Çingiz Fərzəliyev Rusiyanın qızıl medalına layiq görüldü

Çingiz Fərzəliyev Rusiyanın qızıl medalına layiq görüldü
11 iyun 2019
# 17:40

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.

Çingiz Fərzəliyevə mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edin. Bildirib ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda hazırda Rusiyanın ən tanınmış rəssamları ilə birlikdə təhsil alıb, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olub. “Çingiz Fərzəliyev Qızıl medala təkcə postsovet məkanının ən yaxşı muzeylərdən birinin rəhbəri kimi deyil, həm də hazırda fəaliyyət göstərən rəssam, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan incəsənət xadimi kimi layiq görülüb. Biz böyük məmnuniyyətlə onu Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü və fəxri professoru kimi öz sıralarımıza qəbul etmişdik. Bu gün isə Azərbaycan rəssamına Rusiya akademiyasının ən yüksək mükafatını təqdim etməkdən məmnunluq duyuruq”, - deyə rəssam bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Çingiz Fərzəliyevi səfir Polad Bülbüloğlunun adından təbrik edib. O xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Diplomat Bakıda, Heydər Əliyev Mərkəzində görkəmli rəssam Zurab Seretelinin 85 illik yubileyinə həsr olunmuş “Mümkün ölçülər” adlı sərginin açılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Andrey Zolotov, “Tretyakovskaya qalereya” jurnalının baş redaktoru Aleksandr Rojin və başqaları mərasimdə çıxış edərək Çingiz Fərzəliyevə yaradıcılıq uğurları arzulayıblar.

Çingiz Fərzəliyev yüksək mükafata görə Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib. /azertag.az/

# 4078 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər