“Çox pul haramsız, çox söz yalansız olmaz”

“Çox pul haramsız, çox söz yalansız olmaz”
26 oktyabr 2013
# 07:45

Kulis.az məşhurların pul haqqında fikirlərini təqdim edir.

Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. (Eduard Servus)

Çox pul haramsız, çox söz yalansız olmaz. (Yunus Əmrə)

Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm. (Ceki Meyson)

Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır. (Amerikan atalar sözü)

Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borc verin. (Bencamin Franklin)

Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar. (Qızıldərili atalar sözü)

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan. (Artur Şopenhauer)

Pul hər qapını açar, heç vaxt kilidləməz. (Fredrix Engels)

Pulsuz sülh olmaz. (Uinston Çörçill)

Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. (Artur Şopenhauer)

Əgər siz banka 100 dollar borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka 100 milyon borclusunuzsa, bu, artıq bankın problemidir. (JP Getty)

"Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır. (Bencamin Franklin)

Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın. (Bencamin Franklin)

Pul qızıldan düzəldilmiş azadlıqdır. (Erix Mariya Remark)

Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək. (Bencamin Franklin)

Pul yaxşı qulluqçudur, lakin pis ağadır. (Frensis Bekon)

Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. (Deyl Karnegi)

Var-dövlət qayğılarımızı azaltmır, sadəcə bir qayğını digəri ilə əvəz edir. (Epikür)

İki cür insan - bir çox kasıb, bir də çox varlı - pulun qədrini bilməz. (Ernst Toller)

Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur. (Fyodor Dostoyevski)

# 4413 dəfə oxunub

Müəllifin son yazıları

# # #