22 dekabr 1849-cu il. Semyonovsk meydanında petraşeviçlərlə birlikdə bir gənc də edam olunacaq.
Adı Fyodr Dostoyevskidir.
Edam olunanlar sırayla düzülür.
Tüfənglərin çaxmağı çəkilir.
İndicə tüfənglər açılacaq. Üsyançılar bir-bir yerə səriləcəklər.
Tüfənglərin lüləsi yerə endirilir. Sükut...
Çarın əfv fərmanı oxunur.
Çar I Nikolay petraşeviçlərin ölüm hökmünü katorqa və sürgünlə əvəz edir.
Edam səhnəsi isə üsyançılara dərs olsun deyə əvvəlcədən qurulubmuş.
Bu anı Fyodorın həyatında dönüş nöqtəsi olur.
Sürgünə göndərilən Dostoyevski ordan artıq başqa bir adam kimi dönəcəkdi və bu edam cəzası onun “İdiot” əsərində Knyaz Mışkinin monoloqunda öz əksini tapacaqdı.
Beləcə, 166 il əvvəlin bu günü dünya Dostoyevskisiz qala bilərdi, amma qalmadı.