Nazpərinin elmi dərəcəsi və kalqotka söhbəti

Nazpərinin elmi dərəcəsi və kalqotka söhbəti
19 iyul 2018
# 10:46

Xalq artisti Nazpəri Dostəliyevanın incəsənət nəzəriyyəsi və təhlili üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması ölkə gündəminə bomba kimi düşdü.

Düzü, bu qədər qayğının içində Nazpəri xanımın geniş müzakirə mövzusu olması təəccüb doğurmaya bilmir. Lakin düşünəndə ki, məşhur və imkanlı şəxslərin bu və ya digər yollardan istifadə edərək elmi dərəcələr alması az qala adət-ənənə halını alıb, adamları da qınamaq olmur.

Bir iş var ki, Nazpəri Dostəliyevanın atası aşıq olub, özü tanınmış müğənnidir və Xalq artistidir. Götürdüyü mövzu da – adın səslənişinə baxmayın – fəlsəfədən-zaddan deyil, aşıq musiqisindəndir. Köhnə dillə desək, aşıq musiqisinin nəzəriyyəsi üzrə elmlər namizədidir.

Gəlin, baxaq, görək, ölkəmizdə Xalq artisti çoxdur, yoxsa elmlər namizədi? Əlbəttə elmlər namizədi. Papaq atırsan elmlər namizədinə, yəni hansısa sahə üzrə fəlsəfə doktoruna dəyir. Məşhur tamaşada deyildiyi kimi, “kandidat nauk”a. Xalq artisti barmaqla sayılacaq qədər az, həsəd aparılacaq qədər hörmət və izzətdədir. Məncə, qədirşünas xalqımız Nazpəri xanıma fəlsəfə doktoru rütbəsinin də halallığını verməlidir. Nədə olmasa, adam bu qədər yol gəlib, əziyyət çəkib. Guya bizdə elmi ad alanlar hamısı kəllədir, bircə Nazpəri xanım qənaətbəxş deyil?

Şəxsən mən o adı Nazpəri xanıma halal edirəm. Amma "Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” – deyə çox “yuxarıdan gedən” müğənninin ədəbiyyat zövqü ilə bağlı bir əhvalatı xatirə kimi sizinlə bölüşməkdən özümü saxlaya bilmirəm.

Demək, bir zamanlar İradə Dəstərxanlı adlı qalmaqallı şairə vardı və mətbuatda yayımlanan bir şeirində təxminən belə fikirlər yazmışdı: Avtobusda basırığa düşdüm, çox hirsləndim, bir yandan da Nazpərinin bezdirici səsi avtobusu başına götürmüşdü, özümü necə itirdimsə, kalqotkamı ilişdirib cırdım...

Sitatın sonu.

Sensasiya axtaran nadinc bir jurnalist dərhal Nazpəri xanıma zəng edib şeirlə bağlı fikirlərini öyrəndi. Məlum oldu ki, müğənninin şeirdən də, müəllifdən də, şeirin çıxdığı məşhur jurnaldan da xəbəri yoxdur. Bu dəfə jurnalist tənbəllik eləmədən telefondaca şeiri Nazpəri Dostəliyevaya oxudu. Nazpəri xanımın reaksiyası belə oldu: “O qız əxlaqsızın biridir. Əxlaqlı qız öz kalqotkasından şeir yazmaz.”

Sitatın və yazının sonu.

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər