Kulis.az müxtəlif xalqların atalar sözlərini təqdim edir.
Aslanlar öz hekayələrini özləri yazmırsa, ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik. (Fransız atalar sözü)
Ədalət haqqında şərhlərimiz saatlarımıza bənzəyir. Çoxu başqa-başqa yerlər göstərir və hər kəs özününkünə etimad edir. (Fransız atalar sözü)
Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözü)
Vədlər məmləkətində insan aclıqdan ölər. (Danimarka atalar sözü)
Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. (Amerikan atalar sözü)
Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. (Amerikan atalar sözü)
Gülü sevən, tikanına dözər. (Türk atalar sözü)
Oğurluqla varlanmaq olsaydı, siçan hamıdan dövlətli olardı. (Erməni atalar sözü)
Varlının gücü də, ürəyi də cibində olar. (Erməni atalar sözü)
Oxumayan bilməz, bilməyən bacarmaz. (Fars atalar sözü)
Bəxtin ömrü sobanın üstündəki qar topunun ömrü qədərdir. (İsveç atalar sözü)
Korlar ölkəsində tək gözlü adam kraldır. (İngilis atalar sözü)
Müvəffəqiyyət bir müvəffəqiyyətsizlikdən digərinə həvəsinizi itirmədən gedə bilməkdir. (İngilis atalar sözü)
İnsan ən çox sevgilisini, ən yaxşı ailəsini, ən uzun da anasını sevər. (İrland atalar sözü)
Don Kixot olmaq üçün yola çıxan bir çox insan evə Sanço Panso olaraq döndü. (İspan atalar sözü)
Vərdişlər əvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər. (İspan atalar sözü)
Borc alan, azadlığını satar. (Alman atalar sözü)
Xahiş daim isti, təşəkkür daim soyuqdur. (Alman atalar sözü)
Qədəhdə, dərədə boğulanlardan çox daha çox insan boğulub. (Alman atalar sözü)
Təhsil azadlığa aparar. (Alman atalar sözü)
Sevmək skripka çalmaq kimidir, bilməyən pis səslər çıxardır. (Boliviya atalar sözü)
Qış günəşinə, qadın gülüşünə inam olmaz. (Bolqar atalar sözü)
Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır. (Braziliya atalar sözü)
Sərxoşla mübahisə edən, olmayan düşmənlə vuruşur. (Latın atalar sözü)
Saqqal filosof olmağa bəs etmir. (Latın atalar sözü)
Qumarda uduzan eşqdə qazanar. (İtalyan atalar sözü)
Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın.(Portuqal atalar sözü)
Qala divarlarının ardında cəsur olmaq asandır. (Uels atalar sözü)
Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. (Ərəb atalar sözü)
Qadın, qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir. (Ərəb atalar sözü)
Gözəllik, qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. (Çili atalar sözü)
Ceyran hər səhər oyanır və bilir ki, ən tez qaçan aslandan daha tez qaçmalıdır, yoxsa ölər. Aslan da oyanır və bilir ki, ən yavaş qaçan ceyrandan daha tez qaçmalıdır, yoxsa acından ölər. Fərq etməz aslansan, yoxsa ceyran, günəş çıxan kimi qaçmağa başlasan, yaxşıdır. (Afrika atalar sözü)
İnsanlara ayı göstərdim, çevrilib barmağıma baxdılar. (Çin atalar sözü)
Yaxındakıları xoşbəxt et, uzaqdakılar gələcək. (Çin atalar sözü)
Evlilik, bir qala kimidir. Çöldəkilər ora girməyə, içindəkilərsə çölə çıxmağa çalışarlar. (Tay atalar sözü)
Bir dostunuz yemiş bağçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir. (Yapon atalar sözü)
Üç köç bir yanğına əvəzdir. (Yapon atalar sözü)
Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olar. (Yunan atalar sözü)
Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlayarlar. (Venesuela atalar sözü)