"Bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq" - Tural Turandan bir cümləlik hekayələr

"Bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq" - Tural Turandan bir cümləlik hekayələr
27 fevral 2025
# 14:00

Kulis.az Tural Turanın bir cümləlik hekayələrini təqdim edir.


Bu gecə yuxuda gördüm ki, Tanrı sonuncu insanla birlikdə ölür...

***
Böyüyəndə anlayacaqdıq ki, sən demə, uşaq olanda qorxumuzdan kəndimizdəki bütün şikəst qızlara bacı gözü ilə baxırmışıq...


***
O, rəfiqəsinin, mən də dostumun bəxt üzüyünü iki saatlıq kirayə götürüb nişanlandıq...

***
Hər günorta kilsə zəngi çalınanda yaxınlıqdakı tikintidə işləyən fəhlələr əl-üzlərini yuyub qonşuluqdakı məscidə sarı üz qoyurdular...

***

Hər gecə Tanrı ilə bir-iki qədəh şərab içib yuxuya gedirəm...

***

Qonşumuz Ulus kişi arvadının ölümündən sonra özünü azadlıqdan məhrum eləmişdi...

***

Oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra sonbeşiyinin cənazəsini yumağa başladı...

***
Qurban bayramında kəsəcəyimiz erkək toğlunu parçalayan canavar gözünün işıltısını üstümüzdən çəkmədən üç körpə balası ilə onun içalatını didişdirirdi.

# 3589 dəfə oxunub

Oxşar xəbərlər

Çəhrayı çobanyastığı  - Sara ibrahimin romanından hissə

Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə

10:00 18 oktyabr 2025
Açılmayan çətir - Samirə Əşrəfin hekayəsi

Açılmayan çətir - Samirə Əşrəfin hekayəsi

20:38 17 oktyabr 2025
Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi

Bakının payızları - İlhamə Həkimoğlunun hekayəsi

17:05 17 oktyabr 2025
Son arzu - Tərlanə Yaqubqızı

Son arzu - Tərlanə Yaqubqızı

15:00 17 oktyabr 2025
İnsanın əzəməti  – Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti – Dino Buzzatinin hekayəsi

10:00 16 oktyabr 2025
Nuhun xarratı  - Mirmehdi Ağaoğlunun hekayəsi

Nuhun xarratı - Mirmehdi Ağaoğlunun hekayəsi

12:00 15 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər