Paxıllara qalib gəlməyin yeganə yolu

Paxıllara qalib gəlməyin yeganə yolu
6 iyun 2018
# 17:25

Bizi yıxsa-yıxsa paxıllıq yıxacaq. Özü iki bədii təsvirli cümlə yaza bilməyənlər yazıçı olmağa iddialı insanları Markeslə, Balzakla müqayisə edib lağa qoyurlar. Sanki Balzak anadan olanda lələk əlində olub, Markes üçüncü sinifdə məşhur romanını yazıb. Bir gənc tez-tez mütaliə edirsə öz fikirləri formalaşmağa başlayır. Üstəlik həyat dediyin diqqətli, həssas insanların ürəklərini doldurur. Yazmağa material yığılır.

28 illik həyatımda cəmi bir qoca insandan həvəsləndirici cümlə eşitmişəm. "Nə vaxt kitabını oxuyacağam", "İmzalı kitabını gözləyirəm" – cümlələri unudulmaz hisslər bəxş edə bilir. Paxıllıq isə özünə qarşı nifrət qazandırır. Ümumiyyətlə, paxıl insanlar böyük yazıçı ola bilməzlər və bilmirlər də. Markes sağ olsaydı yazıçı olmaq istəyən istedadlı gəncə dəstək olardı. Həmçinin Balzak da. İstedadı görüb ona dəstək olmamaq kiçik insanların işidir.

Paxıllıq o səviyyəyə çatıb ki, sosial şəbəkələrdə belə yazıçının möhtəşəm fikrini pylaşmırlar. Gərək mütləq öləsən. İllər, əsrlər keçsin. Fikrin çox adamın xoşuna gəlsin və yalnız o zaman fikrini paylaşacaqlar. Paxıllıq belə insanları içdən yeyir. Mənim fikrimcə yazıçı ağacdələn olmalıdır. Qəlbində qurd olanların qalın qabığını qələmi ilə döyəcləməli və qurdu aşkar edib çıxartmalıdır. Bir insanı yaxşılığa doğru dəyişmək ən mühüm və vacib missiya sayılır.

Pol Qogen yoladşına məktubunda yazır ki, mən bilirəm, dahiyəm, məndə alıncaq, hər şey yaxşı olacaq.

O, buna müflis olduğu, acından yerə yıxıldığı vaxtlarda inanırdı. Bu özünə inam onu möhtəşəm rəsm əsərlər çəkməyə sövq etdi. Tezliklə dünyada tanındı.

Paxıllar bu inamı qırmaq üçün nə qədər əlləşsələr də alınmayacaq. Böyük yazıçı daxmada yaşasa belə bir gün dünyanı öz yazıları ilə fəth edəcək. Necə ki, Rembrandt ən yaxşı əsərlərini daxmada, kasıb vaxtlarında çəkmişdi.

Paxıl insan qorxur ki, başqasının fikrini paylaşsa özünü tanımazlar. Kölgədə qalmaqdan qorxur. Lakin unudur ki, qaranlıq olmasa işıq olmaz .Ulduzlar ay olmaq üçün var gücləri ilə parıldayar...

Solieri vaxtı ilə saray bəstəkarı kimi birinci yerdə idi. Motsartın gəlişi ilə hər şey dəyişir. Solieri anladı ki, Mosart ondan istedadlıdır. Həyatın ironiyası özünü göstərdi. İmperator sarayında yeganə Solieri Motsartın dahi olduğunu anlayıb paxıllığını çəkdi. Motsart ölüm ayağında olarkən sonuncu bəstəsini yazmağa halı olmadı. Solieri paxıllığına qalib gələrək onun yanına gəldi və Motsart dedikcə o yaztı. Notları yaza-yaza musiqini təsəvvür edərək heyran qaldı.

Pikasso Modilyaninin əl işini görərkən bütün paxıllığı yox oldu. Rəsm önündə kövrələrək bütün ehtirası ilə alqışladı...

Paxıllara fikir verməyin. Elə yaradın ki, paxılların ürəyi yumşalsın, kövrəlsinlər. Sizi qəbul edib, önünüzüz olmasa da yaratdığınız sənət əsəri qarşısında baş əysinlər.

# 2297 dəfə oxunub

Müəllifin son yazıları

# # #