Sən ağdamlı ola bilərdin - Markesə həsr olunmuş şeir

Sən ağdamlı ola bilərdin - <span style="color:red;">Markesə həsr olunmuş şeir
6 iyun 2017
# 11:36

Kulis.az Xosrov Natilin “Markesə Məktub” şeirini təqdim edir.

1

Cənab Markes

Mən sağam

Ümid Allaha qalıb.

Ayağını bərk dirə

Yüz il də tənha qalıb.

Kaş ki, yurdsuz olmasın

Bir kəsəyi, bir daşı,

Sənə məktub yazıram

Mən yüz ilin bir başı.

Yurdumu yağmaladı

Bu erməni, bu yezid.

Nə imam övladıyam

Nə də Mehdi Bəyazid.

Sizdə havalar necə,

Ümid qıtlığı varmı,

Havasız bir ürəyə

Yüz dərd birdən sığarmı?

Nisyə mal buraxırmı

Sizin apteklər.

Tökülən göz yaşını

Deyirmi sinoptiklər.

Bu günün qaraltısı

Sabah ömür yolumda

Sevilmədən bəlkə də

Evlənəcək oğlum da.

Bir sevgili zamanda

Bəlkə yurda dönəcəm

Gözünə su ver, dostum,

Bir gün mən də öləcəm.

2

Cənab Markes, yenə mənəm

Ölməmişəm, hələ sağam

İstintaqda qərar verdim

Sənə məktub yazacağam.

Heç bir gün də çəkmədi

Məhbəsə salınmağım.

Sən deyən bir şey deyildi

Göz altına alınmağım.

Guya ki, mən ötən gecə

Balıqlara su vermişdim

Ertəsi gün uçan quşa

“Qa” deyəndə “qu” vermişdim.

Guya ki, mən buludları

Doğramışam ərsin-ərsin

Yağmurlu gün gül əkmişəm…

Eh, nə isə, boş ver getsin.

3

Qoca Qarsiya,

Sən xocalılı, ya şuşalı

Ya da elə ağdamlı ola bilərdin

Sən Zəngilanda da, doğula bilərdin

İrəvandan da qovula bilərdin.

Cəbrayıl ola bilərdin

Qaraş ola bilərdin

Mərkəz ola bilərdin

Amma Qabriel Qarsiya

Markes ola bilməzdin.

Eh, qoca Qarsiya

əlindən alardılar yüz ilin tənhalığını

sən yaza bilməzdin sevincin,

gözlənilən bir qətlin tarixini,

kədərin qansızlığını.

Kümənə od vurub

Yandırardılar

əlyazmalarını

Əlindən alardılar adamlığını,

Burnundan gətirərdilər zəngilanlı,

qubadlı, cəbrayıllı olmağını

yaxud ağdamlılığını.

Cəbrayıl ola bilərdin

Qaraş ola bilərdin

Mərkəz ola bilərdin

Hər Kəs ola bilərdin

Qabriel Qarsiya Markes ola bilməzdin.

4

Cənab Markes, bu mənəm

Hələ ki, salamatam

Sənin de sağlığını

bir olan Allahdan

istədim, atam

cənab Markes

oxudum "...gozəlçələrini "

kiminsə tərcüməsində

bu mövzunu hər kəs xoşlar yəqin ki,

Çilovdan yazıram yazdıqlarımı

Helikopterlə uçub gəlirəm

həftədə bir kərə

Çilov adasından Pirallahıya

ordan şəhərə

Hər gün qulaqlarımda helikopter səsi

Cənab Markes

Çilovdan yazıram yazdıqlarımı

Üç ildi əlimə qələm almıram,

üç ildi yazmıram bir misra belə

İşimi dəyişmişəm-il yarım tamam oldu

sağlımı görüm...

Qadınım öldü.

Cənab Markes

mən sağam

Yaşım 55 olur qasım ayında

Və hər gün qulaqlarımda helikopter səsi

5

Sən yoxsan demək

uzaq Kolumbiyada

qəbrinin üstünü lalələr səpmək

imkan xaricində

Qarabağda

lalələr açıb indicə...

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Nobel və Oskar mükafatlarına sahib  yeganə yazıçı  - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

Nobel və Oskar mükafatlarına sahib yeganə yazıçı - O, müsahibəsində Məhəmməd peyğəmbər haqqında nə demişdi?

15:00 2 noyabr 2025
Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

Məhəmməd Füzulinin Qarabağ səfəri - Azad Qaradərəlinin hekayəsi

15:00 1 noyabr 2025
Tanınmış türk aktyor motosiklet qəzasında öldü

Tanınmış türk aktyor motosiklet qəzasında öldü

13:47 1 noyabr 2025
Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

12:14 1 noyabr 2025
"Həyatın harasından dönsən, xeyirdir..."  - Ömrünə intiharla son qoyan yazıçılar

"Həyatın harasından dönsən, xeyirdir..." - Ömrünə intiharla son qoyan yazıçılar

12:00 1 noyabr 2025
Azərbaycanlı rejissorun filmi birinci oldu

Azərbaycanlı rejissorun filmi birinci oldu

11:50 1 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər