Dünyada gün ərzində minlərlə cinayət, oğurluq hadisəsi baş verir. Xoşbəxtlikdən bunların heç də hamısı bədbəxtliklə bitmir, aralarında çoxunuzun üzünü güldürəcək hadisələr də olur. Onlardan bəzilərini təqdim edirik:
Stressdən qurtulmağın əcaib üsulu
43 yaşlı Dieter Braun həbs olunana qədər stressini ağaca çılpaq dırmaşmaqla atırmış. “Mənim üçün bu, dincəlmə üsuludur”, - deyən Braun əlavə edib ki, çılpaq olanda küləyi bədəndə hiss etmək onu sakitləşdirir. Ancaq polis bunu dincəlmə kimi yox, ictimai asayişi pozma kimi qiymətləndirərək Braunu həbs edib.
Stolla cinsi əlaqəyə girən adam
2008-ci ildə Prays Cey dəmir stolla cinsi əlaqəyə girməyə cəhd göstərib. Qonşuları Ceyin bunu əvvəllər də təkrarladığını deyib və polis Ceyi əxlaqsızlıq günahlandıraraq həbs edib.
Yetmiş yaşlı sevişən sevgililər
İtaliyada 85 və 74 yaşlı iki sevgili maşında sevişdiklərinə görə “əxlaqa zidd hərəkətlər”də günahlandırılaraq həbs olunublar. Lansanio qəsəbəsində bir məktəbin yanında park olunmuş maşında uşaqlar qoca cütlüyün sevişdiyini görərək polisə xəbər veriblər. Məhkəmədə cütlüyə 50 gün həbs verilib.
Uşaqların topunu verməsən...
88 yaşlı qadın Edna Çester 2008-ci ildə bağçasına düşən topu uşaqlara qaytarmaq istəməyib. Bunu görən 40 yaşlı qonşu Pol Tanis polis çağırıb. Polis yaşlı qadına topu qaytarmasa, həbs olunacağını desə də, Edna imtina edib və həbs olunub.
Oğru evdə yatıb qalsa, nə olar?
Antaliyada yaşayan Ömər Kiraz evinə gələndə tanımadığı bir adamın yataq otağında yuxuladığını görüb. Evdəki şkafların dağıldığını sezən ev sahibi yatan adamın evə oğurluq məqsədi ilə girdiyini düşünüb və polisə xəbər verib. Həqiqətən, əvvəllər də oğurluq ittihamı ilə tutulan 44 yaşlı E.C. evə eyvandan daxil olduğunu, evdə axtarış aparandan sonra spirtli içki içib yuxuya getdiyini etiraf edib.
Sirli ölümlər xəstəxanası
Cənubi Afrikanın Keyp Taun şəhərindəki bir xəstəxanada sirli ölümlər baş verirmiş. Üstəlik, ölümlərin hamısı cümə günü, 311-ci palataya təsadüf edirmiş. Həkimlər, tibb bacıları məsələni nə qədər araşdırsalar da, heç bir nəticəyə gələ bilməyiblər və polisə müraciət ediblər. Otağın havası yoxlanılıb, kənar şəxslərin girişi qadağan edilib, amma heç bir faydası olmayıb. Davam edən araşdırma müddətində də ölümlər səngiməyib. Nəhayət, otağa kamera quraşdırılıb və hər şey aydınlaşıb. Deməli, palataya hər cümə günü səhər saat 6-da otaqların təmizliyi ilə məşğul olan xidmətçi gəlir, xəstə yatağının yanındakı tənəffüs aparatını elektrikdən çıxarıb onun yerinə tozsoranın naqilini qoşurmuş. Təmizliyi bitirəndən sonra da heç nə olmamış kimi tənəffüs aparatının naqilini yerinə taxırmış.