Nəyə lazım hamı bilə, sevirəm səni - Günün şeiri

Nəyə lazım hamı bilə, sevirəm səni - Günün şeiri
16 yanvar 2025
# 17:20

Kulis.az "Günün şeiri" layihəsindən Balaş Azəroğlunun "Narın yağış" şeirini təqdim edir.

Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit, aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən…
Sinəm nəfəsindən…


Deyirlər bu dünyada ən ülvi sevgi,
Səssiz, sözsüz məhəbbətdir…
Axı dilə-ağıza salmaz sevən sevəni.
Mənə də sənin eşqin kifayətdir.
Nəyə lazım hamı bilə, sevirəm səni.

İstəmirəm şıdırğı yağış kimi,
Selə suya dönəsən…
Ya da şimşək olub,
Tez çaxıb, tez də sönəsən…
Mən də nə yağışına islana bilim,
Nə oduna yana bilim…
Neynirik nağıl olub,
Dillərə düşən şöhrəti…
Neynirik dağ çayına,
Dönən məhəbbəti…
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala.
Ürəklərə hopmuya,
Hər yanda sözü qala.

Sən elə narın yağış ol, əzizim,
Yağ sakit-sakit, aram-aram.
Yağış yağar, yer doymaz,
Mən də səndən doymaram…

# 3259 dəfə oxunub

Oxşar xəbərlər

"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." -  İsveçli şairin məşhur şeiri

"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." - İsveçli şairin məşhur şeiri

10:40 16 sentyabr 2026
"Səndən ötrü batdım al-qana..." - Həmid Herisçinin yeni şeiri

"Səndən ötrü batdım al-qana..." - Həmid Herisçinin yeni şeiri

12:35 15 sentyabr 2026
Dünya hələ bizim üçün nağıldı... - Günün şeiri

Dünya hələ bizim üçün nağıldı... - Günün şeiri

10:40 15 sentyabr 2026
"Sevginin coşqun mehrabı olan evim..." - Puerto-Rikolu ilk qadın şairdən şeir

"Sevginin coşqun mehrabı olan evim..." - Puerto-Rikolu ilk qadın şairdən şeir

16:20 14 sentyabr 2026
"Ürəyimə od saldı, ətəyin geri çəkdi..." - İlham Qəhrəmanın bayatıları

"Ürəyimə od saldı, ətəyin geri çəkdi..." - İlham Qəhrəmanın bayatıları

15:00 14 sentyabr 2026
"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri

"Duam yaşadır tanrını!" - Tural Turanın yeni şeirləri

15:00 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər