Zəlimxan Yaqubla vida mərasimi başlayıb

Zəlimxan Yaqubla vida mərasimi başlayıb
11 yanvar 2016
# 12:14

Bakıdakı “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb. “Report” xəbər verir ki, vida mərasimində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.

Şair I Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.!

# 2079 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

15:30 1 oktyabr 2026
Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi...  - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi... - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

15:29 1 oktyabr 2026
Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər