Mirzə Cəlil necə ateist oldu?

Mirzə Cəlil necə ateist oldu?
20 fevral 2015
# 15:00

Dünyanın fırlanması haqqında mübahisələr gedir.

Səudiyyənin imamının başladığı bu polemika kimlərəsə zamanı keçmiş bir polemika kimi gələ də bilər.

Lakin burda müzakirə edilən məsələ əslində Yerin fırlanıb-fırlanmamağı, ya da onun kürə və ya müstəvi olması deyil.

Müzakirə edilən məsələ dinlə elmin toqquşmasıdır.

Bəşəriyyət qədər əzəli və bəşəriyyətin ömrü qədər əbədi bir polemikadır.

Müzakirə olunan elmlə dinin ortaq sahəsində, astronomiyada kimin hegemon olmasıdır.

Dünyanın kürə şəklində olması və fırlanması bu gün ən adi fiziki eksperimentlərlə sübuta yetirilir.

Lakin dindarların da öz arqumentləri var və bu arqumentlər islam mətnləri arasında birinci dərəcədən avtoritet sayılan “Quran”a əsaslanır.

Mən bu polemika başlayan gündən Mirzə Cəlilin “Tərcümeyi-halım” əsərində yazdığı abzası xatırlayıram.

Mirzənin Qoridə oxuduğu illərdən bəhs edən bu abzas Mirzə Cəlilin dinə münasibətinin dəyişməsi haqqındadır.

“Nə qədər Naxçıvanın müqəddəs mühiti və darülmüəllimin (Qoridə din müəllimləri-Q.T.) əmmaməli müdərrisləri bizi allahın yolunda saxlayırdılar, o qədər də oxumaqda olduğumuzu coğrafiya dərsi və tarixi-təbii dərsləri öz işini görməkdə idi. Dərsin birində dünyanın altı günə xudavəndə-aləm tərəfindən xəlq olunduğunu və xaliqin cümə günü dincə qaldığını oxuyanda, dərsin o birisində tarixi təbii müəlliminin bəyanatı öz mənası ilə dinməz-söyləməz allahın varlığını da şübhə altında buraxırdı. Adəm babamızın behişti ilə Nuhun tufanının bilmərrə inkar edirdi”.

(Cəlil Məmmədquluzadə Əsərləri 6 cilddə, 6 cilddə, səh. 188)

Yəni, söhbət iki dünyagörüşünün mübarizəsidir.

İki dünyagörüşünün mübarizəsində isə kompromislərə, güzəştlərə yer ola bilməz.

# 2730 dəfə oxunub

Müəllifin son yazıları

# # #