Yaponiya ilə mədəni əməkdaşlığımız müzakirə edilib

Yaponiya ilə mədəni əməkdaşlığımız müzakirə edilib
30 aprel 2018
# 10:03

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntərin UNESCO-nun sabiq baş direktoru, təşkilatın Yaponiya nümayəndəliyinin müşaviri Koişiro Matsuura ilə görüşündə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən 2016-cı ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran sədr qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də beynəlxalq təşkilatların gündoğar ölkədə fəaliyyət göstərən nümayəndəlikləri ilə əlaqələrin qurulmasıdır. Bildirib ki, müasir tarixi vəziyyət, dünyada baş verən mühüm geosiyasi proseslər Azərbaycan və yapon xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillərdir. Xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələri inkişaf etdirir, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışırlar. Tokioda təsis edilən yeni diaspor təşkilatının da məqsədlərindən biri beynəlxalq qurumların yerli nümayəndəlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycanın Yaponiyada daha geniş tanıdılmasıdır. Əsas məqsəd Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə yapon xalqını daha geniş məlumatlandırmaq və eyni zamanda, Azərbaycan barədə həqiqətlərin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə real məlumatların yapon ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə Yaponiya universitetlərində Azərbaycan dili bölməsinin yaradılması, qədim və zəngin ədəbiyyatımızı özündə əks etdirən ümumi kitabxananın təsis edilməsi, müxtəlif mövzularda sərgi və disputların təşkili, qarşılıqlı səmərə verə biləcək digər birgə ideyaların reallaşdırılması xalqlarımızı bir-birinə daha sıx yaxınlaşdırar.

Diaspor təşkilatının yaradılmasını alqışladığını bildirən K.Matsuura irəli sürülən təşəbbüsləri yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, son illər Azərbaycan və Yaponiya arasında əməkdaşlıq əlaqələri xeyli intensivləşib. Vurğulayıb ki, Yaponiya müstəqilliyinin bərpasından ötən qısa müddətədə böyük uğurlara imza atan Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır. Yeni yaradılan diaspor təşkilatının irəli sürdüyü təklifləri yüksək qiymətləndirən K.Matsuura bu ideyaların həyata keçirilməsi üçün UNESCO-nun Yaponiya nümayəndəliyinin hər cür yardım göstərməyə və əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlığın istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 14 iyun 2026
Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər