını çəkirsiniz?

- Sözün düzü, yox. Yaradıcılıq baxımından bir çox aktyorun arzuladığı rolları oynamışam. Bir az filmlərimizdən narazı olmuşam, elə də ürəyimcə olmayıb. Mən realist adam olduğum üçün, nəsə baş verməyəndə, alınmayanda, onu asanlıqla qəbul edə bilirəm. Həmişə də ümidliyəm.

- İndi fəaliyyətiniz nə yerdədi?

- ARB kanalında gündəlik bir serial var, orada oynayıram.

- Gəliri sizi qane edir? Yadıma düşür, 3-4 il qabaq bir müsahibənizdə serialların verdiyi qonorarların az olduğunu demişdiniz. İndi vəziyyət necədir?

- Hələ heç nə dəyişməyib, amma heç olmasa ac qalmırıq (gülür). Serialların qanorarları hələki istədiyimiz deyil.

- Bəs filmlərimizin, seriallarımızın səviyyəsi sizi qane edirmi?

- Hal-hazırda tam yox, amma neyləmək olar? Məcbur çəkilirəm ki, heç kimə möhtac qalmayım. Yəni maddi tərəfini düşünürəm.

- Çıxış yolunu nədə görürsünüz? Film və seriallarımızın səviyyəsini necə artıra bilərik?

- Əsas problem rəqabətin olmamasıdır. Telekanallar arasında, film sektorunda rəqabət yoxdur. Hələki bizdə o film bazarı yoxdur. Telekanalların qoyduğu standart qayda-qanunlar çərçivəsində işlər görülür. Rəqabət olmayanda da ortaya keyfiyyətli iş çıxmır. İndi müharibədən çıxmışıq. Elə bu Qarabağ müharibəsi mövzusunda çox əla filmlər çəkmək olar. Ümid edirik ki, bundan sonra daha yaxşı olacaq hər şey. Yaxşı pul ayrılsa, gözəl də işlər görmək olar. Bu gün bizim çox əla rejissorlarımız da var, aktyorlarımız da. Lazımi avadanlıqları gətirmək də pulla həll olunan məsələdir. Əsas maddiyatdı, pul ayrılandan sonra hər şey eləmək olar. Həm də pulların düzgün şəxslərə ayrılması çox vacib məsələdir.

- Bəs müharibə sizin əhvalınıza necə təsir elədi?

- Təbii ki, bu bizim qürurumuzdur. Biz neçə ildir başıaşağı idik. Şərəfimiz, qürurumuz geri qayıtdı. Düzdü, axırda rus məsələsi olmasaydı, lap yaxşı olardı, amma ona da müəyyən bir zaman lazımdı. Düşünürəm ki, indən belə də siyasət düzgün aparılsa, tez bir zamanda bu məsələni də həll edəcəyik. Onun da bir vaxtı var və biz bunu da bacararıq.

- Bəs sizi ən çox sevindirən hadisə nə oldu?

- Təbii ki, Şuşanın azad edilməsi. Hətta uşaq kimi hönkür-hönkür ağladım.

- Təşəkkür edirik, İlqar bəy. Bir daha sizi təbrik edirik, həyat və yaradıcılığınızda uğurlar arzu edirik.

- Mən təşəkkür edirəm! Çox sağ olun!

# 3484 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
#
#
# # #