Portret - Havar Şəfiyeva

Havar Şəfiyeva

Havar Şəfiyeva

14 dekabr 2022
# 16:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Havar Şəfiyevanın "Portret" hekayəsini təqdim edir.

O, əlində 3-4 il öncə çəkmiş rəsm əsərlərini də götürüb avtobusu gözləyirdi. Yağış, duman, külək bir birinə qarışmışdı. Marşrut gələn kimi adamlar payızın azğın soyuğunda qorunmaq üçün özlərini tələsik içəri salırdı. Rakif əlində saxladığı rəsmləri ilə insanları narahat edəcəyini düşünüb, ən sonda minmək üçün addımlarımı qəsdən yavaşıdırdı.
Çətində də olsa özünü marşruta verə bildi.

Şəkilləri əzməmək üçün onları gah gucağımda, gah da qoltuğumun altında tuturdum.

Gedəcəyim məkana 2/3 dayanacaq qalmış düşdüm. Özümdən çox əlimdəki rəsmlərdən narahat idim. İndi də onları yağışdan qorumalıydım. Quş öz balalarını qanadın altında gizlətdiyi kimi gənc rəssam da sevimli əsərlərini nimdaş paltosunun içərisindən qoltuğun altında saldı.

Həyəcanlı olduğum qədər də qorxurdum. Arxamca daha iki qadın düşmüşdü. Mənim getdiyim tərəfə üz tutdular. Üst-başım tamamilə islanmışdı. Zala daxil olmazdan öncə özümü səliqəyə salıb, rəsmlərin əzilib əzilmədiyinə diqqətlə yoxladım. Əlimdəki şəkillərə baxıb, bir də divardan asılmış məşhur rəssamların əl işlərinə nəzər yetirdim. Davud Kazımov, Ənvər Əsgərov, Fərhad Xəlilov kimi rəssamların əsərlərini görüncə bir anlıq əlimdkilərimi də götürüb geri qayıtmaq keçdi könlümdən. Bəlkə mənimkilərdən də zəif əsərlər var. Müəllimim mənə həmişə deyirdi: "Yadında saxla, rəsm elə bir sənətdir ki, minlərlə adamın bəyənmədiyi bir əsəri təkcə bir nəfər bəyənə bilər və o rəsmdə onu çəkəcək nələrsə tapa bilər". Onun dediyi kimi həmin adama ümid edib gözləməyi düşündüm. Həyəcanla qapını açıb təşkilatının yerini xəbər aldım. Qonaqlar bir birini salamlayır, xoş təəssüratla qəbul edirdi.

- Sən niyə ziyarətçilərə bir gəlibsən, ay oğlan? Demişdim axı sənə bir saat öncədən burda ol. Rəsmləri öncədən seçərdik.
- Özüm seçib 4-5-i gətirmişəm, müəllim. Ümid edirəm bəyənərsiniz.
- Sənin işlərini bəyənməmək olarmı heç? Keç içəri vaxtında ver işçilərə sərgidə yerləşdirsinlər.

Həyəcan, peşmançılıq bir birinə qarışmışdı. Birinci dəfə sevinmək əvəzinə bu qədər üzgün və hüznlü idim. İnsanlar bir birinə qaynaşır, söhbət edir və yavaş-yavaş tablolara yaxınlaşır, zala tərəf üz tuturdular. Ayaqlarım getmək istəməsə də onların arxasınca özümü də qabağa verdim. 5 ildir divarımı bəzəyən, mavi gözlü, sarı saçlı , üzündən yalvarış dolu baxışlar yağan qızcığazın portreti gözümə dəydi. Gətirdiyim rəsmlərin hamısından baha qiymətə satılacağını da bilirdim. Çünki bu şəkli kim görmüşdüsə də həmişə yüksək qonorar təklif edirdi. Amma nə əlim gəlirdi onu satmağa, nə də vicdanım yol verirdi. Və nə vaxtsa şəkildəki o balacaya bir də rast gələcəyimi xəyal edirdim. İllər öncə Türkiyədən gələndə yolda rastlaşmışdım onunla. Gözləri mas-mavi dəniz kimi idi. Yorğun, ümüdsüz, sanki uzun illər intizarda qalan ağbirçəyin gözlərindəki yorğunluğu görürdüm onda. Adı Nilay idi. Bütün balıqları məhv olmuş bir dəniz kimi idi Nilayın gözləri. O vaxtlar həyatın ən ağır anlarını yaşayırdım. Saatlarla çəkən uzun yolla

İstanbula tez-tez gedib gəlirdim. Yolda darıxanda başımı belə rəsmlər çəkməklə qatırdım.
Hər dəfə ağıla gələnləri cızma qaralayan gənc, bu dəfə gözləri önünə gələni çəkmişdi yol boyu.

4-cü sırada idi yerim. Nilay məndən solda - pəncərə tərəfdə oturmuşdu. Atası ondan tez-tez nəsə istədiyini soruşanda qızcığaz yorğun halda başını bulayaraq pəncərə tərəfə baxmağa davam edirdi. O vaxtlar hardasa 9/10 yaşları olardı. İndi yəqin 15 yaşında böyük qız olub. Onun xəbəri belə olmadı bu rəsmi çəkdiyimdən. Hardan olduğunu da bilmirəm, ləhcələri şimal bölgəsinin adamları kimi danışırdı. Atasının da, anasının da gözlərində dərin bir kədər yatmışdı. Nilayın baxışları, gözləri, hətta yerişi belə 5 il öncə dünyadan köçmüş qızımı xatırladırdı. İlk görəndə biranlıq qaçıb onu bərk bərk qucaqlamaq keçdi könlümdən. Özümü güclə saxladım. Bu rəsmi satmağa vicdanım yol vermədi heç vaxt. Həyatın qanunu belədir, insan ac qalmamaq üçün hər şeydən keçə bilirmiş.

Qonaqlar şəkilə diqqətlə baxa baxa bəyəndikləri əsərlər haqqında sorğu sual edirdilər. Gətirdiklərimdəm ən tez satılacaq əsərin o olduğunu bilə- bilə satılmaması üçün dua edirdim. Gözüm anidən ağbirçək nənəyə sataşdı. Bayaq mənimlə marşrutdan düşən qadın idi, yanında da digər qadın yanaşı gəlirdilər. Hardasa 55/60 yaşları olardı. Yanındakı qadının qolundan tutub nəyisə pıçıldaya-pıçıldaya uşaqnan kimi rəftar edirdi. Əlindən bərk-bərk tutmasaydı sanki qaçaqmış kimi hərəkətlər edirdi. Qadının psixoloji problemin olduğu açıq aydın hiss olunurdu. Öz özünə nəyisə danışır qəribə hərəkətlər edir, gülürdü. Nənənin gözləri isə zala girəndən kimisə axtarırdı. Gah divardakı rəsmlərdə, gah da qonaqların üzünə diqqət edirdi. Rəsmlərə baxa- baxa mənim portretlərini olan divara yan aldı. Sərgiyə gecikdiyimdən rəsmləri hamıdan sonda yerləşdirmişdilər. Burda Türkiyə, Rusiya, Gürcüstandan gəlmiş xüsusi qonaqlar da iştirak edirdi. Saçlarını qadın sayağı daramış, qəhvəyi paltolu bir kişi mənə tərəf üz tuturdu. Rəssam olduğunu zənn etdim. O gözlərini Nilayın rəsmindən çəkmirdi.

- Sizin əsərinizdir?
- Bəli.
- Bu uşaq mənə çox tanış gəlir, bəlkə də yanılıram. Gah şəkilə, gah da mənə diqqətlə baxa-baxa tələsik telefonu çıxardıb nəyisə axtarırdı. Nilay ? Hə odur... həmin qızcığazdır.

Qohumsunuz deyə təbəssüm dolu soruşdum. Şəkili satışa qoyduğum üçün utancaqlıq hissi keçirsəm də, onu tanıyan kimisə tapdığım üçün çox sevinmişdim. Onunla İstanbuldan qayıdanda tanış oldum. Faha görməyəcəyimi düşünüb axtarmağa cəhd etmədim. Nilay mənə qızımı xatırladır.
5 il bu rəsm qızımın şəkli ilə yan yana mənim otaq yoldaşım olub. Bir daha təkrar soruşdum. – Qohumsuzunuz, cənab?
Xeyr həkimi idim deyə telfonu gözümün qabağına uzatdı. Nilayla çəkdirdiyi xeyli şəkil var idi. Bütün şəkillərdə maskalı, saçları olmayan, solğun simalı qızcığaz idi. Onu tanımaq üçün təkcə gözlər də kifayət edərdi.
Nə olmuşdur ona həkim? Anemiya- Qan xərçəngi.

