Enşteyn İsrail prezidenti olmaqdan niyə imtina etdi?

Enşteyn İsrail prezidenti olmaqdan niyə imtina etdi?
11 yanvar 2014
# 08:30

Kulis.az maraqlı faktları təqdim edir.

İkinci Dünya Müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.

***

Albert Eynşteynə İsrailin prezidenti olmaq təklif edilib. Eynşteyn imtina edib və deyib ki, başına problem açmaq fikrində deyil.

***

Birinci Yekaterina saat 21:00-a qədər heç kimi qəbul etmirdi.

***

Birinci Yelizavetanın dövründə isə saqqal vergisi varmış.

***

Con Pol Qetti dünyanın ən varlı adamlarından biri idi və evində taksofonu vardı.

***

Çörçill gündə 15 siqar çəkirmiş.

***

İtaliyanın bayrağını Napoleon hazırlayıb.

***

Kral Solomonun İsraildə təxminə 700 arvadı və yüzlərlə sevgilisi vardı.

***

1944-cü ildə Fidel Kastro Kubada orta məktəbdə ən yaxşı idmançı seçilmişdi.

***

Motsart heç vaxt məktəbə getməmişdi.

***

Brus Li “Ölüm oyunu” filmini tamamlamış vəfat edib. Filmi yarımçıq saxlamaq istəməyən prodüserlər onun yerinə başqa aktyoru çəkiblər. Brus Linin dəfn mərasimi lentə alınaraq filmə əlavə edilib.

***

Məşhur rəssam Pablo Pikassonun tam adı belədir: Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso. Pikasso ailəsi yaxın qohumlarının xatirəsini yaşatmaq üçün bu adları gələcəyin məşhur rəssamına qoyublar.

***

Bir neçə məşhur musiqiçi - Kurt Cobain (Nirvana), Jim Morrison, Jimi Hendrix, Janis Joplin 27 yaşında vəfat edib. Buna görə də “27-lə klubu” deyə bir anlayış yaranıb. Bu kluba sonuncu qatılan isə Amy Vinehouse oldu.

***

“Bitlz” qrupundan heç kim notu oxuya bilmirdi. Con Lennon 1980-ci ildə bir müsahibəsində bunu etiraf etmişdi: “Heç birimiz not oxuya və yaza bilmirik”.

***

Yuli Sezarın avtoqrafı 2 milyon dollardır. Amma hələ tapılmayıb.

***

Çarlz Dikkens həmişə üzü şimala doğru yatarmış. Belə hesab edirmiş ki, bu onun istedadının artmağına kömək edir.

***

Çində qərb adlarından ən məşhurları: İsa Məsih, Riçard Nikson və Elvis Presli.

***

Tommas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

***

Alfred Nobel öz adına mükafatı ona görə təsis etmişdi ki, onu dinamiti kəşf etdiyinə görə pis xatırlamasınlar.

***

Hərracda Merilin Monronun büstqalteri 14 min dollara satılıb.

# 3384 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #