Yeşilçamın “pis adamı” danışdı: Coşkun Göğen niyə seriallarda çəkilmir?

Yeşilçamın “pis adamı” danışdı: Coşkun Göğen niyə seriallarda çəkilmir?
18 dekabr 2025
# 13:44

"Yeşilçam"da 500-dən çox filmdə rol alan 80 yaşlı aktyor Coşkun Göğen Selen Görgüzelin yutubda yayımlanan proqramına qonaq olub və illərdir maraq doğuran bir suala aydınlıq gətirib.

Kulis.az xəbər verir ki, bərbər işləyərkən təsadüfən filmlərdə oynamağa başladığını deyən aktyor bu gün də gördüyü işlərin hamısının arxasında dayandığını bildirib:

“65 ildir nə etmişəmsə, hamısının arxasındayam. Aktyor olmamışdan əvvəl adam olmaq lazımdır”.

Yeşilçam’ın kötü adamı Coşkun Göğen neden dizilerde oynamadığını açıkladı 1

Serial təkliflərini niyə qəbul etmədiyi haqqında danışan sənətçi bu qərarı ailəsinə görə verdiyini deyib:

“Əvvəllər həyat yoldaşım evdə tək qalmasın deyə istəmədim. İndi də Antalyada yaşayıram, uzun müddət çəkiliş meydançalarında ola bilmirəm”.

Xatirələrini də bölüşən Coşkun Göğen Kemal Sunalla işləməyin asan olmadığını gizlətməyib:

“Kemal Sunal çox rahat oynayırdı, səhnəni yerindəcə yaradırdı. Bir də görürdün, qarşısındakının üzünə doğrudan şillə vurur.”

"KEMAL SUNAL İLE ÇALIŞMAK ZORDU" 3

Kadir İnanır haqqında isə başqa cür danışıb:

“Hər şeyin ən yaxşısını edirdi, çox peşəkar idi. Bizə də tez-tez əsəbiləşirdi”.

"Yeşilçam"ın unudulmaz aktrisalarını da xatırlayan aktyor Fatma Girik üçün “mükəmməl insan idi” deyib və maraqlı bir xatirə danışıb:

“‘Kaçak’ filmini çəkəndə şalvarım cırıldı, oturub özü tikdi”.

“Ən gözəl aktrisa kim idi?” sualına isə tərəddüdsüz cavab verib:

“Mənə görə ən gözəli və ən nəzakətlisi Necla Nazır idi. Ona sonsuz hörmətim var.”

Hətta “Batan güneş” filmində Necla Nazırın başında qab sındırdığı səhnədə başının qanadığını, amma çəkilişi yarımçıq saxlamadıqlarını da əlavə edib.

"NECLA NAZIR'A SONSUZ SAYGIM VAR" 4

2024-cü ildə həyat yoldaşı Anjelika Göğeni itirən aktyor bu itkini ağır yaşadığını qeyd edib.

Göğen bildirib ki, həyat yoldaşı valideynlərinə baxmaq üçün Moskvaya getmişdi. Elə orada da vəfat edib.

Yeşilçam’ın kötü adamı Coşkun Göğen neden dizilerde oynamadığını açıkladı 5

# 792 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər