Mübarəki bitirən Azərbaycan şairi
3 may 2011
17:49
Bəydadaş Cəfərli adlı şair son dövrlərdə siyasi poeziyaya meyllənmişdir.
Yaxın Şərqdə baş verən inqilabi proseslər onun yaradıcılığına təsirsiz ötüşməmişdir.
Şair bu məkanı diqqətlə izləməklə yanaşı hadisələrə seyrçi qalmır, öz haqlı mövqeyini tərəqqipərvər bəşəriyyətin də diqqətinə çatdırır.
Şairin “Xural” qəzetində dalbadal çap edilən 4 şeiri buna əyani sübutdur.
Onun “Üsyan dalğası” şeiri bu cür başlayır:
“Azadlığın qatarı yaxın Şərq səfərinə,
Çıxıb qətiyyət ilə ərəblərin xeyrinə”.
Bu şeiri digər 3 şeirdən fərqləndirən onun ümumi, manifest xarakteri daşımasıdır.
Digər şeirlərdə isə şair konkret şəxsləri, keçmiş və indiki diktatorları hədəfə almışdır.
Misal üçün “Hüsnü Mübarək” adlı şeiri götürək.
Şeir çox maraqlı bir tapıntı ilə başlayır:
“Sənə get söyləyir Hüseyn Barak,
Eşit adaşını, Hüsnü Mübarək!
Yaman yapışmısan vəzifədən bərk,
Xalqın tələbiylə çıxıb getginən,
Millət nə istəyir onu etginən”.
Şeir 14 fevralda çap edilsə də bundan 12 gün əvvəl yazılmışdır.
Hüsnü Mübarək fevral ayının 11-də istefa verdi.
Şeir çap edilməmiş Mübarəkin bu ultimatumdan necə xəbərdar
olması bir sual kimi qalmaqdadır.
Amma fakt-faktlığında qalır.
Mübarəki istefaya yollayan şairin işi indi də asan deyil.
Belə ki, onun söz ordusu hazırda iki ölkənin - Suriya və Liviyanın ordusu ilə vuruşur.
Söz ordusunun Liviyada beynəlxalq koalisiyaya dəstək verib-verməməsi məlum olmasa da, Mübarək üzərində tam qələbə, şairi yeni qələbələr vəd edir, onu ruhlandırır.
Üzünü Bəşir Əsada tutan şair alovla deyir:
“Səddam taleyi olar qismətin”.
Bəşir Əsadın bu sərt ultimatum barədə məlumatlı olub-olmaması haqda heç nə bilmirik.
Bundan 2 gün əvvəl, bazar günü isə şair üzünü Şimali Afrikaya çevirdi və öz sərt mövqeyini Qəddafinin diqqətinə çatdırdı:
“Hoqqalar çıxarmısan, indi də get qatırda,
Baban bədəvilərtək yaşamısan çadırda,
Doydurmadı gözünü taladığın yatır da,
Haram sərvət olacaq qəlbində qor, Qəzzafi!”.
Şairin Qəzzafiyə qarşı xüsusi sərt münasibət tutmasını siyasi analitiklər Qəzzafinin mülki əhaliyə qarşı güc tətbiq etməsində axtarırlar.
Amma fakt budur ki, bu şeir çap edilən gün Qəzzafinin evi bombalandı, oğlu və üç nəvəsi öldü.
Şairin növbəti şeirlə Qəzzafinin axırına çıxacağı barədə söhbətlər gəzir.
Biz hələlik Qəzzafi haqda olan şeiri sizin diqqətinizə çatdırırıq.
O biri şeirləri də mütləq çap edəcəyik.
Az xalqı yor, Qəzzafi!
Millət çıxıb kürsüyə azadlıq almaq üçün,
Ver istefa getginən, az xalq yor, Qəzzafi!
Ədalət axtaranı Allah himayə edir,
Haqqını istəyənə işlətmə zor, Qəzzafi!
Hoqqalar çıxarmısan, indi də get qatırda,
Baban bədəvilərtək yaşamısan çadırda,
Doydurmadı gözünü taladığın yatır da,
Haram sərvət olacaq qəlbində qor, Qəzzafi!
Muzdlu əsgər çağırıb xalqını qırdırırsan,
Göydən bombalar töküb, yerdə tankla vurursan,
Şeytanla qardaşlaşıb haqdan kənar durursan,
Quduzlaşandan sonra olmusan kor, Qəzzafi!
Gorun çatlasın sənin yeddi oğul atası,
Uyub şeytan felinə oldun xalqı satası,
Axmaq əməllərinin var millətə xatası,
Xalqa düşmən olanı tapacaq cor, Qəzzafi!
Öldürəcəklər səni yaxan keçsə əllərə,
Fitvan verilib artıq, qanın halal ellərə,
Qan tökən padşah kimi adın düşər dillərə,
Doğru çıxış yolunu xalqından sor, Qəzzafi!
Ey Müəmmər Qəzzafi, ey Liviya qatili,
Əgər belə gücün var, at düşmənə fitili,
Yox qəzəbin qədəri, azğınlığın sahili,
Qismət olsun özünə qoyduğun tor, Qəzzafi!
Azadlıqdan savayı yox idi tələbləri,
Qırx iki il qıymadın nə idi tələbləri,
Səni çiyinlərində gəzdirən ərəbləri,
Sancıb əqrəb sayağı baxırdın xor, Qəzzafi!

2151 dəfə oxunub