Özbəkistanın nüfuzlu institutunda Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açıldı

Özbəkistanın nüfuzlu institutunda Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açıldı
17 sentyabr 2025
# 17:34

Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb.

Kulis.az Mərkəzə istinadən xəbər verir ki, açılışda çıxış edən sözügedən ali təhsil ocağının rektoru professor Eldar Şermanov dahi bəstəkarın yaradıcılığından söz açaraq onun özbək musiqisinin inkişafına vermiş olduğu töhfələri qeyd edib. Azərbaycan musiqisinə Özbəkistanda böyük marağın olduğunu bildirən rektor belə bir mərkəzin məhz onun rəhbərlik etdiyi ali təhsil ocağında açılmasının özbək milli musiqisi tarixində əlamətdar bir hadisə olmasını və bununla da iki qardaş xalq arasındakı mədəni əlaqələrdə, ələlxüsus da musiqi tədrisi sahəsində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşavir-elçisi Fariz Məmmədov Üzeyir Hacıbəylinin yaradıcılığına dövlət tərəfindən böyük diqqətin olduğunu bildirərək Prezident İlham Əliyevin dahi bəstəkarın anadan olmasının 140 illik yubileyinin geniş miqyasda qeyd edilməsi məqsədilə Sərəncam imzaladığını diqqətə çatdırıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycanda Ü.Hacıbəylinin yaradıcılığının sözügedən mərkəz tərəfindən hər zaman diqqətdə saxlandığını, onun yaradıcılığının Özbəkistanda geniş şəkildə qeyd edildiyini, dahi bəstəkarın anadan olduğu gündə – 18 sentyabrda hər il böyük konsertlərin keçirildiyini vurğulayıb.

Sözügedən tədbirin də böyük bəstəkarın mədəni irsinin təbliği sahəsində atılmış növbəti bir addım olduğunu bildirən A.Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən cari ildə dahi bəstəkara həsr olunmuş artıq üç konsertin təşkil edildiyini və onun “Azərbaycan xalq musiqisinin əsasları” kitabının da özbək dilinə tərcümə olunaraq nəşr edildiyini bildirib.

Açılış tədbirində Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunun tələbələrinin ifasında Azərbaycan musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, siyasi, sosial fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb. Auditoriyada Ü.Hacıbəylinin həyat və yaradıcılığına dair məlumat lövhəsi, əyani dərs vəsaitləri, milli musiqimizə aid not topluları, nəşrlər, incəsənət xadimlərimiz, ədəbiyyat nümayəndələrimizin fotoşəkilləri və milli musiqi alətlərimiz də yer alıb.

# 836 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

10:00 20 mart 2026
Azərbaycanda Novruz bayramı  qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

08:15 20 mart 2026
Bu gün  Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

07:50 20 mart 2026
Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

Əməkdar artist Raziyyə Şirinova vəfat etdi

02:10 20 mart 2026
Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

22:00 19 mart 2026
"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

"Niyə əqidəni dəyişdin?!" - Balaəli Kəramətə elə sözlər dedi ki...

18:30 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər