Eynək axtaran terrorçular

Eynək axtaran terrorçular
17 avqust 2015
# 12:13

İkinci Dünya Müharibəsi haqqında müxtəlif sənədli filmlərə baxıram.

Ən çox marağımı çəkən isə bu film oldu: “İkinci Dünya Müharibəsinin danışılmayan əhvalatları”. (Burdan baxa bilərsiniz)

Norveç işğal edildikdən sonra nasistlər Norveçin böyük hidroelektrik stansiyasını da ələ keçirirlər.

Burda norveçlilər ağır su adlandırılan (D2O) nüvə reaktorlarında istifadə olunan ağır hidrogen izotoplu, yüksək sıxlığa malik su istehsal edirdilər.

Siz də mənim ikimi heç nə anlamadınız?

Qısacası, bu su vasitəsi ilə atom bombası hazırlamaq olar.

Almanlar dərhal istehsalatı böyütməyə başladılar.

İngiltərə kəşfiyyatı məsələdən xəbər tutan kimi hamı çox narahat olur, çünki yaradılan atom bombası çox güman ki, əvvəlcə İngiltərəyə atılacaqdı.

Amma bu bomba əslində bütün bəşəriyyəti təhdid edirdi.

Alman işğalına dözməyən bir qrup norveçli gənc İngiltərə ordusunun və kəşfiyyatının tərkibində nasistlərə qarşı mübarizə aparırdı.

Onlara ağır su istehsal edilən hidroelektrik stansiyanı partlatmağı əmr etdilər.

Stansiya uca və qarlı dağların, sıldırım qayaların arasında yerləşirdi.

Plan hazırlandı və dörd norveçli paraşütlə gecə Norveçə endi.

Böyük bir ərazini piyada keçən kəşfiyyatçılar stansiyaya yaxın bir yerdə boş ev tapıb qalırlar.

Bir müddət sonra yemək tükənir.

Bəzən bəxtləri gətirsə maral ovlaya bilirlər.

Bir müddət sonra bombalar gəlir.

Gecəyarı xizəklərlə stansiyaya gedirlər.

Növbətçi əsgərin gözündən yayınıb ağır su saxlanılan zirzəmiyə düşürlər.

Ən maraqlı məqam da burda olur.

Qapını açıb içəri girirlər, cəmi bir neçə dəqiqələri var.

Əllərindəki silahları norveçli bir işçiyə tuşlayırlar.

Adam bir anlıq narahatlıqla eynəyini itirir.

Onlar adama “Sakit dur, tərpənmə” deyirlər.

Adam deyir ki, stansiyanı partladın, problem yoxdur, amma mənim eynəklərimi tapın, bu günlərdə Norveçdə eynək düzəltdirmək mümkün deyil.

Adamlar bombanı unudub eynəkləri axtarırlar, tapıb adama verirlər.

Sonra da bombanı qoyub qaçırlar.

Ağır su məhv edilir.

Sonra almanlar ağır su istehsalını bərpa edirlər, başqa planlar qüvvəyə minir, burasına özünüz baxarsınız.

Mənim üçün ən maraqlısı bu eynək məsələsidir.

Sizi ölümdən saniyələr ayırır, avtomatlı almanlar gözləyir, siz isə eynəyi axtarırsınız.

Hə, bir də paraxodun partladılması səhnəsi var, bu çox maraqlı bir fəlsəfi polemika yaradır.

Günahsızlar böyük bir missiya yolunda öldürülə bilərmi?

# 1045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #