İntiqam Cinayəti - Nərmin Məmmədova

Nərmin Məmmədova

Nərmin Məmmədova

10 dekabr 2021
# 13:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nərmin Məmmədovanın “İntiqam Cinayəti” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hər hekayə bir həyatdır, hər həyatsa bir hekayə. Kimisi bu hekayələri gərçekləşdirmək üçün yaşarkən, kimilərinin həyatına hekayələr yazılır. Hekayəmə bir detektiv əsəri kimi başlardım lakin bu hekayəni yalnız əyləncə xatirinə yox, həyatınızda, qəlbinizdə iz buraxması adına yazdım...

İl 2011...

İşə getmək üçün hazırlaşan Səma əl-üzünü yuyub aşağıya endi.

- Qızım, gəl yemək ye.

- Yox ana, işə gec qaldım. Mən çıxıram.

Bu gün illərdir xəyalını qurduğum cinayət bürosunda 2-ci ilim tamam olurdu.

İşə gəldim lakin, araşdırma yerini tədqiq edən eləcədə bizim qrupu başcısı Ramil gəlməmişdi. Yenə ölkədə bir cinayət daha və bu cinayəti bizim qrupa vermək üçün gələn zənglərdən biri daha:

- Alo

- Buyurun...

- Qobu dərəsi yaxınlığında bir cansız qız cəsədi görülüb. Tədqiqat sizin qrupa verilir.

- Oldu, sağ olun

Qız cəsədi olduğunu düşünə-düşünə komissarın otağına çatmışdım. Qapını döydüm.

- Komissar gələ bilərəm?

- Gəl!

- Yeni bir cinayət xəbəri gəldi lakin Ramil yoxdur. Bu iş üçün birini təyin etməlisiniz.

- Sənin ümumi necə ilin var bu işdə?

- 9 ilim var.

- Bu hadisədə səni təyin edirəm.

- Oldu.

- Çıxa bilərsən.

- Sağ olun.

Qrupumu da götürüb hadisə məkanına gəldim. Ətrafa göz gəzdirərkən qrupun sadə işçilərindən biri yanıma gəldi

- Səma xanım?

- Nə oldu?

- Bir kilometr aralıda daha bir cəsəd var

- Oraya da araşdırma qrupu göndərin.

Hər iki cəsədin şəkli və məlumatları yığıldıqdan sonra cəsədləri morqa həkim araşdırmasına göndərdik.

Ard-arda 2 cəsəd tapılmışdı. Əlbəttə ki bu məndə şübhələr yaratmışdı. Ya ikisinidə bir qatil öldürmüşdü, ya da biri digərini öldürmüşdü. Amma ikinci ehtimala biri sağ qalmalı idi. Mən də birinci ehtimalı düşünərək cinayəti xəbər verən şəxsi araşdırmağa başladım.

Bu xəbər sadə bir vətəndaş tərəfindən səhər dərəyə balıq tutmaq üçün gedərkən görülüb və polisə, oradan da bizə xəbər verilmişdi.

Nəhayət həkim nəticələri çıxmışdı...

Qız kişidən əvvəl öldürülmüş, öldürücü zərbədən başqa dərin yaralarda vardı. Eləcədə qızın bir tərəfi əməliyyat yarası idi ( bunu hələdə araşdırırlar). Qıza işkəncə edildiyi aydın məsələ idi.

Kişinin bədənində zədələr demək olar ki yox idi. Öldürücü zədəyə baxıldığında intihar kimi görünürdü.

Qızın əşyaları arasından şəxsiyyət vəsiqəsi çıxmışdı. Elnarə Xınalızadə və öldürüldüyü gecə 18 yaşı tamam oldu. Kişinin adını öyrənə bilməmişdik. Biz Elnarənin ailəsi ilə görüşməyə başladıq.

Qızını evdə tapmayınca polisə xəbər verən ananın qızının ölümündən xəbəri yox idi. Ana ilə danışmaq üçün evlərinə getdim.

Anası qızının psixoloji problemləri olduğunu dedi. Bundan əlavə dərslərində başarılı olduğunu, 2 ay sonra imtahanı olduğunu demişdi.

- Dünən gecə harda idiniz?

- Şirkətdə işim uzun çəkdi. Mən də axşam növbəsinə qaldım.

- Həyat yoldaşınızı qəzada itirdiyiniz doğrudurmu?

- Bəli, bir inşaat qəzası idi.

- Elnarənin otağını gəzə bilərəm?

- Əlbəttə , buyurun...

Ananı gözü yaşlı salonda qoyub Elnarənin otağına keçdim. Sadə bir qız otağı idi. Mənim diqqətimi çalışma masasındakı kilitli “gündəlik kitabça”çəkdi. Bu kitabçanı götürüb çıxdım.

- Bu kitabçanın kodunu bilirsiniz?

- Xeyr. Bu kitabçadan xəbərim yoxdur.

Burdan büroya keçdim. Ananın gecə şirkətdə olduğunu sübut edəcək kamera qeydləri var idi. Gündəliyin kodunu tapa bilmədim buna görə də kilidi sındırdım.

Kitabçanı oxuduqdan sonra nələr olduğunu yavaş-yavaş anlamağa başladım.

Qız bu kitabçada 16 yaşında məktəbə getdiyindən bəri qara geyimli atası yaşlarında birinin onu izlediyindən şübhələndiyini yazmışdı. Hətta bir neçə dəfə onu pəncərəsinin önündə gördüyünü qeyd etmişdi. Anasının onu dinləməyib psixoloqa götürdüyündən şikayətlənmişdi.

Mən bu dəftərçəni oxuduğum vaxt gələn zənglə irkildim. Həkim araşdırması hələ də davam edirdi. Bu gün son nəticələr çıxacaqdı.

- Alo...

- Səma xanım həkim nəticələri tamamlandı.

- Yeni məlumatları qısa de.

- Kişi Ziya Əhmədov 39 yaşında. Qız haqqında daha maraqlı məlumatlar əldə edilib.

- Buyur...

- Elnarənin bir böyrəyinin həmin hadisə zamanında çıxarıldığını qan laxtalanması vasitəsilə müəyyən ediblər.

- Orqan mafiyası deyirsən?

- Düşünmürəm çünki, böyrəyin sadəcə bədən ilə əlaqəsi kəsilib yəni bədən daxilinə atılıb digər böyrək isə doğulduğundan bəri işləmirmiş.

- Ziya haqqında araşdır.

- Araşdırmışam Səma xanım. Ziya 2 il əvvəl psixoloji problemlər xəstəxanasından çıxıb. Həkimlər sağ aldığını söyləyirdilər.

- Sağ ol.

Xəstəxanaya üz tutdum.

- Salam.

- Buyurun

- Mən cinayət bürosundan Səma Məmmədova Ziya Əhmədov haqqında məlumat əldə etmək üçün gəlmişdim.

İndi müdir otağında otururdum. Qarşımda da Ziyanın qovluğu.

Oxuduqca bu qeydləri götürdüm.

“Ziya 18 il əvvəl özünün sürdüyü maşında qəza edir. Bu qəzada həyat yoldaşını və tez doğma məruz qaldığı üçün qızını itirir. 15 il özünü günahlandırır və müayinələr heç bir reaksiya vermir 3 il əvvəl yeni 16 ci ilində onu həyata bağlamaq üçün səbəb yaranır. 1 il müayinələr reaksiya verib yəni 2 il əvvəl sağalaraq ( ya da o özünü belə göstərirdi) buranı tərk etdi.”

Amma onu həyata bağlayan səbəb nə idi?

Tam 18 il əvvəl qızı yaşasaydı dünən 18 yaşı tamam olurdu. Elnarənində dünən 18 yaşı tamam olduğu ağlıma gəldi. Eyni gündə doğulmuşdular. 18 il əvvəl bu gündə...

Büroya getmədim. Hava qaralmışdı. Evə sürdüm maşını. Yol boyu bu 2 cəsəd arasında bu qədər bənzərlik olması şübhəmi get-gedə artırırdı. Elnarə öldürülüb, Ziya intihar edib. Elnarəni öldürüb sonrada Ziyanın intihar etdiyini anlamışdım. Amma niyə?

Yatağa uzanıb özümü yuxunun qollarına təslim etdim.

Alarmın səsiylə oyandım. Günlük işlərimi həll edib büroya sürdüm.

- Salam, Səma xanım.

- Salam Elnarə və Ziyanın qızının doğulduğu xəstəxananı tapın

- Oldu, Səma xanım.

Otağıma keçdim. Xəstəxananın adını öyrənməyimlə buraya gəlməyim bir oldu. Arşivi axtardım və o il 1993 cü il. Elnarənin adını tapdım amma Ziyanın qızının adı olmadığından onu tarixdən və ata adından tapdım.

Bir məsələ diqqətimi çəkdi. Elnarə böyrək çatışmazlığı ilə doğulmuşdu. Yaşaması üçün ölümə məhkum olmuş eyni yaşlı bir qız uşağının böyrəyi valideyn icazəsi olmadan köçürülmüşdü.

Büroya keçdim. Artıq hər şey aydın idi. İzzahatı yazıb bu qovluğu bağladım.

“Ziya 1993 cü il bir maşın qəzası keçirir. Bu qəzada həyatyoldaşını eləcə də tez doğulduğu üçün qızını itirir. İllərdir özünü günahlandıran Ziya sonradan qızının böyrəyinin Elnarəyə köçürüldüyü üçün öldüyünü düşünməyə başlayır. İntikam sönməyən ata intikam almaq üçün sağalır yəni özünü elə göstərir. 1il sonra çıxan ata Elnarəni tapır onu izləməyə başlayır. 18 yaşı tamam olacağı gecə ananın evdə olmayacağından istifadə edib Elnarəni öldürür. Böyrəyini – qızının parçasını Elnarənin bədənindən qoparır sonrada intihar edir. “

Evə gəldim, işim bitmişdi.

Bir gün daha bitdi. 2 ölü ardında yaşlı gözlərlə. Həyatının ilk baharında ölən qız uşağı və nifrətinə təslim olan 39 yaşlı adam.

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #