Filmimiz daha bir beynəlxalq uğura imza atıb

Filmimiz daha bir beynəlxalq uğura imza atıb
20 avqust 2019
# 13:38

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Şollerin arxivi” bədii filmi daha bir beynəlxalq uğura imza atıb.

Belə ki, “2019 Pradis Akademy” mükafatını təqdim edən Mərkəzi Florida Texnologiya İnstitutunun (CFIT) keçirdiyi “Prince of Prestige Academy Awards” festivalına qatılan minlərlə bədii film arasından 12 ekran əsəri seçilib ki, onlardan biri də “Şollerin arxivi”dir.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, “Şollerin arxivi” bədii filmi oktyabrın 14-də digər ölkələrin filmləri ilə mübarizə aparacaq. “Ən yaxşı bədii film” kateqoriyası üzrə qızıl mükafat uğurunda yarışacaq “Şollerin arxivi” bədii filmi ölkəmizi bu festivalda təmsil edəcək.

“Bu, mənim üçün çox sevindirici bir hadisədir. Onu da qeyd edim ki, bizim “SSP Production”un istehsal etdiyi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi də “Prince of Prestige Academy Awards” festivalına seçilib. Bu filmimiz də həmin beynəlxalq festivalda mükafat uğrunda yarışacaq”.

Xatırladaq ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. /azertag.az/

# 3326 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər