Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?
24 aprel 2024
# 14:30

Çeçenistanda yerli qrupların ifa etdiyi musiqinin çeçen mentalitetinə və musiqi ritminə uyğun olmasını təmin etmək üçün yeni qərar qəbul edilib.

Yeni qərara əsasən, bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır və əsərlər daha sürətli tempdə ifa edilməməlidir.

Mövzuyla əlaqədar Kulis.az-ın sualını cavablandıran Xalq artisti, bəstəkar Faiq Sücəddinovun sözlərinə görə, musiqini çərçivəyə salmaq olmaz:

"Qərarı mən də eşitmişəm. Bu cür qərarlar bizim sənətimizə yaraşmaz. Musiqinin sərhədi yoxdur. Dünyanın hər yerində Azərbaycan musiqisini tanıyırlar. Demək olar ki, bütün Qafqaz ölkələrində Azərbaycan musiqilərindən istifadə edirlər. Getdiyim xarici ölkələrdə musiqimizə qarşı olan rəğbətin hər zaman şahidi olmuşam".

Bəstəkar Firudin Allahverdi yeni qəbul edilmiş qərarın gülünc olduğunu deyib:

"Musiqinin də tempini tənzimləməyə cəhd - bu, elə məhz Kadırov kimi, incəsənətdən və estetikadan anlayışı şübhə doğuran siyasətçilər üçün xarakterik qərardı. Temp, ritm, harmoniya, melodiya və s. - bunlar musiqidə estetik idealların əldə edilməsi üçün vasitələrdi. Bunu necə inzibati yollarla tənzimləmək olar? Musiqiyə yol hərəkəti kimi baxmaq, orada da sürəti tənzimləməyə cəhd etmək, bir ideya olaraq gülüncdü. Hazır anti-utopik komediya mövzusudu - götür, çək. Mən o fikirdəyəm ki, dövləti və siyasətçiləri nağaraçalanın ritmindən daha vacib məsələlər narahat etməlidi".

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə qeyd edib ki, musiqini məhdudlaşdırmaq doğru deyil:

"Səsi, sözü, rəngi necə çərçivəyə salmaq olar? Qərar mənə mənasız gəldi. Amma bəlkə də, işin içində başqa amillər var ki, biz bunlardan xəbərsizik. Məsələn, bu cür sürətli ritmlərin insan sağlamlığına hansısa zərərləri ola bilər və sairə. Amma hər bir halda, musiqini məhdudlaşdırmaq doğru deyil".

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının sözlərinə görə, Azərbaycan demokratik ölkədir və bu qərarın bizim ölkəyə heç bir aidiyyatı yoxdur:

"Bizdə bu cür qərarlar mümkün deyil ki, qəbul edilsin. Başqaları özləri bilər. Əgər nəyisə ixtisar etmək lazımdırsa, efirlərdə onlarla bayağı müğənni oxuyur, birinci elə onlardan başlasınlar".

# 2606 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

10:38 16 oktyabr 2026
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

10:36 16 oktyabr 2026
Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

Şekspirin bağındakı ağacdan düzəldilmiş sirli masa 90 yaşlı qadının evindən tapıldı

10:16 16 oktyabr 2026
Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

Paris Operasının tavanı üstündə məhkəmə qalmaqalı: Mark Şaqal, yoxsa Lenepvö?

18:40 15 oktyabr 2026
Britaniya Muzeyində növbəti qalmaqal:  Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

Britaniya Muzeyində növbəti qalmaqal: Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı

18:00 15 oktyabr 2026
Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?

Süni intellekt, söz azadlığı... - Beynəlxalq Frankfurt Kitab Sərgisində nələr müzakirə olundu?

17:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər