Dəyişirdi sifəti güzgülərə baxanda – ŞEİR

<b>Dəyişirdi sifəti güzgülərə baxanda – <span style="color:red;">ŞEİR </b>
11 aprel 2018
# 13:30

Kulis.az Mətləb Ağanın “Ya yazın son ayıydı” adlı yeni şeirini təqdim edir.

***

Ya yazın son ayıydı,

ya iyulun əvvəli...

...ya axrıydı hər şeyin,

ya da yolun əvvəli...

gecələr yuxusunu

qarışdırırdı sıx-sıx;

Görürdü-bir şəkildi,

boz-bulanıq, yarımçıq...

dəyişirdi sifəti,

güzgülərə baxanda.

nəsə gülümsəyirdi,

özgələrə baxanda...

...o axşam ayrı cürdü;

kefi lap yuxarıydı...

...qapısıyla üzbəüz

bir ağac da varıydı...

...səhər durub özünü

bir budağından asdı;

Nəhayət ki,

o gecə

Şəkli tamamlamışdı!

# 2134 dəfə oxunub

Müəllifin son yazıları

# # #