Çayı yarımçıq içən qadın dul qalar

Çayı yarımçıq içən qadın dul qalar
21 noyabr 2013
# 08:45

Qədim dövrlərdən başlayaraq insanlar reallıqla heç bir əlaqəsi olmayan, qorxulardan, çarəsizlikdən yaranan inanclara sahib olublar. Belə inancları batil inanclar adlandırırlar. Batil inanclar məntiqlə əsaslandırılmır. Belə inanclar regionlara, xalqlara, dövrlərə uyğun olaraq dəyişir.

Kulis.az ən çox yayılmış batil inancların bir qismini təqdim edir.

- Yola çıxan adamın arxasınca su tökmək lazımdır.

- İlin birinci günündə qarşına yaxşı adam çıxarsa, o ili yaxşı yaşayacaqsan, pis adam çıxsa pis.

- Cümə günü ana bətninə düşən uşaq savadlı olur.

- Bazar ertəsi başlanan işlər ağır gedər.

- Otağın işığını evin kişi yandırarsa, o ev daim nur içərisində və bərəkətli olar.

- Çayı yarımçıq içən qadın dul qalar.

- Evi yığışdırarkən öncə sağ əldən başlamaq lazımdır. Sol əllə başlamaq uğursuzluq gətirər.

- Sağ ovuc qaşınırsa pul gələr, sol qaşınırsa pul gedər.

- Axşam dırnaq tutmaq olmaz.

- Axşam saqqız çeynəmək olmaz. Axşam çeynənən saqqız ölü ətidir.

- Ulduz axdısa, deməli kimsə öldü.

- Qırx yaşı qeyd eləmək uğursuzluq gətirər.

- Gecə güzgüyə baxmaq olmaz.

- Məzarı barmaqla göstərmək olmaz.

- Evin içərisi təmiz olmazsa, ora mələklər yox, şeytanlar gələr.

- Ürəyində arzu tutub göy qurşağının altından keçsən arzun həyata keçər.

- Alova tüpürmək, söymək, dırnaq atmaq, su tökmək uğursuzluq gətirər.

- Əncir ağacının altında yatan adamların içinə şeytan girər.

- Qabağından qara pişik keçən adamın başına pis iş gələr.

- May ayında toy etmək uğursuzluq gətirir.

- 13 rəqəmi uğursuzluq gətirir.

- Ticarətçinin siftəsi yaxşıdırsa, sonrakı alveri də yaxşı olar.

- Alovun üstündən atlamaq xeyirlidir.

- Yeməyini axıra kimi yeməyən oğlanın sevgilisi çirkin olar.

- Qazan dibini yeyən adamın toyunda qar yağar.

- Çörəyi yerə atmaq, tapdalamaq bərəkətsizlik gətirir.

- Güzgünün sınması uğursuzluq gətirər.

- Yeni doğulmuş uşağı görməyə gedərkən uşağı qapının ağzında tuturlar, adamlar onun altından keçir.

- Üzərlik yandırmaq göz dəyməyinin qabağını alır.

- Qapının ağzına at nalı asmaq göz dəyməyinin qabağını alır.

- Ad günündə şamları söndürərkən arzu tuturlar.

- Bir yerdə bayquş ulayırsa, ora viran qalır.

- Çörəyi tərsinə qoymaq günahdır.

- Süpürgənin adama dəyməsi uğursuzuq gətirir. Süpürgə dəyəndə üstünə tüpürmək lazımdır.

- Yeni evə köçərkən, köhnə evin süpürgəsini təzə evə aparmaq olmaz.

- Cinlərdən qorunmaq üçün üstündə sancaq gəzdirmək lazımdır. Cinlər sancaqdan qorxur.

- Niyyət tutub ağaca parça bağlamaq.

# 3235 dəfə oxunub

Müəllifin son yazıları

# # #