İlahi...

Gözlərindəki pərişanlıq, ümidsizlik dolu baxışları göz önümə gəldi. İndi hər şey bəllidir, necədir vəziyyəti? Yaşayırmı?
Bəlkə az da olsa kömək edə bilərik ? Güllələr kimi bir birinin ardınca yağdıran suallara o heç bir reaksiya vermirdi.Yəqinki ünvanı bilirsiniz, baş çəkmək istəyərdim. Elə bu rəsmini də özünə hədiyyə edəcəm. Mən sözümü davam etdirdim ki, birdən yaşlı qadın hönkürtü ilə Nilayın şəklini qucaqlayaraq diz çöküb ağladı. Bir tərəfdən üsyan edən nənə, təəccüblə ona baxan qonaqlar, nənəni sakitləşdirməyə çalışan həkim və hər şeyə rəğmən gülə-gülə əl çalan həmin qadın. Heç nə anlaya bilmirdim. Bəlkə burda səhnə qurulur...?

O həmin qadın idi - marşrutda arxamca düşüb bura qədər arxamca gələn. Bəs Nilayla nə əlaqəsi? Həkim ananın çiyinlərindən bərk-bərk tutaraq güclə ayağa qaldırır, yanındakı qadın isə dayanmadan gülürdü. Həkim mənə yaxınlaşaraq portretin harda və nə vaxt çəkdiyini soruşdu. 2016-cı il İstanbuldan qayıdanda çəkdiyimi söylədim.

- Onu dünyasını dəyişmiş qızıma o qədər oxşatdım ki, ixtiyarsız qaçıb qucaqlamaq keçmişdi könlümdən. Amma danışmağa belə cəsarətim çatmadı cənab.

-Bəs özünün xəbəri oldumu ?

-Xeyr, surpriz etmək istəyirdim. Düşündüm tanış olaram, harda yaşadıqlarını öyrənərəm.... Atası,anası hədsiz qəmgin görünürdü deyə danışmağa cürət etmədim. Bundan öncə də, sonra da çəkilmiş bütün şəkillər satıldı, bircə bunu sata bilmədim. Səbəb Nilayın mənə doğma gəlməsi idi. Sanki qızımın doğma bacısı idi o.

Böyük-kiçik demədən dünyanı bürüyən lənətə gəlmiş xəstəlik balamı əlimdən apardı.
Özləri kimi taleləri də necə oxşar imiş.
- Necə yəni?

Nilay da o xəstəlikdən dünyasını dəyişib. Cənnətin ən günahsız, ən məsum sakinləri. O ağlayan qızcığazın nənəsidir, yanındakı da anası. Uşağın ölümünə dözə bilməyib atası intihar elədi. Anası da k belə...gördüyün kimi , dəli olub. Küçədəki bütün uşaqları Nilay kimi görür evə gətirir. Hadisədən sonra o ailədən ayrıla bilmirəm. Hər dəfə gedib baş çəkirəm. Nilay mənə də onlara qədər əziz idi.
Bura girən kimi nənəni tanıdım, kimisə axtarırdı. Dedi marşrutdan düşən oğlan bura girib, əlindəki rəsmini görübmüş. O sadəcə nəvəsinə bənzədib, dəqiqləşdirənə kimi əmin deyildi. Sən imişsən axtardığı. Nilayı kim tanıyır, hamısı artıq o ailənin bir üzvü olub.

Həkimin danışdıqları qarşısında donub qalmışdım. Sanki ikinci dəfə qızımı itirmiş gəldi mənə. Ailəsi ilə məzarına baş çəkdim. Onun dünyasını dəyişməsindən o qədər də çox müddət keçməmiş, hələ baş daşı qoyulmamışdır. Nilayın portretini bu gün üçünmü saxlamışdım? İllər öncə ürəyimə su çiləyən bu qızcığaz bir şəkildən ibarət idi artıq. Otaq yoldaşım olan həmin rəsm günlər sonra bir baş daşı şəkli olub qarşımda durmuşdu.

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #