“Ölüm həyatın ən yaxşı ixtirasıdır”

“Ölüm həyatın ən yaxşı ixtirasıdır”
6 yanvar 2014
# 08:45

İnsan yaranandan ölüm haqda müxtəlif fikirlər olub. Ayrı-ayır dinlərdə, dini cərəyanlarda, fəlsəfi baxışlarda ölümə müxtəlif yanaşmalar olub. Kulis.az ölüm haqda yazarların, filosofların dediyi fikirləri təqdim edir.

Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilməz. (Mişel Monten)

Ölüm böyük itki deyil. Böyük itki, yaşayarkən içimizdə ölənlərdir. (Robin Şarma)

Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur. (Umberto Eko)

İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. (A.Şopenhauer)

Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. (Franz Kafka)

Həyat daha absurd olduqca ölüm daha ağır olur. (J.P.Sartr)

Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan (Yunus Əmrə)

Harada olursunuzsa-olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Qurani Kərim)

Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm. (Blez Paskal)

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. (H.Cavid)

Doğulduğum gündə də öldüm. (İmam Əli)

Doğulmaq ölmək üçündür. (Məhəmməd Peyğəmbər)

Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. (Qoqol)

Ölüm kişidirsə, axıra qədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. (Müəmmər əl-Qəzzafi)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Qətran Təbrizi)

Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. (Boeçiy)

Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidi ilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşa gələn deyildir. (Xosrov Ruzbeh)

Yaxşı ölmək özü də bacarıq tələb edir. (Xosrov Ruzbeh)

Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. (Stiv Cobs)

Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. (Epikür)

# 3831 dəfə oxunub

Müəllifin son yazıları

# # #