Yaxşı tərk etdim səni – Mətləb Ağanın şeiri

Yaxşı tərk etdim səni – Mətləb Ağanın şeiri
13 fevral 2017
# 10:25

Kulis.az Mətləb Ağanın “…Nə xəbər var şəhərdə?” adlı şeirini təqdim edir.

***

…Nə xəbər var şəhərdə?

kim piyada, kim atlı...

...fevralın boz soyuğu

hələ ki, salamatdı...

...hərdən sular kəsilir,

ya da işıqlar sönür...

...yəqin, fikirləşirsən:

“yaxşı tərk etdim səni...”

...yox, heç pis-filan deyil,

bu nisgilli təkliyim...

...cırıb atdım fotonu,

sərçələr dimdikləyir...

...sonra qaranlıq çökür,

dayanmadan yağır qar...

...və eyni o əhvalat:

“... qoca Arxip... Lyonka...

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #