“Dünya ədəbiyyatı” - “İran” çapdan çıxdı

“Dünya ədəbiyyatı” - “İran” çapdan çıxdı
14 iyun 2016
# 10:43

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin bugünlərdə yeni sayı işıq üzü görüb.

Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib.

Baş redaktor dərginin 2016-cı ildəki ilk sayının bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edildiyini bildirib.

30-a yaxın müəllifin yaradıcılığını əhatə edən bu sayda XX əsrin 40-cı illərindən etibarən yaranmağa başlayan, müxtəlif növlər və janrlar üzrə inkişaf tapan, çağdaş forma və məzmuna malik İran ədəbiyyatı nümunələri yer alıb. Seyfəddin Hüseynlinin sözlərinə görə, dərginin bu sayının bir əlamətdar cəhəti də bütün materialların, istisnasız olaraq, orijinaldan – fars dilindən tərcümə edilməsidir.

“Dünya ədəbiyyatı”nın bu sayına zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. Mustafa Məsturun “Tanrının ay üzündən öp...” romanı Ariz Tarverdiyevin, Şəhram Kərəminin “Yunis peyğəmbər” pyesi Dilman Şahmərdanlının tərcüməsində verilib. Sadiq Hidayətin, Camal Mirsadiqinin, Əhməd Mahmudun, İbrahim Gülüstanın, Mahmud Dövlətabadinin, Əmin Fəğirinin, Sadiq Çubəkin, Cəlal Ale Əhmədin, Huşəng Gülşirinin, Xosrov Şahaninin, hekayələrini dilimizə Məhəmməd Nuri, Ağabala Mehdiyev, Rəşad Həsənov, Məsiağa Məhəmmədi, Sayman Aruz çeviriblər.

Nima Yuşicin, Firidun Müşirinin, Jalə İsfahaninin, Füruğ Fərruxzadın, Söhrab Sipehrinin, Huşəng İbtihac Sayənin, Əhməd Şamlunun, Mehdi Əxəvani-Salisin, Mənuçöhr Atəşinin, Nüsrət Rəhmaninin, Qeysər Əminpurun, Şəms Ləngərudinin, Simin Behbəhaninin, Xosrov Gülsürxinin, Yədullah Röyayinin poetik əsərləri M.Məhəmmədinin, M.Nurinin və A.Tarverdiyevin tərcüməsində təqdim olunub.

İran ədəbiyyatının bilicilərindən Nüşabə Əlizadənin və M.Məhəmmədinin bu sayda yer verilmiş məqalələri Azərbaycan oxucusunu çağdaş İran nəsri və

poeziyasının ümumi mənzərəsi ilə nəzəri rakursdan tanış etmək baxımından xüsusi önəm daşıyır.

Qeyd edək ki, “Dünya ədəbiyyatı” dərgisinin qurucusu şair və tərcüməçi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “İran” sayının məsləhətçisi tanınmış şərqşünas Məsiağa Məhəmmədidir.

# 2715 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər