Ayları dəyişdirmək istəyən Atatürk Kulisə danışır MÜSAHİBƏ

Ayları dəyişdirmək istəyən Atatürk Kulisə danışır MÜSAHİBƏ
31 oktyabr 2013
# 17:20

Kulis.Az ayların adının dəyişdirilməsi təklifini irəli sürən Yeni Nəsil Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Atatürk Kamallının müsahibəsini təqdim edir.

- İlk olaraq özünüz haqda məlumat verərdiniz...

- 1989-cu il 12 oktyabrda Bərdə rayonunda doğulmuşam.

- Siz oktyabr ayını güleyşə ayı elan etsəniz də, nədənsə doğulduğunuz aya oktyabr dediniz.

- (gülür) Bu maraqlı oldu. Ona görə 12 oktyabr dedim ki, biz hal-hazırda təklif vermişik. Təklif müzakirə məqamındadır. Biz istədik təklifi cəmiyyətin nəzərinə çatdıraq. Hədəf ayın adı sırf güleyşə olsun deyil. Sadəcə biz maket vermişik, ideya vermişik. Təbii ki, mən folklorşünas deyiləm. Bununla məşğul olan insanlar var. Dəyərli, görkəmli alimlərimiz var. Bu haqda danışacağam. İlk sualınız yarımçıq qalmasın. Kamallı Atatürk Oqtay oğlu. Hətta dünən bir çoxları məni qınadı ki, adımı sonradan dəyişmişəm. Mən şəxsiyyət vəsiqəmi də gətirmişəm üzərimdə. Bu da onun sübutudur ki, dünən xəbərlərin şərhlərində nəzər yetirsəniz, bəzi insanlar tərəddüdlə yaxınlaşdılar ki, siz ola bilsin bu adı sonradan götürmüsünüz. Əsla, bu ad mənə 1989-cu ildə, Sovet dönəmində verilib. Hətta adımla bağlı “Anadolu” agentliyinə də bir açıqlama vermişəm. Mediada var. Ordan da izləyə bilərlər ki, mən adımla bağlı geniş məlumat vermişəm. Adımla bağlı təzyiqlər olub. Çox sıxıntılar yaşamışıq. Amma bunların heç birinə baxmayaraq bu ad mənə verilib. Bu gün də sizin vasitənizlə cəmiyyətə çatdırıram ki, mən adımla fəxr edirəm.

- Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə də görüşməyə imkan tapmısınız...

- 2012-ci ildə Türkiyədə “Dünya əngəllilər” qurumunun I qurultayı keçirilirdi. Qurumun sədri gözdən qüsurlu, müğənni Mətin Şəntürkdür. Səfirlik tərəfindən dəvət olunduq. Çünki mən ictimai sferada olduğum üçün səfirliklərlə, bir çox qurumlarla mütəmadi çalışırıq. Mənə məsləhət görüldü ki, belə bir qurum var, bu quruma müraciət etsəniz daha yaxşı olar. Biz də rəsmi dəvət əsasında qatılıb həmin qurultayda iştirak etdik. Türkiyədə millət vəkilləri ilə, QHT rəhbərləri ilə, şəxsən də 2 nazirlə görüşümüz oldu. Türkiyənin Xarici İşlər Nazirliyində görüşdə olduq. Əhməd Davudoğlu ilə aramızda çox maraqlı dialoq oldu. Əhməd Davudoğlu medianı başına toplayaraq əlimdən tutub “Baxın bizim Atatürkümüz də var” deyə səsləndi. Bunun fotosu da var. Görüş sırasında Ailə və Sosial nazir Fatma Şahinlə də görüşdüm. Sədri olduğum Yeni Nəsil Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin adlı təşkilatım isə bir ilə yaxındır fəaliyyət göstərir.

- Necə oldu belə bir təklifi hazırlamaq qərarına gəldiniz? Qardaş Türkiyədə heç olmasa bəzi ayları misal üçün avqustu, ağustos olaraq saxlayıblar. Amma siz ucdan tutma bütün adlara əl gəzdirmisiniz.

- Səmimi etiraf edim ki, mən bu təklifi hazırlayanda, düşündüm bir az. Belə bir qənaətə gəldim ki, təklif birmənalı şəkildə qarşılanmayacaq. Gündəmdə müzakirə mövzusu olacaq. Həqiqətən də biz hədəfimizə çatdıq. Və inandırım sizi mən tam rəsmi statistika ilə danışmayacam, siz özünüz dünən medianı izlədinizsə görərsiniz ki, çox böyük xəbər portallarında yayımlandı, böyük kütlə izlədi. Hətta tənqidin üstündən təhqirə də keçənlər oldu. Amma bunlara baxmayaraq bəyənənlərin, dəstəkləyənlərin sayı çox oldu. Yenə altını çizərək deyirəm, düzdür, adları sıralamışam, amma mən folklorşünas deyiləm. Sadəcə ideya gəldi, təklif irəli sürdüm. Sırf qardaş Türkiyədə olduğu kimi olsun deyə, gəlin biz də bunu edək demirəm. Və yaxud ərəb ölkələrində olduğu kimi. Dünən şərhlərdə izləyirəm ki, yazırlar təklifdən Türkmənistan iyi gəlir. Səmimi deyirəm, mən bunların heç birinə istinadən bu təklifi hazırlamamışam. Burda əsas məqsəd bizim özümüzün milli təqviminin olmasıdır. Əsas məsələ budur. Düzdür, 12 ayın 12-nin də adını dəyişdirmişəm. Olsun özümün də doğulduğum ayın adı güleyşə olsun. Mən bunları arqumentlərlə hazırlamışam.

- Oktyabr, ya güleyşə, nə fərqi var? Ayın adı oktyabr olmaqla nə itiririk, güleyşə ilə nə qazana bilərik?

- Cəmiyyətə mən burdan bir daha fikrimi çatdırmaq istəyirəm. Məqsəd ayın adının güleyşə olması deyil. Yenə deyirəm biz ideya veririk cəmiyyətə. Sizi inandırım ki, 12-i ayın hamısını ciddi formada təqdim etsəydik heç bu qədər ciddi nəticə alınmayacaqdı. Dünən şərhlərə baxıram, yazırlar ki, “Hansı ayda doğulmusan? Novxanıda?” Bu cür şeylər yazıblar.

- Təqviminizdə Pirşağı, Nabran, Novxanı kimi coğrafi məkan adları var. Özünüz də Bərdə rayonunda doğulmusunuz. Ölkəmizin də 20 faiz torpaqları işğal altındadır. Olmazdımı ki, aylardan birinə Qarabağ, Şuşa, Xarıbülbül adlarını vermək?

- Ümumiyyətlə, biz bunu fikirləşdik. Bu gün Qarabağ hər birimizin yaralı yeridir. Mənə dedilər ki, doğulduğun yer Bərdədir. Niyə Bərdənin adını yazmamısan. Hər şeyi götür-qoy etdik. Bərdəni yazsam deyəcəkdilər yerlibazlıq edir. Qarabağla məşğul olan bizim çox savadlı ziyalılarımız var. Biz gözlədik ki, ziyalılarımızdan biri çıxıb eynən sizin sadaladıqlarınızı deyib, hər hansı ayın adını dəyişib bu adın qoyulmasını təklif etsin.

- Qarşıda ad dəyişmə ilə bağlı hansı planlarınız var?

- Güleyşə adı unudulmayacaq. Hətta Kanada, Krasnoyarsk kimi uzaq yerlərdən mənə zarafatyana zənglər gəldi ki, sən güleyşə adı ilə bəlkə inqilab elədin (gülür). Amma burda bir məsələ var. Mən sadəcə bir maket verdim. Hər bir müzakirəyə canla-başla razıyam. Müzakirələr edək, fikirlərimizi bölüşək. Bu məsələ ilə bağlı geri çəkilib durmaq niyyətim də yoxdur. Və bunu da qarşıma önəmli hədəf kimi qoymuşam. Rəsmi qurumlara da məktubla müraciət edəcəm.

# 7890 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
#
#
# # #