Gələcəyin peşələri – valideynlər oxusun

Gələcəyin peşələri – valideynlər oxusun
31 avqust 2016
# 11:56

Texnologiyanın sürətlə inkişaf etməsi insan həyatını asanlaşdırmaqla bərabər, bir çox dəyişikliklərə də səbəb olur. Keçmişdə uzun vaxta reallaşdırdığımız işləri indi bir neçə dəqiqəyə həll edirik, çox asanlıqla məlumat əldə edə bilirik.

Sənaye inqilabından sonra bir çox yeni işlər ortaya çıxıb və bu peşələr XIX əsrdən XX əsrin ortalarına qədər iş həyatının önəmli yerlərini tutmuşdur. Ancaq son 50 il içində istehsal toplumundan məlumat toplumuna keçməklə bərabər iş sayında, texnoloji istehsalatda, elmdə texnologiyanın yayılması keçmişə nisbətdə daha sürətlə inkişaf edib. Bu inkişaflar insan həyatına da təsir edir, onu dəyişdirir, yeni peşələrin ortaya çıxmasına səbəb olur.

Bəs gələcəyin peşələri hansılardır? Kulis.az gələcəyin peşələrini təqdim edir.

İnformasiya mütəxəssisi: İnformasiya qaynaqlarının inkişaf etməsi nəticəsində onları sinifləndirmək, idarə etmək və istifadə olunacaq hala gətirmək lazım olur. İnformasiya mütəxəssisləri təşkilatların rəqabət şəraitini, müştəri məmnuniyyətini, müştəri artımını sinifləndirir. Statistika, riyaziyyat və kompüter kimi fakültələri oxuyanlar informasiya mütəxəssisi kimi işləyə bilərlər.

Genetika məsləhətçisi: Sonsuzluq və genetik qüsurlar getdikcə artır. Genetika məsləhətçiləri ailələrin və fərdlərin genetik qüsurlarını araşdırır, diaqnoz qoyur və təkrarlanan qüsurları aradan qaldırır. Biologiya və genetika sahəsində oxuyanlar genetika məsləhətçisi ola bilərlər.

Davamiyyət mütəxəssisi: Ekoloji problemlərin aradan götürülməsinə və yeni enerji qaynaqlarının istifadə edilməsinə ehtiyac duyulur. Davamiyyət mütəxəssisləri istifadə olunan enerji, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə ortaya çıxan problemlərin həlli və qarşısının alınması üçün şirkətlərə, fərdlərə, təşkilatlara məsləhətçilik edirlər. Əkinçilik, ekologiya, biologiya kimi sahələrdə oxuyaraq davamiyyət mütəxəssisi işləmək olar.

Biometrik texnik: Təhlükəsizlik sahəsində cinayətkarların təsbit edilməsində sürət və asanlaşdırmanın əhəmiyyəti artır. Biometrik texniklər də hər fərdin sahib olduğu barmaq izi, səs kimi özəllikləri analiz edir. Kompüter mühəndisliyində oxumaqla biometrik texnik olmaq mümkündür.

Əlavə reallıq mühəndisi: Fərdlərin təşkilatların obyektləri və yerləri bütün ölçüləri ilə görmək, onları müşahidə etmək ehtiyacı günü gündən artır. Əlavə reallıq mühəndisləri istifadəçilərin ehtiyacları olan obyektləri göründüyündən ayırd edilməyəcək bir şəkildə virtual səhnəyə köçürülməsini reallaşdırırlar. Elektrik və kompüter mühəndisliyi oxuyanlar əlavə reallıq mühəndisi işləyə bilərlər.

Kiber təhlükəsizlik mütəxəssisi: Virtual hücumların qarşısının alınması ehtiyacı getdikcə artır. Kiber təhlükəsizlik mütəxəssisləri meydana gələn virtual hücumlara qarşı fərdlərin, firmaların və qurumların məlumatlarının təhlükəsizliyini təmin edir. Riyaziyyat, kompüter, proqram bilənlər kiber təhlükəsizlik mütəxəssisi ola bilərlər.

Bioinformatik: Bioloji məlumatların sürətli və doğru bir şəkildə idarə edilməsi, istifadə olunacaq hala gəlməsi getdikcə önəm daşıyır. Bioinformatiklər kompüter və biologiya ilə bağlı məlumatları birləşdirərək bioinformatik vasitələrin ən təsirli şəkildə istifadə olunması üçün interfeyslər və yeni proqramlar inkişaf etdirir. Biologiya, fizika və kompüter sahəsində oxuyaraq bioinformatik olmaq olar.

Pilot: Hava nəqliyyatının sürətlə inkişaf etməsi və getdikcə daha da yayılması təcrübəli pilotlara ehtiyac yaradır. Pilot, təyyarə mühəndisliyi sahəsində oxuyaraq pilot işləmək olar.

# 2581 dəfə oxunub

Oxşar xəbərlər

Milli Xalça Muzeyində moda nümayişi  -  “Zamanın naxışları”

Milli Xalça Muzeyində moda nümayişi - “Zamanın naxışları”

16:30 2 iyul 2026
Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

Qurani-Kərimi təhqir edən komediyaçı hava limanında saxlanıldı

16:00 2 iyul 2026
Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

Məşhur sənətçinin şərəfinə xüsusi Barbi gəlinciyi hazırlandı

15:30 2 iyul 2026
Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açıldı

15:10 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
"Brüs Li Günü"  elan olundu

"Brüs Li Günü" elan olundu

14:00 2 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər