“Ən yaxşı pivə keşişlərin yanındadır”

“Ən yaxşı pivə keşişlərin yanındadır”
25 noyabr 2013
# 08:45

Kulis.az pivə haqda məşhur yazıçıların fikirlərini təqdim edir.

“Pivə intellektualdır. Heyif, bu qədər axmaq içir onu!” Rey Bredberi

“Oh, burdakı pivə soyuqdur, soyuq və mayaotu pivəsidir, nəfəs almağa da ehtiyac yoxdur, bir qurtum və ah!”. Tomas Pinçon, “Yer cazibəsinin göyqurşağı”

“Günün axırında bir soyuq pivə həyatın bizə verdiyi ən gözəl şeydir. Bəzi insanlar soyuq pivənin dadının yaxşı olmadığını deyirlər, onlarla hansısa fikri bu qədər az bölüşə bilməzdim. İlk pivəniz o qədər soyuq olmalıdır ki, dadını da hiss etməməlisiniz. İkinci bir az daha isti ola bilər, amma ilk pivə mütləq buz kimi olmalıdır. O qədər soyuq olsun ki ürək döyüntüm də dəyişsin. Təbii ki bu, mənim şəxsi seçimimdir”. Haruki Murakami

“Ən yaxşı pivə keşişlərin içməyə getdiyi yerdədir. Orda bir litr pivə kral üçün hazırlanmış qədər gözəldir”. Uilyam Şekspir

“Vaxtın necə keçdiyi vecimə deyil, bu gün pivə içirəm”. Edqar Allan Po

“Səhər yeməyində yarım litr, saat on birdə litr yarım, sonrakı yeməkdə bir litr və daha çox. Günorta içmədən axşam yeməyinə iki litr yarım. Buna heç kim etiraz etməz”. Riçard Dodric Blekmor

“Pivənin rəngi bir rəssamın sahib olmaq istədiyi ən gözəl rəngdir; vulkan kimi çılğın, kəskin amma qıcıq oyatmayan, payızda qürub kimi aydın. Xalq onu sevdi, az bir qisim hətta onu şərabdan çox sevdi”. Tomas Hardi

“Musiqi ilə gedən ən yaxşı şey pivədir”. Karson Makkalers

“Köhnə bir kelt atalar sözündə deyilir ki, yaxşı insanlar yaxşı pivə içərlər. Bu söz o vaxt olduğu qədər indi də doğrudur. Sadəcə ətrafınızda xalq kafelərinə baxın və görəcəksiniz ki, pis insanlar pis pivə içirlər. Bu haqda düşünün”. Hanter S. Tompson

“Onu içməyə layiq olmaq üçün çox çalışmalısan. Ancaq mən böyük bir balıq üçün mübarizə aparandan sonra bir şüşə “Ballantine” pivəsini digər bütün içkilərdən üstün tutaram. Gördüyün yorucu işlərdən sonra içində nələrsə əksildisə, “Ballantine” onun yerini doldurar. Biz onu yem qutusunda parça-parça buz paketləri ilə soyuq saxlayırıq. Və onun dadına isti bir gündə arxasında köpəkbalıqları olduğu üçün sürətlə tutmağa çalışdığın böyük bir balıqdan sonra baxmalısan. Çox yorulmusan. Balıq, köpəkbalıqlarının dişinə dəyməmiş qayığına düşüb və əlində bir şüşə soyuq “Ballantine” var və onu soyuq içməlisən. Mənim üçün pivə testi budur: dadı içəndən sonra da içdiyin vaxtkı qədər gözəl olmalıdır. “Ballantine” belədir”. Ernest Heminquey, “Ballantine” pivəsinin reklamı

# 4103 dəfə oxunub

Müəllifin son yazıları

# # #