“Mən olmasam qızlar evdə qalar” - QADIN SALONUNDAN REPORTAJ

“Mən olmasam qızlar evdə qalar” - <span style="color:red;">QADIN SALONUNDAN REPORTAJ
26 noyabr 2015
# 08:30

Rəfiqəm gözəllik salonunda çalışır. Hərdən bir mən də onu görmək üçün ora gedirəm. Maraqlı yerdi. Maraqlı olmasından da ədəbiyyatla dolu məkandır.

Rəfiqəm Nərgiz deyir ki, orda hər tip qadın görürəm. Dindarından tutmuş ən yüngül əxlaqlısına qədər. Və onların bitməyən söhbətlərinə qulaq asıb təsdiq etməliyik. Nə desələr, fərq etməz. Əsas odu ki, başını yelləyib üzünə qayğıkeş ifadə verəsən. Nə də olsa müştəridir...

Salon haqda yazmaq istəyimi Nərgizə deyib, onu birtəhər razı da saldım. Amma şərt qoydu ki, salonun və onun adını çəkməyim.

Salon bir neçə binanın həyətin ortasında yerləşir. Adı “Venera”dır. (Nərgiz kimi onun da adı şərtdiri). Burda yeddi nəfər çalışır, altısı xanım, biri də kişi. Hamısı da məni Nərgizin rəfiqəsi kimi tanıyır. İçəri girib hamıyla görüşdüm, hal-əhvaldan sonra dedim ki, burdan yazmaq istəyirəm, icazə verirsiniz? Hamı çönüb Metaya baxdılar. Meta - Mətanət xaladır. Salonda təcrübəsinə görə də, yaşına görə də hamısından böyük odur. Həm də salona o cavabdehdir. Meta özünə uyğun uyğun yarım litrlik fincanını çayla doldurub gəlib yanımda əyləşdi. Sualımı gözləmədən danışmağa başladı:

-Bax, gözəl. Ən birinci məndən yaz. Bu işdə yirmi beş illik təcrübəm var. Bu həyətə gəlin gəlmişəm. Elə o vaxtdan burda işləyirəm. Bax, bu gördüyün “dom”larda nəki qız var hamısı mənim sayəmdə getdilər ərə. O 3 də qalan Fatmanın qızı. Az, sən Allah meymuna oxşamırdı o? Adam elədim ərə verdim. Hələ o Mayanın qara qızı. İlk görüşə gedəndə mən onu bəzədim-düzədim, saldım yolda. Bax, o da getdi ərə. Hələ Sadiqə, o 1-ci binada qalan. qalan. Otuz beş yaşı vardı, əlinə kişi əli nədi e, heç üzünə kişi baxışı da dəyməmişdi. Ay toba, təzə aldığım franzuski pudranı diri-diri onun enli, yarım metilik sifətinə necə tökdümsə ağappaq ağardı. O da getdi ərə. Özümü tərifləmirəm, amma hamı bilir ki, əlim dəyən qız ərə gedir. Mənə bəxt açan Meta deyirlər.

İşçi qızlar da dərhal onu təsdiqlədi. Salonda da ən çox “klienti” olan Meta xaladı. Bu salonda işləyən İra xanım (İmarət xanım) bazardan aldığı ucuz kremləri “qırışları açır”, “prişikləri aparır”, “ləkələri aparır” adıyla klientlərə sırımaqda çox məşhurdu. Səbinə deyir ki, bu salon qızları ərə verməklə yanaşı neçə ailənin də dağıdılmasına bais olub. Qadınlar bura gələndə öz problemlərindən, dərdlərindən danışırlar. Nə badə, biri gəlib öz ərindən danışa. Ya da qayınanasından. Qadın həmrəyliyi damarları tutur bunların. O qadına elə “tırka” verirlər ki, daha ər də, qaynana da onun qarşısında duruş gətirə bilməz.

Hə, Samir bunların içində yeganə kişidir. İra deyir ki, bütün kişi imtiyazlarını onun əlindən almışıq. Hətta adını dəyişib “Syoma” çağırırlar. O da razılaşır. Hətta bu ona belə xoşdu. Samirə Meta kimi gülür, İra kimi danışır, Seva kimi gəzir, Fira kimi də çay içir. Özünü day kim kimi hiss edir orasını bilmirəm. Ahh bu qadınlar...

