Səudiyyə Ərəbistanı Krallığının səfiri Tərcümə Mərkəzində olub

Səudiyyə Ərəbistanı Krallığının səfiri Tərcümə Mərkəzində olub
10 iyun 2015
# 16:04

İyunun 10-da Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Musaid bin İbrahim bin Abdullah əs-Səlim Tərcümə Mərkəzində olub. Kulisin məlumatına görə Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, qısa müddət ərzində görülən işlər, beynəlxalq aləmdə genişləndirilən əlaqələr, həmçinin, ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışaraq, səfiri Mərkəzin nəşrləri ilə tanış etdi.

Cənab səfir Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin hər sahədə möhkəmlənməsindən danışaraq, bu münasibətlərdə ədəbiyyatın, tərcümə sənətinin xüsusi rolunu qeyd etdi:

“Əminik ki, ay yarım bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri mədəniyyət və ədəbiyyat sahəsində də əlaqələrin yenidən dirçəlməsinə kömək edəcək. Bildiyimə görə, Azərbaycan dilində 5 mindən çox ərəb sözü var. Həmçinin, ərəb dilinin Quran dili olması, bu dili şərəfləndirən bir məqamdır. Azərbaycan müsəlman ölkəsi olduğundan, bu dil sizin ölkə üçün də mühüm əhəmiyyətə malikdir”.

Daha sonra səfir Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Tərcümə İdarəsi ilə əməkdaşlığa dair Memorandumu Mərkəzin direktoruna təqdim edərək, həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan nümayəndələrindən ibarət müştərək Komissiya yaradılması təklifini irəli sürdü:

“Bu Komissiya hər iki ölkənin ədəbiyyatından dəyərli nümunələri seçib, Azərbaycan dilindən ərəbcəyə, həmçinin, ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin həyata keçirilməsini təşkil edə və bununla da, müştərək layihələrimizə köməklik göstərə bilər. Tərcümə çox həssas prosesdir. Hər iki tərəfdən nəzarət güclü olmalıdır. Xüsusilə də, bədii ədəbiyyatların tərcüməsində. Səudiyyə Ərəbistanının bu sahədə böyük təcrübəsi var. Ən təcrübəli dil mütəxəssisləri ilə əməkdaşlıq edirik. Buna baxmayaraq, onların da fəaliyyətinə müvafiq qurumlar nəzarət edir”.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində hazırlanmış nəşrlər kataloqu təqdim edildi.

# 2231 dəfə oxunub

Oxşar xəbərlər

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımladı

12:14 4 noyabr 2026
"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər