Salam Sarvandan Allaha Məktub

Salam Sarvandan <span style="color:red;">Allaha Məktub
6 may 2019
# 13:21

Bu məktubu sənə əlüstü yazıram...

Dünən insana məktub yazmışdım, çap eləmədilər...

Sənə Yer dilində, bir otaqda yerindən neçə müddətdi tərpədilməyən bir şkafın cırıltısıynan “darıxıram” demək istədim.

Mən getdikcə dəhşətli şəkildə bilirəm ki, sən varsan.

Sən panteist allahsan.

Sən bütün aləmə qarışmış allahsan.

Sən həm də mənə, mənim vicdanıma qarışmış allahsan.

Mən bacardığım qədər sənin varlığını cırmaqlamadım: məsələn, sənnən mənim birgə ağacımızdan bir yarpaq qoparmadım.

Bunlar məni cəfəng qaydalarıynan, saxta həyat tərzləriynən bezdirdilər.

Bunlar məni “dildəki əxlaq”larıla iyrəndirdilər...

Bunlar vəhşidirlər – həm başqalarına qarşı, həm də özlərinə qarşı...

Alnımı alnına söykəyib bircə saniyəlik dayanmaq istəyirəm.

# 6031 dəfə oxunub

Müəllifin son yazıları

# # #