Saçlarım sinəndə güləcək - Gaetano Longonun şeirləri

Saçlarım sinəndə güləcək - Gaetano Longonun şeirləri
2 oktyabr 2025
# 14:23

Kulis.az italiyan şair Gaetano Longonun şeirlərini təqdim edir:





Ölü çəki

Qəribə bir duyğudur,

bir ipdən asılı qalmaq,

günəşin səni isitməsi...

Nəhayət, təmiz,

saf havada,

amma yenə də bir ipə bağlı.

Hər gün baş vermir ki,

keçmişdəki kimi,

çirkli bir əlbisə olasan...


Prestij oyunları



Çox qədim zamanlarda,

xoş ətirli bir gecədə,

o, sənin əlini tutdu

son vida üçün.

Kədər içində,

səndən bir iz qalsın deyə.

Bu gecə də,

digər gecələr kimi,

dua edirəm -

bəlkə dönəsən,

və sənə qaytarım

qocalmış əllərini.


Pərdə arxasında

Gül

(qırmızı, əlbəttə)

şeirdə həmişə

zalın ortasında,

işıqların altında dayanır.

Qadının gülü, eşqin gülü,

ətir və rəngin gülü.

İndi,

yorğun halı ilə,

işini (qara rəngdə) bitirib.

Ləçəklərini bədənindən soyunur,

dişlərini fırçalayır,

iyirmi damcı Valium içir,

tikan yatağına girir...


Yoxluq və qayıdış



Baxışımı gözlərində dincəldəcəyəm,

rəngin səsi və sözsüz bir nəğmə olacağam.

Bəlkə, var olacağam, kim bilir.

Mən varam və yenə də olacağam.

Burnunu oxşayıb,

Ayın kiçik adamı olacağam.

İsti külək,

səhər pivəsi olacağam.

Gecədə sərxoş ot kimi

saçlarım sinəndə güləcək.

Və gözüm qan ağlamağa başlamazdan öncə

dişimə kiçik güzgülər taxacağam

əksini oğurlamaq,

nəfəsimə qatmaq üçün...

Gümüş medal


Mən əbədi ikinciyəm,

qalığı toplayan,

səni sevən - amma...

səndən nifrət edən - amma...

ən yaxşı olan - amma fasilələrlə.

Çəkilmiş xətti təkrar yoxlayan mənəm.

Bir kişini öldürməyə çıxdım,

bilmirəm, hansı günahına görə,

bilmirəm, hansı savabına görə.

Mənə köhnə bir kağız parçası verdi.

Çatanda

artıq kimsə məndən əvvəl

işimi görmüşdü.

Bu, onun ikinci qətli idi -

və ölən mən idim.


Əsl günah



Kim bilir, dəliliklə gülün cədvəlini?

Kim bilir, ölməyin təlimatını?

Hər bir hərəkət həyat ilə barışır.

Əmr olunmuş əmrlərə boyun əyməyən,

sonuncu şamına qədər planlanmış

ad günlərinə inanmayan kəs.

Hər söz iti dişlərini göstərir.

Kim bilir, bir təbəssümün bağlanma saatını?

Bir cavab uzaqdan bizə baxır -

ulduz işığı təki saf,

sülhün ilk günü kimi fərəh.


Dəyəri var


Saatlar, günlər, dəqiqələr keçdi,

siqaretlər Prevert yazılarının arasında yandı,

Xəyyamın şən şərabı bitdi.

Kim deyə bilər ki, yol hara aparır?

Çarlotun əsasi köhnəlib,

Francesco quşları cənuba uçub.

Biz yanırıq kətan üzərində,

Boşun deformasiya olmuş varlıqları.

Kim cəsarət edərdi

xatirənin aydın qatları arasında

səmaya baxmağa?

(Görməyən kəs, ürəyi ağrımayan,

anevrizmə yoluxmuş biri deyib.)

Hər günün növbəti günü hökm edir,

Hər saat qulaqlarda çalınır,

və hər ötən an

ağ-qara bir xatirə olaraq qalır.


Sehrbaz



Mən sərrast bir addımla çıxıram,

qaranlıq şəhərin içindən dolaşaraq.

Diqqətli bir addımla irəliləyirəm,

bəlkə də, pişik addımı ilə,

görünməz kölgə kimi,

yolunu itirmiş ruh kimi,

min bir məhkəmə intriqaları arasında.

Mən topal bir addımla

caz və digər ruhların axtarışında,

sərhəd macərasında,

itmiş bir baxışı axtarıram.

Kiçik bir cəhd ilə gecəni öldürəcəyəm,

Bir neçə hiylə ilə sabaha çatacağam,

və bir az uğurla

səhəri ixtira edəcəyəm.


Tərcümə etdi: Ümid NƏCCARİ

# 1016 dəfə oxunub

Oxşar xəbərlər

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

Sellə axan bir ovuc suyam... - Moin Dehazın şeirləri

12:00 16 noyabr 2025
"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

"Beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu..." - Günün şeiri

13:00 15 noyabr 2025
Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

12:23 14 noyabr 2025
İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

10:00 14 noyabr 2025
İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

İz gedir Azərbaycan Tarixi Muzeyinə... - Həmid Herisçi təyyarə qəzasından yazdı

10:38 12 noyabr 2025
Sənə dönmüşəm, Xanım... - Qulu Ağsəsin yeni şeiri

Sənə dönmüşəm, Xanım... - Qulu Ağsəsin yeni şeiri

12:00 8 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər