Gənc Tamaşaçılar Teatrının səhnə arxasında FOTOLENT

Gənc Tamaşaçılar Teatrının səhnə arxasında  FOTOLENT
29 noyabr 2012
# 15:52

"Məşqdən reportaj"

Gənc Tamaşaçılar teatrında yeni tamaşanın məşqləri gedir.

Firuz Mustafanın “Pələng ili” əsəri əsasında Ağalar İdrisoğlunun quruluş verdiyi tamaşada söhbət müasir günümüzdən gedir.

Tamaşa hazır oluncaya qədər adı dəyişdiriləcək. Rejissor deyir ki, kassanın tələblərinə cavab verən bir ad qoyacağıq tamaşaya .

Tamaşa məişət mövzusundadır. Üç dost çoxdandır görüşmürlər, nəhayət görüşüb ailəvi gedirlər təbiətin qoynuna. Bir sinifdə oxuyan bu dostlar görüşmədikləri 20 ildə çox dəyişiblər. Həyata baxışları, dünyagörüşləri o vaxtkından fərqlidir.

İstirahət müddətində saatlar keçdikcə bunlar arasındakı məsafə artır, hiss edirlər ki, onları ayıran yalnız illər deyil. Sonda bir-birilərinə düşmən mövqeli insanlara çevrilirlər.

Axırda birinin yandırdığı tonqal meşənin yanmasına və həmin yanan meşədə onların özlərinin də məhvinə səbəb olur.

Tamaşada rolları Tariyel Qasımov, Məhərrəm Musayev, Elşən Rüstəmov, Vüsal Mehrəliyev, Mehriban Abdullayeva, Rasim Cəfərov, Vahid Əliyev, İlqarə Tosova, Yasəmən Məmmədova oynayırlar.

# 4653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #