Məşhurlar seks haqda

Məşhurlar seks haqda
28 dekabr 2012
# 08:00

Öpüşmək döyüşə hazırlıqdır; öpüş gələcək nəsillərin toxumlarının səpilməsini sürətləndirmək məqsədi ilə altdakı döyüş bölgəsində daha irəliyə addımlamaq üçün üst bölgədəki hazırlıqdır. (Coni Kokran – amerikalı hüquqşünas)

Məncə, pulla alınan və sağlamlığa zərərsiz ən yararlı şeylərin ən təbiisi və ən yaxşısı seksdir. (Tom Klensi – amerikalı yazıçı)

Sevgi olmasa, seks mənasız işdir, ancaq nə etmək olar ki, bu cür mənasız işlər hədsiz gözəl olur. (Drü Keri - amerikalı aktyor)

Sevgi cavabdır, amma bu cavabı gözlədiyin vaxt ərzində seks bəzi yaxşı sualları qaldıra bilir. (Vudi Allen - rejissor)

Seks dünyaya ikinci dəfə gəlməyi labüd edən doqquz səbəbdən biridir. Qalan səkkiz səbəb boş şeylərdir. (Corc Börns – amerikalı aktyor)

Tanrı kişilərə bir penis və bir beyin verir, amma ikisinə birdən gedəcək qədər qan vermir. (Robin Uilyams – amerikalı aktyor)

Qadınlar yalandan orqazm ola bilərlər. Kişilərsə bütöv bir münasibəti yalan içində keçirə bilirlər. (Şeron Stoun – aktrisa)

Kişilər maşınlarını hara park etdiklərini, yaxud harada yaşadıqlarını yaddan çıxara bilərlər, amma nə qədər pis də olsa, oral seksi əsla unutmazlar. (Barbara Buş – ABŞ-ın keçmiş birinci xanımı)

Yeni bir tibbi problem varmış. Həkimlər kişilərə lateks prezervativlərdən allergiyaya yoluxa biləcəkləri barədə xəbərdarlıq edib. Allergiya nəticəsində penisdə ciddi şişmə yarana bilər. Başa düşmürəm, bunun nəyi problemdir? (Dastin Hoffmen – amerikalı aktyor)

Kişi jurnallarında çox az məsləhət tipli yazılar olur, çünki kişilər belə fikirləşirlər; mən nə edəcəyimi yaxşı bilirəm, sən mənə çılpaq şəkillər göstər bəsdir. (Cerri Saynfeld – amerikalı komediya aktyoru)

Seks qəhqəhəsiz keçirə biləcəyin ən yaxşı əyləncədir. (Vudi Allen – rejissor)

# 10392 dəfə oxunub

Müəllifin son yazıları

# # #