Yeni ildə mütləq görməli olduğunuz 10 şəhər

Yeni ildə mütləq görməli olduğunuz 10 şəhər
4 yanvar 2022
# 10:00

Kulis.az dünyanın 10 Yeni il şəhərini təqdim edir.

1. Nyu-york

Dünyanın hər yerindən milyonlarla insan Yeni ili qeyd etmək üçün Nyu-Yorku seçir. Nyu-Yorkda Yeni il gecəsini qeyd etməyin ünvanı Times Meydanıdır. Bir-birindən əyləncəli tədbirlərin keçirildiyi, konsertlərin verildiyi meydan işıqlarla bəzədilir. Burada yeni il gecəsi dünya şöhrətli sənətçilər konsert proqramı ilə çıxış edirlər. Havadan işıqla örtülü yeni il topunun düşməsi insanlara bir başqa sevinc bəxş edir. Bir sözlə Yeni il əyləncəsi burada olduqca rəngli və dinamikdir.

2. Roma

Sevgi və sevənlərin şəhəri olan Roma, Yeni ili qarşılamaq üçün ideal şəhərlərdən biridir. Xüsusilə tarixi memarlıq strukturları, nostalji küçələri, kiçik meydanlari ilə könüllərdə taxt qurmağı bacaran Romada yeni ili qeyd etməyin zövqü başqadır. Gün ərzində kafe, restoranlarda yeyib içə və şəhərdə alış-veriş edə bilərsiniz. Yeni il gecəsini isə istəsəniz küçələrdə, istəsəniz əyləncə mərkəzlərində qeyd edə bilərsiniz. Unutmayın ki, Romalılar özləri yeni ili Sevgi Fəvvarəsində qeyd edirlər.

3. Moskva

Yeni il ərəfəsində lopa-lopa yağan qarın dadını çıxarmaq və Yeni ilə romantik duyğularla girmək istəyirsinizsə, Moskva tam sizlikdir. Burada özünüzü nağıl dünyasında hiss edəcəksiniz. Moskvada əyləncənin zövqü olduqca yüksəkdir. İstəyinizdən asılı olaraq Yeni ili meydanda, yaxud qapalı məkanda keçirə bilərsiniz. Unutmayın ki, Moskvada bayramları qeyd etmək üçün insanların toplaşdığı möhtəşəm məkan Qırmızı Meydandır.

4. Berlin

Berlinin küçələri bayramdan əvvəl xüsusi bəzədilir və işıqlandırılır. Bura Yeni ili qarşılamaq üçün ən gözəl və cəlbedici yerlərdən biridir. Gecə klublarında başlayan bayram əyləncəsi səhərə qədər küçələrdə davam edir.

5. Praqa

Yeni ili qarşılayarkən rəngarəng fişəng nümayişlərini izləyə biləcəyiniz Praqa öz qonaqlarını əyləndirməyi bacarır. Bura insanı sakitləşdirən və klassik musiqiləri ilə insan ruhunu oxşayan bir şəhərdir. Yeni ili xüsusi təşkil olunan bayram şənlikləri və əyləncə məkanları ilə Praqada qarşılaya bilərsiniz.

6. Belqrad

Serbiyanın paytaxtı olan Belqrad – bütün yorğunluğunuzu ata biləcəyiniz, bir-birindən gözəl əyləncə məkanlarının olduğu bir şəhər. Dadlı yeməkləri, zövqlü əyləncə məkanları ilə yeni ili qarşılaya biləcəyiniz Belqradda bayramın ilk günlərini qalıb istirahət edərək, fərqli bir mədəniyyəti tanımaq şansını əldə edə bilərsiniz. Həmçinin, Belqrad Avropada viza tələb etməyən şəhərlər sırasındadır.

7. Amsterdam

Amsterdam gecə həyatı ilə məşhur olan bir şəhərdir. Yeni il gecələri isə əyləncə pik nöqtəyə çatır. Dünyanın ən azad şəhərlərindən biri olan Amsterdamda Yeni il gecəsi fişəng nümayişləri, rəqslər və konsertlər şəhəri al-əlvan rənglərə bürüyür. Burada gecə klubları, kafelər və barlar olduqca çoxdur. Yeni il gecəsini qeyd etmək üçün Leidseplein meydanı ən gözəl seçimdir.

8. London

Yeni ili qarşılayaca biləcəyiniz şəhərlərdən biri də Londondur. Bu şəhər tam əyləncə üçün yaradılıb. Yeni il ərəfəsində möhtəşəm işıq şəfəqləri, gurultulu səslər, xüsusilə gecə atəşfəşanlığı əyləncəni maksimum səviyyədə duymağa imkan verir. Dünyanın bir çox ölkəsindən gələn turistlər yeni ili qeyd etmək üçün burada toplanır.

9. Barselona

Barselona öz sənəti, azadlığı və əyləncəsi ilə məşhur olan bir şəhərdir. Buraya Yeni ili qarşılamaq üçün gələnlər möhtəşəm bir atmosferlə qarşılaşır. Zəngli saat 00:00-ı göstərdiyi zaman və 12 dəfə zəng səsi gəldikdə, insanlar 12 üzüm dənəsi yeyirlər və bununla da yeni ildə uğur qazanacaqlarına inanırlar. İstəsəniz Plaça de Catalunya və Las Ramblas əyləncələrində də iştirak edə bilərsiniz. Çimərlik əyləncələrindən zövq alırsınızsa, çimərlik partilərinə qatılıb, yeni ili orada da qarşılaya bilərsiniz.

10. Paris

Sevgi şəhəri olan Parisdə Eyfel qülləsinin altında yeni ili qarşılaya bilərsiniz. Yeni ildən 20 gün əvvəl burada bayram hazırlıqları başlayır. Şəhərin bəzədilməsi yeni il üçün möhtəşəm vizual görüntü yaradır. Meydanda toplananların birlikdə mahnı oxumaları, rəqs etmələri bayrama rəng qatır.


# 2624 dəfə oxunub

Oxşar xəbərlər

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
# # #