Yediyimiz yeməklərin cinsi həyatımıza birbaşa və ya dolayı təsiri inkaredilməzdir. Məsələn, ağır, yağlı yeməklər seks həyatının “düşməni”dir. Afrodizyak-yəni seksual istəyi artıran ərzaqlar isə şəhvət dolu gecələr yaşamağa kömək edir. Beləliklə, ən yaxşı 5 afrodizyakı təqdim edirik:
1. Bal
Bal metabolizmanı yaxşılaşdırır, eyni zamanda qadın və kişinin orqazma çatdıran ən təsirli hormon testesterondakı qan səviyyəsini də yüksəldir.
2. Tərəvəz və qoz yağı
Tərəvəz və qozdan alınan yağ bədənin xolesterol artımını sürətləndirir. Xolesterol isə bütün seks hormonlarının qaynağıdır. Yağsız qidalansanız, seks həyatınız zəifləyəcək. Çalışın, ancaq tərəvəz və qozdan alınan yağlarla bəslənəsiniz.
3. Taxıl
Taxıl testesteron hormonunun yüksəldənlərdəndir. Həftədə bir neçə dəfə bir kasa yulaf əzməsi yesəniz, sizdən ehtiraslısı olmayacaq.
4. Şokolad
Cinsi həyatın ən ləzzətli dostu, şübhəsiz, şokoladdır. Həyəcan, xoşbəxtlik, cazibə; qısası, seks üçün lazım olan hər şey şokoladda var.
5. Yumurta
Yumurtanın içindəki B6 və B5 vitaminləri hormonların səviyyəsini tarazlayır və bədənin stressə qarşı müqavimətini artırır.