Orda, o köhnə yolla  bir uşaq tələsirdi...

Orda, o köhnə yolla  bir uşaq tələsirdi...
5 aprel 2017
# 12:45

Kulis.Az Mətləb Ağanın yeni şeirini təqdim edir.

Roman- şeir

Hansı ölkəydi, hansı?

bəs neçənci əsrdi?

...orda- o köhnə yolla

bir uşaq tələsirdi...

fikrindən nə keçirdi,

nə tutmuşdu əlində ?

nə vardı çiynindəki

o nimdaş zənbilində?

Tanrı hardaydı onda,

ya xeyirxah mələklər?

bilirdilərmi bir gün

Ona nə deyəcəklər?!...

...sonra güldü qəfildən,

bütün ağrısı keçdi:

...ovcundasa,

soyumuş

qəlbini gizləmişdi....

# 1764 dəfə oxunub

Müəllifin son yazıları

# # #