Bir qıraqda oturub baxmağa izin verdilər mənə. İlk müştərilər gəldi.

-Səidə xanım gəlməyib?

-Otur gəlir indi.

Hə, onu da deyim ki, buranın maraqlı qaydaları da var. Heç kim, heç kimin müştərisinə xidmət etməz, etsə də , işləsə də pulunu özünə verməlidir.

Yavaş-yavaş müştərilər çoxalır, söhbətlər qaynamağa başlayırdı. Arada saç fenlərinin səsi qadınların səsinə qarışır, bir birlərini eşitmək üçün ucadan danışırdılar. Mən isə hamını eşidib yazmaq istəyirdim.

Meta xala gəlin bəzəyir və qalib ədası ilə həvəslə danışır:

-Bu gözəli ilk görüşə gedəndə də mən bəzəmişdim. Düzdü, bəzəyə ehtiyacı yox idi amma yenə də... Bu ərə verdiyim iki yüz altmış beşinci gəlindi.

Deyirlər ki, məhəllədə belə bir inanc var. Kimin qızı evdə qalıbsa deyirlər “Metanın əli yüngüldü, apar üzün-qaşın alsın, bəxti açılar.

Artıq bütün kreslolar dolmuşdu. Hamı məşğul idi. Fira fenin səsini batırmaq üçün qışqıra- qışqıra saçını kəsdiyi xanımdan soruşdu: “Bacı, sən Allah saçını hansı yağla yumusan?”

Bunların danışığını Syomanın fen səsi batırdı. Gerisini eşidə bilmədim amma yaman maraqlı söhbət etdikləri hiss olunurdu. Ən maraqlısı da odur ki, bir birlərinə güzgüdən baxa-baxa danışırdılar.

İra da öz hayında idi, təriflədiyi kremləri xırıd eləyirdi. Qızlar bir-birinə göz edirdilər ki, İra təzə hərif tapıb

Yenə fen səsi araya girir. Syomanın müştərisi nə dedi Syoma qayçını əlindən qoyu qızın kürəyinə bir şapalaq ilişdirdi: “Tı ştoo, boşan daaa. Qəşəng də səsin var gedib oxuyarsan. Nöş çürüdürsən özünü, tı durak ştoli?” Qadının razılaşmaqdan başqa əlacı qalmadı:”-Düz deyrsən, vallah.

Özünüz də görürsünüz ki, burda yalnız gözəllik üçün yox, həm də psixoloji dəstək üçün gəlirlər.

İra müştərisinin qaşını bəyənmir: “Ay qız sənin qaşını kim belə alıb? Heç nə apar tulla. Gül kimi qaşı nə günə qoyublar, e. Sağdan içinə girib korlayıblar qaşını. Müştəri də borclu qalmır: “İra xanım, axı o usta da süzün aldığınız qaşı bəyənmədi”.

Təbii ki, qızlar da İranı təsdiqlədilər. Müştərilər gəlib-getdikcə əhvalatlar çoxalır. Mən də özlüyümdə bir-bir qeyd edirəm: “Bu hekayə mövzusudur”, “bu yaxşı xəbərdir”, “bu köşə yazısıdı”. Bir dəftər mövzu yığmışdım ki, çöldən gələn səsə hamı çevrildi. Meta Validənin səsini tanıdı.

O gün salonda kimsə qonşu binada yaşayan Validəni pıçıldayıb ki, yoldaşın qonşu binadakı Arifəylə görüşür. Söhbət də bu salonda baş verib. Deyiblərki ailən dağılır xəbərin yoxdu. Yoldaşıvı güd. Indi Validə məhlənin ortasında bir qadının saçını, başını yolurdu.

Dəhşət idi. Mən Nərgizlə sağollaşıb çıxdım salondan. Bu bir neçə saatda çox şey öyrəndim burdan. Öyrəndim ki, bir qadın intiqam almaq istəyirsə mütləq alır. Qabağında İŞİD dayansa belə...

# 1256 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

16:25 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

16:24 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

13:32 27 noyabr 2024
#
#
# # #